Mən professional oxucu liqasının rəhbəriyəm, işim elə - TopicsExpress



          

Mən professional oxucu liqasının rəhbəriyəm, işim elə çoxlu oxumaqdı kitablardan və saytlarda eşələnməkdi, yeni-yeni şeylər gətirməkdi Azərbaycana. Və əlbəttə öz mövqeyim də var, yəni ancaq öz maraq dairəmdə olan sahələrlə məşğulam. Elə vaxt olur oxuduğum hansısa maraqlı məqalədən bir sətir paylaşıram, fikir rəngarəngliyi də bununla əlaqədar ola bilər. Bilirəm bəzən kimisə qane etmir, kiminsə öz fikri var bu barədə, həmin məsələyə öz baxış bucağı formalaşıb, olsun, amma cavabım belədir. Nəzərə alın ki, əgər bir yazar məni dostluqdan çıxarırsa, əvəzində on oxucu dostluq göndərir. Məni yazar yox, oxucu maraqlandırır. Oxucu dediikdə öz oxucumu yox, ümumiyyətlə fesysbuk oxucusunu- istifadəçini nəzərdə tuturam. Mənim ruh aldığım insanlar Abgül Süleymanov, Saşa Severnıy, Mamuka Mikeladze kimi oğlanlardır. Bəs onlarkı kimlərdir? Axırıncı dəfə oxuduğum eramizdan 200 il əvvəl yazılmış “Manu qanunları” olub. Bəs siz nə oxumusunuz? Şalvarına qaçırdan Bukovskini? Ya Göteni? Soros fondunun maliyyə dəstəyi ilə buraxılmış iki kitabı oxuyub düşürlər ortalığa, başlayırlar əllaməlik eləməyə! Çoxları heç bir xarici dil bilmir, ona görə də yarımçıqdırlar. Tatyana Qraçeva, Duqin, professor Stoleşnikov, Konstantin Petrov, Jdanov, Proxanov, Aleksey Trexlebov, Leonid İvaşov, Nikolay Levaşov, Maksim Şevçenko, Konstantin Sivkov, Serqey Sall, Qalina Çaryova, Qeorqiy Sidorov, Eduard Xodos, Devid Ayk, Devid Dyuk, Aleks Cons, Naom Çomski, Heydər Camal, Nasir Purpirar, Əliəkbər Raefipur, Alparslan Kuytul kimi dünyaca ünlü fikir dühalarının heç birini bizimkilər tanımırlar. Çoxları heç bu adamların adını da eşitməyiblər. Dünyadan xəbərləri yoxdur. Bəşər taleyi üçün həlledici nəzəriyyələrin heç birindən anlayışları yoxdur, oxuduqları maksimum Stefan Şveyq, Markes, Eko kimi yəhudi purqalarıdır. Cərəyanlar o yana qalsın, bu bədbəxtlər evreonal, pansionizm, reptiloid, iverlər, iveroalienlər, ayurveda, annunaki, inuaki, iudey, xazariyya kimi qlobal əhəmiyyətli sözlərin heç mənasını belə bilmirlər. Dünya mətbuatı üçün adi olan bu sözlərdən nəinki yazarların, heç “Azadlıq” və “Yeni müsavat” kimi sanballı qəzetlərimizin səhifələrindən xalqa politologiya dərsi keçən jurnalistlərtimizin belə xəbərləri yoxdur. Mən belələri ilə nə danışacam, nə izah edəcəm, nə anladacam? Hələ mən kriptojid, poluiver kimi qarışıq anlayışlardan danışmıram. Həmişə deyilib, yenə də təkrar edirəm ki, əsas məsələ cəmiyyətdə gizli Xazariyyanı tanımaqdı. Bizim kötüklər qulaqlarının dibində əli şəriətini oxumazlar, okeanın o üzündə şalvarını islatmağından yazan bukovski kimi boş iud fintikuruşları ilə pontovat eləyərlər. Bax, mən bir dəfə tarixçi-alim, arxeoloq Rəşid Əsgərovla həmin o boqların şəhərini tapmışdım. Bəcrəvan- Boqrəvanın xarabalıqlarında olmuşdum. Boqrəvan- Allahlar şəhəri deməkdir. Qədim Azərbaycanda çoxlu dövlətlər olub, onlardan birinin də paytaxtı Boqrəvan olub. Ari şahları dünyanın hər yerindən axışıb andiçmə mərasimlərini orda keçirərdilər. Onlar orda özünəməxsus, indiki şərablardan qat-qat fərqli effekti olan, nardan çəkilmiş haoma şərabı içib öz razborkalarını aparardılar. Qanunları da onlar yaradıblar. Heç tarixçilərimizin bunlardan xəbəri yoxdur. Mən də öz Azərbaycanımla fəxr edirəm, amma onlar kimi yox, onlar başa düşən anlamda yox! Onu da deyim ki, bizim tarixçilərin ümumiyyətlə qədim Azərbaycan ərazisində mövcud olmuş, bizim coğrafiyaları da ağuşuna almış Tərtər, Klıkiya, Xazariyya, Muğan, Aran, Kazak, Bulqar, Arenşəhrzər, Xıl, Sak kimi möhtəşəm dövlət-sivilizasiyaların heç birindən xəbərləri yoxdur. Azərbaycan xalqı öz ərazisində at oynatmış qal, gel, qot, sak tayfaları haqqında çox az məlumatlıdır, hansı ki bunlar qədim dünyanın ən möhtəşəm tayfalarıdır. Çoxları bilmir ki, qədim Albaniya dövlətində iki xalq yaşayıb: firənglər və slavlar. Atlantida Azərbacan ərazisində olub, bunu heç sübut etmək də lazım deyil, çox sadə detallarla izahı var, amma biz o nəzəriyyəni hansı Azərbaycan alimi, tarixçisi ilə birləşib, hazırlayıb dünaya çatdıracayıq? Mən tezliklə “Amerikançılıq nədir” kitabı buraxacam, sonra “Azərbaycan ədəbiyyatı tarixi”, ardı gələcək. Ondan sonrakı kitab olacaq “Qədim Azərbaycan tarixi”, orda bu məsələlərin hamısına toxunulacaq. Məhz bu cür məlumatsızlıqdır bizim siyasiləri də, aktivistləri də zəlil edən, yarımçılıq edən! Zəlimxan aponun yazdıqları əsasında tarix öyrənirlər. Onların bildikləri, möhtəşəm tarixin yalnız kiçik fraqmentləridir, sönük qırıntılardır. Bu cür yarımçılıqlara nə başa salasan, nə polemika edəsən? Feysbuk istifadəçisi olan yazar, ya jurnalist hətta ən adi beyin yuyulması metodu olan astroterfinqin nə olduğunu bilmirsə, mən onunla nə diskussiya edim? Qoy getsin öz tayını tapsın, sürüyə qoşulub gülə-bülbülə şeir yazsın.
Posted on: Fri, 04 Oct 2013 19:07:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015