Məktəbdə riyaziyyatdan dərs deyəndə oğluma üç il dərs - TopicsExpress



          

Məktəbdə riyaziyyatdan dərs deyəndə oğluma üç il dərs demişdi. Nəinki oğlum, digər şagirdlər də bir məchullu sadə tənliyi həll edə bilmirdi. Sonralar üç kəndi birləşdirən əraziyə nümayəndə təyin edildi. İlk iş günü müavinini yanına çağırıb, “bilirsən ki, gələndə filan qədər verib gəlmişəm, istəyirsən səninlə davam edək, 1500 verməlisən” anlatmışdı. Razılığa gəlməyəndə ərizəsini almış, münasib bildiyi adamı gətirmişdi. Növbə mühasibin idi, “kəsəsi- 1000 verərsən, qalarsan işində” ciddi şəkildə bildirsə də, çıxartmaq fikri yox idi. Əsas səbəb əmək haqqının az olmasından izafə, münasib ixtisasçı yox idi. Üstündən günlər keçsə də, mühasibdən xəbər çıxmırdı. Rayonda qazanclı vəzifədə işləyən atasına bir axşam vəziyyəti danışıb məsləhət umanda: - Bekara iş tutubsan, çünki onun atası təmiz adam olub, heç vaxt nə alıb, nə də verib. Bu, onu oğludur, işin olmasın,- narazı-narazı acıqlanmışdı. Amma geri çəkilmək istəmirdi. İş vaxtının bitməsinə az qalmış mühasibi çağırıb dilə tutmağa başlayır: - Adına kredit də götürə bilərik, bir ilə qaytararsan. - Götürdüyüm kreditin bitməsinə hələ beş ay qalır... - Onda dediyim məbləği hissə-hissə də verə bilərsən, aya iyirmi manatdan... - Razıyam, ancaq məzuniyyət vaxtımdır, çıxım, işə qayıdanda başlayarıq.
Posted on: Sun, 11 Aug 2013 14:02:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015