Mühacirətdən prezidentliyə gedən yol Əfsanəvi diplomat - TopicsExpress



          

Mühacirətdən prezidentliyə gedən yol Əfsanəvi diplomat Şarl Moris Taleyranın belə bir fikri var - siyasətçi üçün cinayətdən daha betər olanı səhvə yol verməkdir. Bir çox hallarda siyasətçinin yanlışlıqları onun üçün son olur. Əksər hallarda siyasətçinin risk edə bilməməsi onun karyerasını bitirir. Tarixdə rejimə qarşı ciddi mübarizə aparan, mühacirət edən, sonra qalib kimi vətəninə dönən siyasətçilər də az olmayıb. Məsələn, Fransanın əfsanəvi siyasətçisi Şarl de Qoll Londondan Parisə qayıtdıqdan sonra öncə hakimiyyətə gəldi, sonra müxalifətə keçdi, sonra yenidən hakimiyyətə qayıtdı. Bu əfsanəvi general cəsarəti ilə tarix yazdı. Tarixdə mühacirətdən birbaşa hakimiyyətə gələn siyasi liderlər də az deyil. Məsələn, 1 fevral 1979-cu ildə 15 illik siyasi mühacirətdən vətənə dönən Ayətulla Ruhulla Xomeyni islam inqilabına rəhbərlik etdi, rejimi devirdi və ölənə qədər - 1989-cu ilə qədər İranın dövlət başçısı oldu. İdeya generatoru olan islam inqilabının lideri həbsdən və ölümdən qorxmadığı üçün özü tarix yazdı və tarixə düşdü. 24 oktyabr 1986-cı ildə 6 illik mühacir həyatından sonra Fransadan Mərkəzi Afrika Respublikasına qayıdan Jan Bedel Bokas elə həmin gün öz vətənində həbs edildi, bir müddət sonra isə əfv olundu. Vətənə qayıtmağın alternativi olmadığını dərk edən hannibal prezident zamanında düzgün addım ata bildi. 25 may 1996-cı ildə 50 illik mühacirətdən sonra Bolqarıstana ölkənin keçmiş çarı İkinci Simeon qayıtdı. 2001-ci ildə o, milli hərəkata rəhbərlik elədi və parlament seçkilərində parlaq qələbə qazandı. 2001-ci ildən 2005-ci ilə qədər baş nazir oldu, 2009-cu ildə siyasi məğlubiyyətə uğradıqdan sonra siyasətdən getdi. O vaxt çoxları sabiq çarı vətənə dönərsə həbs, ölümlə hədələyirdilər. Lakin ikinci Simeon anladı ki, vətənə qayıtmasa, qərib diyarlarda bir yolçu kimi öləcək. Məmləkətə dönməklə, o, qələbə də qazandı, tarixə də şərəflə düşdü. 28 yanvar 2001-ci ildə Perunun sabiq prezidenti Alan Qarsia Fransadan məmləkətinə döndü və prezident seçkilərinə qatılaraq ikinci ən çox səs toplayan oldu. 2006-cı ildə isə 53 faizlə qalib gələrək, 2011-ci ilə qədər ölkənin başçısı oldu. 18 oktyabr 2007-ci ildə 1999-cu ildən mühacir həyatı yaşayan Benazir Bhutto Pakistana qayıtdı və dərhal müxalifətə rəhbərliyi ələ aldı. 2007-ci ildə terror aktı nəticəsində həlak oldu. Onu bu postda həyat yoldaşı Nəvaz Şərif əvəzlədi. 1986-cı ildən mühacirətdə yaşayan Haitinin sabiq prezident Jan Klod Dyuvalye 17 yanvar 2011-ci ildə Fransadan vətənə qayıtdı və məhkəmə qarşısına çıxmaqdan belə çəkinmədi. Lenin, Fidel Kastro kimi mühacirətdən qayıdıb, inqilab edən, ölkəsinə rəhbər olan siyasətçilər heç də az deyil. Bu siyahını uzatmaq da olardı. Dünyada elə siyasətçilər olub ki, onlar xatırlanmağa layiqdirlər. Həbs olunmalarından, qətlə yetirilməklərindən, hakimiyyətə gəlməklərindən və taleyin başqa oyunlarından asılı olmayaraq bu insanlar tarixdə qaldılar. Cəsarət çox zaman bütün hesablamaları darmadağın edir.
Posted on: Thu, 01 Aug 2013 08:20:22 +0000

Trending Topics



Stainless Polished
ANIVERSÁRIO DE 1 ANO DA NIGHT LIFE PRODUTORA MC YOSHI - MC

Recently Viewed Topics




© 2015