Məni həmişə ən çox narahat edən yanaşma "Bura - TopicsExpress



          

Məni həmişə ən çox narahat edən yanaşma "Bura Azərbaycandır" yanaşmasıdır. "Bura Azərbaycandır" bizə məqsədyönlü yeridilmiş təsəlli yox, əksinə, müsbət dəyişiklik, xoş xidmət tələbi üçün stimul, təşviq olmalıdır. Çünki Rüşvət qanımızda deyil, çünki -ADA da bizimdir, Xəzər də, Qafqaz da! Süründürməçilik taleyimiz deyil, çünki -ASAN da bizdədir, Vergilər nazirliyi də! Keyfiyyətli kadr əksikliyimiz yoxdur, çünki -Mikayıl Cabbarov da bizimdir, Məleykə Abbaszadə də, həm iqtidarda, həm də müstəqil vətəndaşlarımız arasında belə uzun bir siyahı da! "Yox" olan, "bizim olmayan" sadəcə dəyişiklik iradəsinin yoxluğudur, istəkdəki qeyri-səmimiyyətdir. Sistemin yanlışlığıdır. Yuxarıdakı səbəblərə görə doğru siyasəti, sistemi doğru idarə etməyi elə "Bura Azərbaycandır" əsası ilə tələb etmək lazımdır. Çünki var olanlarımıza, bizim olanlarımıza görə biz daha yaxşısına layiqik! #dirənVətəndaş
Posted on: Wed, 19 Jun 2013 18:44:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015