Məhəmməd Həzrətləri (s) buyurdu: "Sədəqə vermək hər bir - TopicsExpress



          

Məhəmməd Həzrətləri (s) buyurdu: "Sədəqə vermək hər bir müsəlmanın borcudur". Peyğəmbərin (s) tərəfdarları dedilər: ― Əgər heç nəyi olmasa? Həzrət (s) buyurdu: ― Əgər o şəxsin heç nəyi olmasa, gərək əlinin zəhmətilə bir şey qazansın, mənfəət əldə etsin və həmin mənfəətdən yoxsullara və fağır-füqaraya pay versin. Dedilər: ― Əgər həmin adamın özünə və özgəsinə mənfəət yetirmək üçün əlindən heç bir iş gəlmirsə, onda necə? Allahın Rəsulu buyurdu: ― Elə olduqda, onda gərək ehtiyacı olanlara və məzlumlara kömək etsin. Soruşdular: ― Əgər məzmunlara kömək edə bilməsə, onda necə? Peyğəmbər (s) buyurdu: ― Elə olduqda, onda gərək başqalarını xeyir iş görməyə rəğbətləndirsin. Soruşdular: ― Əgər edə bilməsə? Peyğəmbər (s) buyurdu: ― Onda gərək başqalarına əziyyət verməkdən çəkinsin. Bu isə ehsan və sədəqələrin ən böyüyü olar. Peyğəmbərin əhli-beyti* bir keçinin başını kəsdikdə həzrət buyurdu: ― Heyvandan nə qalıb? Aişə dedi: ― Qabırğasından başqa nəyi vardısa, fağır-füqaraya və qonşulara paylamışıq. Rəsuli-əkrəm buyurdu: ― Qabırğa qalıbsa, deməli, keçi bütöv evdə qalıbdır... Mələklər soruşdular: ― Ey böyük Allah, Sənin yaratdıqlarının içində sıldırım qayalarından möhkəm bir şey varmı? Allah buyurdu: ― Dəmir qayalardan möhkəmdir, çünki onu qırır. Mələklər dedilər: ― Pərvərdigara, Sənin yaratdıqlarında dəmirdən qüvvətlisi varmı? Vahid Allah buyurdu: ― Bəli, Od dəmirdən güclüdür, çünki onu əridir. Mələklər dedilər: ― Ey böyük Allah, yaratdıqlarının arasında oddan da güclüsü varmı? Allah buyurdu: ― Bəli var. Su oda qalib gəlir, onu söndürür. Mələklər soruşdular: ― Sənin xilqətində sudan da qüvvətlisi varmı? Qadiri-mütləq buyurdu: ― Bəli. Yel suya qalib gəlir, onu coşdurur və hərəkət etməyə məcbur edir. Mələklər dedilər: ― Ey mehriban bağışlayan Allah, Sənin yaratdıqlarında yeldən də güclüsü varmı? Xudavənd buyurdu: ― Bəli, sədəqə verən Adəm övladı, yəni o adamlar ki, sağ əlilə bağışladıqlarını sol əllərindən gizlədirlər. Bax, bunlar hamıya qalib gələn ən güclülərdir.
Posted on: Thu, 15 Aug 2013 13:17:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015