Mələklərlə söhbət MAY 8, 2013 Bakının axşam küləyi - TopicsExpress



          

Mələklərlə söhbət MAY 8, 2013 Bakının axşam küləyi artıq əsməyə başlayırdı.Sanki şəhərdə heçkim yox idi.Hər yan sankitlik idi.Arada bir itlər hürür, sərxoşların gülüşləri eşidilirdi.Sanki hər kəs bu köhnə şəhəri tərk etmişdi Biraz mərkəzə doğru gəldikdə isə vəziyyət daha fərqli olurdu.,əhər qaynıyır amma hamı yad planetli kimidi.Soyuq Bakının soyuq insanları.Yolun kənarında axsayaraq bir uşaq dilənir.Keçənlərdən heç biri ona məhəl qoymur.Soyuğu artıq hiss etmir.Yalnız əli qalıb göydə və səsidə çıxmır.Kiminsə ürəyi gedib yıxılsa heçkim yaxın durnaz..Prospektə doğru qalxdıqca binaların təsiri ilə hava daha da qaralır.Sərxoş kişilərin söyülərini eşitmək,fahişələrin maşına mindiyini görmək həyatın nə qədər zəhərləndiyini göstərir.Digər tərəfdə ata öz uşağını kəməri ilə vurur.Diyəsən içkilidi.Uşaq sakitcə hıçqıraraq ağlıyır.Anası bir ildiki ölüb.Çox istəyirdi anasını axı atası onu döymək istəyəndə anası qoymurdu amma indi onu qoruyacaq bir kəs yoxdu.Ona görədə susur,dözür bütün əzablara.Ata israrla “get mənə içki al” deyə qışqırı.Küçənin tininə baxdıqda isə qaranlıqda siqaretlərin közərdiyni görürsən.Bəlkədə heç onların 15 yaşı yoxdu. Biraz aşağıdan gülüş səslərinin gəldiyini eşidirsən.Səslər get gedə yaxınlaşır.2 oğlan və 2 qız.Hamısı içkilidi.Qızlardan biri “bəlkə pulumuzu verəsiz” deyərək danışdı…Aydın kefli halda cibindən pul çıxararaq üstlərinə atdı.Dostunun qolundan tutaraq yuxarıya doğru qalxmağa başladı. Aydın orta boylu,sarışın arıq bədənli bir oğlandı.Dostlarından yalnız pullu olması ilə seçilir .Elə bunun nəticəsidirki evdən ayrılıb tək ayrı bir evdə qalır. Blok çox qaranlıq idi.Aydın güclə 2ci mərtəbəyə tutuna-tutuna qalxdı.Qapının ağzında dayandı.Nəsə danışır,gah deyinir gah da gülürdü.Qurdalanaraq biirtəhər açarı tapdı.10 dəqiqə əlləşdikdən sonra qapını açda bildi. Pəncərə açıqdı, paltarlar yerə dağılıb, stolun üstündə qalan yemək qalıqları isə ətrafı daha da bərbad göstərir.Ayıdn açarı stolun üstünə ataraq kresloya yıxılır..Dərindən nəfəs alaraq bir siqaret yandırır.Külək pərdələri yerindən oynadır ,həyətdə olan gülüş səslərini içəri gətirir.Pəncərənin taqqıltısına əsəbləşən Aydın ayağa qalxaran onu bağlamağa gedir.Amma ayağı sürüşərək yıxılır.Başında yaranan ağrıya görə ayağa qalxmağa heç halıda qalmır. Elə ordaca uzanır. Külləyin təsiri ilə külqabıda qalan siqaret közərir.. Amma oda təkan olmasa heçvaxt yanmaz.Ətrafa sükut çökür.Ayaq tapbıltılarını eşidən Aydın başını qaldırıki ətrafa baxısn..Gördüklrəinin içkinin təsiri ilə olduğunu düşündü .Amma getdikcə yaxınlaşdıqlarını görüb qışqırmaq istədi səsi çıxmadı.Yerindən durmaq istədi ayaqları tutmadı.Kəkəliyərək “mənə heçnə etməyin” ya da buna oxşar nəsə deməyə çalışdı.Gələnlərdən biri “niyə ANA-na zəng edib bir xəbər almırsan?” deyərək danışdı.Aydın bu zəhmli səsi eşitdikdə qorxudan sapsarı olmuşdu.Cavab verə bilmədi…Səs 2ci dəfə eşidildi : Sənki ANA-nı çox istəyirdin amma son 3-4 aydırki heç gedib onu görmürsən, niyə bu qədər dəyişmisən” dedi. Aydın susdu.”Mənim onlara ehtiyacım yoxdu, pulum evim hər şeyim var” dedi.Bu sözləri elə cəsurluqla elə fəxrlə dediki Aydın özü öz dediyindən utandı…O zəhli səs yenə Aydına müraciət etdi; puluna güvənirsən ? Gəlmişik sənin canını alaq pulun kömək edəcəkmi sənə ? Ya da bu evin ? Hə ? Bəs o içdiyin içki sənin ölməyinin qarşısını alacaqmı? Günə nə qədər pul xərcliyirsən ? Heç özündə bilmirsən çünki baxmıırsan.Çoxdu deyə verirsən gedir.Bəs sən bilirsən o pulların hər qəpiyinə gpörə öldükdən sonra cavab verməlisən ? Pulunu fahişələrə verirsən bəs o yolun qırağında dilənən uşağı niyə görməməzdiydən gəlirsən ? Çox demirəm bir çorək alıb verə bilməzdin ona ? Fahişələr daha dəyərlidi ? Ən çoxda ananın sənə ehtiyacı var.Nə vaxt bir gül alıb getdin yanına ? Aydın sanki qəflət yuxusundan ayılırmış kimi ağlayırdı.Həm qorxur ,həm də ağlıyaraq qulaq asırdı. Gələnlərdən digəri Aydını qolundan tutub pəncərəyə tərəf apardı “bax” dedi “atası hər gün o uşağı döyür,gigər uşaqlar oynadığı halda o bədənindəki yaralara görə aşağı düşmür.Bir səvab iş görüm onu xəstəxanaya apara bilməzdin ? O pula güvən heçnə gətirmiyəcəy ziyandan başqa ..Bax ətrafına itirisən bir bir hamini … Ürəyindəki sevgini itirmə ilk oncə özünə sonra anana sonrada digər insanlara qarşı nə xeyirxahlığın itsin nə də mərhəmətin….. Səhər saat 7:00 Qapının döyülməsinə ayılan Aydın özünü yerində tapdı ev səliqəli hər şey yerli yerində idi.Amma yuxudan tər içində oyanmışdı cəld köynəyini geyinərək qapıya qaçdı …Anası gəlmişdi Aydın göz yaşlarını saxlıya bilmədi anasını qucaqladı və “axşam nə oldu bilmirəm amma məni bağışla ana nolar məni bağışla” SoN
Posted on: Sun, 21 Jul 2013 10:36:43 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015