Mənasız Çoxları düşünür...Əgər buna düşünmək - TopicsExpress



          

Mənasız Çoxları düşünür...Əgər buna düşünmək demək olarsa.Heçkim bir addım keçmişi fikirləşmir.İndi nə varsa odu.Deyərsizki bu nə mənasız sözlərdi yazmısan.Razıyam.Məncədə mənasızdı.Məndə sizinkimiyəm.Sizin tək düşünür, sizin tək danışır, sizin kimidə fikirlər irəli sürürəm.Aramızd elədə kəskin fərq yoxdu.İstəklərimiz, arzularımız eynidi.Eyni şeylərə sevinib, eyni şeylərə kədərlənən tiplərik.Səndə sevgidən əzab çəkirsən, məndə, səndə varlı olmaq,günə bir paltar geyinmək ,bahalı maşın sürmək istəyirsən ,məndə.Gününü daha maraqlı keçirdməy istəyərsən, amma alınmaz.Bir baxarsanki bütün gününü kompyuter arxasında keçirdirsən.Narahat olma məndə eləyəm.İstəyirsən yaxın dostların olsun, amma nə qədər yaxın olsalarda sənə kilometrlərcə uzaq gələrlər.Məndə eyni vəziyyətdəyəm.Sevib aldanmısan, pessimistsən. Optimist görünsəndə içində olan qaranlıq günəşi işıq saçmağa qoymur.Bu həyat fahişədir deyirsən,yaşamaq istəmirəm deyirsən,mən onsuz yaşaya bilmərəm deyirsən.Yaşama ! Dediyivi elə ! İntihar elə.BAcarmazsan! axı hardadı səndə o ürək.Sən onsuz yaşaya bilmərəm deyirsən amma O yaşayır.Bu həyat müharibəsində sən şahsan o isə düşmən sərkərdəsi.Sən məhv ol deyə,sırf sənə inad o vuruşur yaşayır özünü həlak etmir.Amma sən şahsan.İçində olan o xain sərkərdəni öldürə bilərsən.Aç qapılarını qoy artıq işıq düşsün qaranlığına.O sənin qaranlığından güc alır.Məhv et onu. Varlı olmaq istəyirsən,amma pul yoxdu.Varlı olmaq üçün pula ehtiyac yoxdu.Pulsuz necı varlı olmaq olar deyə seual verərsən.Bax bir ətrafına, bax diqqətlə bax.Çıx pəncərədən bax, yada şəhəri gəz insanlara bax.Nə qədər insan gördün ? 10, 15, 50 , 60 , 100 nə qədər hə? Nə qədər? Hamı sənə baxır sanki ,sanki bütün bu dünya bu şəhər səni izləyir,hamı sənə acıyır.Sən heçkimin vecinə deyilsən.Bu dünyada hamı özünə görə çalışır, sən onları heç maraqlandırmısan.Kimləri gödün? Varlı ,kasıb,dilənçi, fahişə ,bütün tip insanlar gördün.Sənə görə hamı həyatından razıdı.Dilənçi öz kefindən gəlib oturub orda, fahişə isə pozğun qadındı ...Zövq almaq üçün bu işlə məşğuldu.İlk baxışdan məndə sənin kimi fikirləşirəm.Sən deyirsənki pul üçün edirsə bu işi fahişəlikdən başqa iş yoxdu bəyəm? Başqa işlə işləsin.Məndə elə fikirləşirəm, hətta qınayıram onu söyürəm alçaq qadın,pozğun qadın səndə söyürsən bütün hirsini tökürsən o qadının üstünə.Oda sənə cavab qaytarsın ağzınnda siqaretlə.Hətta bir iki qullam vuirub öz işi ilə məşğul olmağa getsin.Görəsən kimsə o qadınla söhbət etmək üçün onunla görüşübmu ? Görəsən kimsə onu dinliyibmi ? O robot deyil...O da insandı.Onunda duyğuları, hisləri var.O da sevib bir zaman, inanıb birinə.O da nə vaxtsa insan olub.Sən və mənim kimilər onu dinləmədikcə ancaq söyməklə o elə ancaq robot qalacaq...Bir gün sevdiyi kişinin qadını olmaq arzusu ilə yaşayan indi hər gün bir kişinin qadını olur bir neçə saatlıq... Hekayəsini heçkim bilmir..Pozğundu vəssalam.Biz hammız pessimistik.boş-boş şeylərə görə özümüzü öldürürük ruhən.Kənar insanlara baxıb biraz ibrət götürmək və şükür etməyi bacarmaq lazımdı.Hətta bu insan pozğun belə olsa.Dedim axı mənasızdı bu yazım.Çünki biz belə şeyləri qəbul etməyi bacarmırıq dünyaya ancaq bir istiqamətdə baxırıq.Bir gün mənalı həyatında nə biləydiki bir gün sevdiyi kişinin fahişəsi olacaq bu qadın ? /Mehman Məmmədzadə
Posted on: Sun, 20 Oct 2013 06:57:13 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015