Mən çox istərdim ki,Rəsul Quliyevin bloqunda iştirak edən - TopicsExpress



          

Mən çox istərdim ki,Rəsul Quliyevin bloqunda iştirak edən hər bir şəxs ən əvvəl Rəsul Quliyevin vidio çıxışlarına qulaq assın və müsahibələrini oxuyandan sonra isə məntiqli suallarını versin.Mən bloqda yazılan bütün şərhləri oxuyuram və görürəm ki,bıoqda təzə iştirak edən,əsasən gənclər tutu quşu kimi əzbərlənmiş sözləri təkrar olaraq məntiqli,məntiqsiz sorgular verir.Əsas mözuda odur ki,Siz H.Əliyevi Hakimiyyətə gətirmisiniz,və yaxud onun dövründə işləmisiniz və sair.Lakin mən deyərdim ki,bu kimi sualların məntiqi kökü yoxdur,sadəcə könül bulandırmaqdır. 1-ci hələ Topxana meşəsində ermənilər 5-10 agac sındıranda qeyrətimizə sıgışdırmayaraq bir millət kimi hamı ayaga qalxmışdı və Azadlıq meydanında Elçibəy də başda olmaqla mitinqlər keçirirdik,o zamanlar isə H.Əliyev moskvada Qarboçov tərəfindən ev dustagı idi.Azadlıq carçısı N.Pənahov mitinqlərdə alovlu “Ya olum,ya ölüm” və yaxud millətə “Otur qalx”əmri ilə çıxışlar edərkən bəzi agzı göyçəklər H.Əliyevin adamıdır deyib yazıga böhtan donu geydirirdilər.Əfsuslar olsun ki,hazırda bu rejimin qurbanıdır və həbsdə çürüdülür,amma hələdə nə müxalifət,nə də hər hansısa bir vətəndaş bu haqsızlıga reaksiya vermir.Amma mən düşünürəm ki,bu millətin haqq yolunda Nemətin çox böyük rolu olub.Yazıgın bir qəbahəti o olub ki,uzaq görən siyatçimiz ULU ÖNDƏRİN dövründə Prezident Aparatında işləyib və bununla da özünə H.Əliyevçi damgası vurdurub. 2-ci isə,erməniləri o zaman Topxana meşəsinin agacları yox,Azəri Türkünün bu məsələyə münasibəti maraqlandırırdı.(Xain xislətli erməninin Qarabag,Naxçıvan haqqında düşünülmüş planları heç aglımıza da gəlmirdi)Amma Kremlin göstərişi ilə Azərbaycana rəhbərlik edən “Vətən Ogullarımızın”düşüncəli və yaxud düşüncısiz zəifliyindən istifadə edən ermənilər Qarabagımızı və Naxçıvanın Kərki kəndini işgal etdilər.Təssüflər olsun ki,o dövrün İqtidarları bu məsələlərin günahını müxalifətdə,müxalifət isə onlarda görür.Əslində isə Qarabag məsələsində çox mürəkkəb detallar var ki,bu məsələdə hamının günahı var,yəni xalqın birliyi sındırıldı və Qarabagımız əldən getdi.Mənim bu məsələləri açıqlamaq fikirim yoxdur,çünki olan olub,keçən də keçib.Amma Naxçıvan məsələsində əlində yaba,balta,lom tuta bilən hər bir şəxs ayaga qalxaraq erməninin üstünə şıgıdı və buna Naxçıvan rəhbərliyi çox böyük dəstək verdi və beleliklə Naxçıvan əlimizdən getmədi.Amma hansıki,ermənilər ilk öncə Naxçıvanı ışgal etmək arzusu ilə yaşayırdı. 