"MƏN DİLƏNCİ DEYILƏM!" Yollarda gedən tikinti işləri - TopicsExpress



          

"MƏN DİLƏNCİ DEYILƏM!" Yollarda gedən tikinti işləri səbəbindən tıxaclar yaman artıb. Tez-tez tıxacda qalıram. Dünən də belə vəziyyətdə idim. Yarım saatdan çox tıxacda qaldım. Adamın ürəyi partlayırdı lap. Avtomobil gah dayanır, gah da heç seçilməyəcək dərəcədə guya irəliye gedirdi. Elə bu sıxıcı dəqiqələrdə günümüzdə adi olan bir hadisənin şahidi oldum. Məndən 3-4 metr irəlidə bir uşaq avtomobilini açarlayan orta yaşlı kişiyə yalvarırdı: " Dayı, nə olar... Dayı, 10 qəpik verərsən... 10ca qəpik. Nə verərsən verərsən dayı...". Əvvəl elə bildim ki, dilənçidi. Amma yanılmışdım... Kişi " Əşi,işə düşdük də! Yaxşı da yaxşı! İşini gör. Neynirsən elə. Axırı məndən əl çək!" deyib yaxınlıqdakı marketə girdi. Uşaq cəld kənardakı vedrələrdən birini gətirib təkərləri, digəri ilə isə şüşələri təmizləməyə başladı. Əyninə böyük gələn bozumtul köynəkli uşaq demək ki, dilənçiliklə deyil,öz zəhməti ilə halal pul qazanmaq istəyirdi. Bir neçə dəqiqəyə tər-təmiz oldu avtomobil. Bizim avtomobilsə bir az irəliləyə bilmişdi,nəhayət.Artıq uşagı tam görə bilirdim. Ən yuxarısı 8-9 yaşı olardı. Amma əynindəki paltardan, ya nədən bilmirəm, nisbətən böyük görünürdü. Uşaq öz işindən məmnun şəkildə avtomobil sahibini gözləyirdi. O marketin qapısında görünər-görünməz usağın gözləri işıqlandı. Tez təkərləri, şüşələri bir daha nəzərdən keçirdi. Artıq kişi hər 2 əlində ərzaq zənbilləri ilə dolu vəziyətdə yaxınlaşırdı. Avtomobili açıb zənbilləri qoydu. Uşaq kişinin diqqət etməyəcəyindən qorxur kimi tez-tez deyirdi:"Dayı, maşınını par- par parıldatdım,gördün.". Kişi sükan arxasına əyləşdi. " Gördüm, indi isə rədd ol burdan!" dedi. Heçnə demədi daha uşaq. Bir kənara çəkildi. Birtəhər özünü tıxacdakı avtomobillərin karvana bənzər sırasına salan avtomobilin arxasınca baxdı dolmuş gözləri ilə. Gördüklərim çox pis təsir etmişdi mənə... Endim avtomobildən. Yaxınlaşıb pul uzatdım usağa. Düz gözlərimin içinə baxdı və yarı incik, yarı sərt "MƏN DİLƏNCİ DEYILƏM!" dedi. İti addımlarla yolun kənarındakı ağaca tərəf getdi, söykəndi. Ağacın qalın gövdəsi onun cılız bədənini təmiz gizlətmişdi. Mənsə... Mənsə yerimdə donub qalmışdım. Bu boyda kiçik ürəkdə bu qədər dərin düşüncə, bu qədər qürur... Bir neçə dəqiqə ərzində izlədiyim bu uşaq gözümdə tanıdığım bəzi insanlardan ucaydı bu anda... Lakin çox heyf ki, belələrinə qiymət vermir həyat... Çox heyf. Pulu vedrəsinin içinə qoydum. Əyləşdim. Yol boşalırdı yavaş-yavaş... İrəliləyirdik... Fikrimdə həmin uşağın dediyi cümlə idi:" MƏN DİLƏNÇİ DEYİLƏM..." Oxudunsa Beyen Ve Paylash ki, Dostlarinda Oxusun...
Posted on: Sat, 03 Aug 2013 14:50:23 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015