Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atali :İlk - TopicsExpress



          

Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atali :İlk dəfə Asif Ata fəaliyyətə ədəbi-tənqidlə başlamışdır. Özünəməxsus bədii-fəlsəfi üslubda tənqid yaratmışdır. Bu Tənqid ədəbiyyatda, sənət dünyasında dərin təsir buraxmışdır. Əslində bu, özü bir məktəbdir. Heç bir qəlibə sığmayan, akademizm bayağılığına enməyən və bununla da ictimai fikrin inkişafına stimul verən bir məktəb. Sonradan ədəbi-tənqid Asif Ata üçün az oldu. Və O, fəlsəfə ilə məşğul olmağa başladı. İctimai həyatda qlobal dəyişikliklərə nail olmaq üçün fəlsəfə də ona az göründü. Özündə peyğəmbərlik gücü aşkarladı və yuxarıda vurğuladığımız kimi, İnamını yaratdı. İnam Asif Atanın həyatının mənasını, ömrünün yönünü dəyişdi. O, böyük dəyərlər yaratdı. Yurdunda böyük dəyərlərin yaranma ənənəsini qırılmağa qoymadı. Mütləqə İnam məna və məzmunca yeni ideyadır, amma həm də etnik mahiyyətimizdən doğan tarixi dəyərlərimizin sintezidir (bax: “Asif Ata Amalı, yaxud İnsanlığın İnamı”).
Posted on: Tue, 16 Jul 2013 14:47:39 +0000

Trending Topics



>

Recently Viewed Topics




© 2015