Müəllimlərlə bağlı ŞOK QƏRAR: Şagirdlərə yaxınlaşmaq - TopicsExpress



          

Müəllimlərlə bağlı ŞOK QƏRAR: Şagirdlərə yaxınlaşmaq qadağandır! Çin höküməti müəllimlərlə şagirdlar arasında sevgi münasibətinə əngəl olmaq niyyətindədir. Teleqraf xəbər verir ki, hər kəsi təəccübləndirəcək bu qərar Çinin Hangzhou viləyətində qüvvəyə minib. Bölgədəki məktəb rəhbərlərinin verdiyi qərara əsasən, qız və oğlan şagirdlər bir-birinə ancaq yarım metrə qədər yaxınlaşa bilərlər. Bununla yanaşı, əks cinsindən olan müəllimlər də şagirdlərlə məktəb daxilində qoşa gəzə bilməyəcək. Bir başqa məktəb isə şagirdlərə müəllimlərin yaxın münasibətinə son qoyduğunu açıqlayıb. Ancaq bu qanunun mahiyyətini açıqlamayıb. Qeyd edək ki, məktəb daxilindəki qaydaları pozan şagirdlər ən sərt şəkildə cəzalandırılmaqla hədələnir. Xatırladaq ki, Çində məktəb dövründə yaşanan sevgini "Zao Lian" (Erkən eşq) adlandırırlar. "Zao Lian"a qarşı aparılan kampaniya ölkədə dəstəklənməsinə baxmayaraq, məktəblərin verdiyi son qərar mətbuatda ciddi tənqidə məruz qalıb.
Posted on: Tue, 08 Oct 2013 17:15:32 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015