3-cü,20 yanvar faciəsində də “Başbilənlərimizin”günahı üzündən erməni dıgasının “dədəsi olan Rus İmperiyası” planlı sürətdə Azərbaycana girib bu qanlı faciəni törətməklə millətin gözünün odunu aldı.Yenə də burada plan o idi ki,Rus ordusu Bakıya və digər regionlara,erməni isə Naxçıvana girib məqsədlərinə nail olsunlar.Təbii ki,Bakıda və Respublikamızın digər regionlarında qudurmuş Rus imperiyası qanlı faciəni törətdi. O zamanlar Rus qoşunları Naxçıvanda var idi.Ermənilər isə hətta iltumatum da göndərmişdilər ki,zavtrıkı Sədərəkdə,obedi Şərurda,ujuni isə Naxçıvanda etməklə istədiklərinə nail olacaqlar.Mən istərdim ki,sizə bir epizodu xatırladım,rus ordusu Naxçıvana tank,beteerlə girmək istərkən Allah rəhmət eləsin Naxçıvanın o zamankı rəhbəri Afiyəddin Cəlilov dizlərini asfalta qoyaraq tankın qabagını kəsərək “Yalnız mənim üzərimdən Naxçıvana girə bilərsiniz”demişdir.Bax budur Rəhbərlə Xalqın birliyi.Bu döyüşlərdə qəhramancasına Naxçıvan camaatı Rəhbəri ilə birlikdə azgınlaşmış ermənini yerində oturdaraq torpagını qoruya bildi. 4-cü isə,4 ildə 4 Prezident dəyişən və o dövrdə az qala vətəndaş müharibəsinin baş verəcəyini dərk edənlər (biri də Rəsul Quliyev olmaqla)bütün bu çaxnaşmaların aradan qaldırılmasını H.Əliyevdə gördülər.O da bütün bu kimi neqativ halları çox böyük ustalıqla aradan götürdü. Təbii ki,H.Əliyev çox böyük Siyasətçi idi və bunu heç kim inkar edə bilməz.Amma çox heyiflər olsun ki,H.Əliyev öz şəxsi maraqlarını xalqın maraqlarından üstün tutdu və bununla da öz oturdugu agacın budagını kəsmiş oldu.O dövrdə H.Əliyevi təkcə Rəsul Quliyev yox,o cümlədən Rövşən Cavadov və digər yoldaşlar Prezident Elçibəyin razılıgı ilə hakimiyyətə gətirildi və bütü xalq demək olar ki,yekdilliklə dəstəklədi.Şəxsən mən özüm də o dəstəkçilərdən biri idim və düşünürdüm ki,H.Əliyev hakimiyyətə gələcək və Azərbaycan “Yag-bal”içərisində yaşayacaq.Çox təssüf ki,belə olmadı və H.Əliyev ilk öncə onu Hakimiyyətə gətirənləri bir-bir dənlədi və belə demək mümkünsə “Xalq düşməni damgası vurularaq”bəziləri həyatını qurban vedi,bəziləri didərgin düşdü və sair və ilaxır.Onun arxasınca danışaşlar və söyənlər isə onun ətrafənda cəmləşdirildi və böyük kreslolarda əyləşdirilərək xalqın başına bu cür müsübətlər açıldı.Amma niyə,nə üçün belə oldu,bunu Tarix özü açacaq.Mən şəxsən düşünürdüm ki,H.Əliyev Azərbaycanın “ATATÜRKÜ” kimi Tariximizdə əbədi olaraq yaşayacaq,amma çox heyif!O ki,qaldı H.Əliyevi dəstəkləmək məsələsinə bu heç kimin suçu,qəbahəti deyil,çünki hamı mənim kimi düşünürdü! Rəsul Quliyev H.Əliyev dövründə cəmisi 3 il dözüm gətirib işləyə bildi və hər iki tərəfin razılıgı ilə istefaya və yaxud müalicəyə göndərildi.Sonradan isə Rəsul Quliyev niyə mühacir kimi Amerikada yaşamalı oldu və O, niyə Vətənə buraxılmadı,bunu yəqin ki,bilirsiniz! Mən bir onu deyə bilərəm ki,Rəsul Quliyev xalqının qeyrətli ogludur və əminəm ki,xalqına çox böyük xeyiri dəyəcək!
Posted on: Mon, 25 Nov 2013 08:07:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015