Mənim Dekabrım (Hekayə) Mənim tənhalığım insanlarla - TopicsExpress



          

Mənim Dekabrım (Hekayə) Mənim tənhalığım insanlarla doludur. (F. Kafka) Proloq Dekabr ayı, soyuq, insanı belə donduracaq dərəcədə şaxta var Bakının küçələrində... Bir nəfər də olsun canlı gözə dəymirdi. Küçənin kənarlarında şaxta və qar altında qalmış maşınlar gözləyirdilərki sahibləri onları istifadəyə hazırlasınlar. Sadəcə həzin və bir o qədər də insanı donduran şaxtalı meh əsirdi. Küçə ilə düşünə-düşünə addımlayırdım. Evdən çıxanda qalın geyinsəmdə soyuğu artıq iliklərimdə hiss edirdim. Qulağımda qulaqcıq ilə sadəcə musiqinin zövqünə buraxmışdım özümü. Belə bir misal var : Musiqi ruhun qidasıdır. Məndə bu misala uyğun olaraq ruhumu qidalanmağa tərk etmişdim... Hələdə hara getdiyim haqqda heç bir fikrim yox idi. Sadəcə getmək istəyirdim. Son zamanlarda yaşadığım hadisələrdən sonra bu şəhərdə qalmağın heç bir mənası yox idi. Sadəcə getmək... Hər yan bəm-bəyaz yorğana bürünmüşdü. Yorğunluqdan dizlərimdə taqət qalmamışdı. Biraz dincəlib yoluma davam etmək qərarına gəldim. Gözümə qardan uzaq bir avtobus dayanacağı sataşdı. Ona doğru addımladım. Buranın qəribə mənzərəsi vardı. ətrafımda şüşələr üzərində reklam və elanlar vardı. “ Filan şirkətə 18-25 yaş arası xarici görünüşlü xanımlar tələb olunur”- düzü bu elandan bir şey anlamadım. Axı nəyə görə yaş limiti vardı bu şirkətdə. Sənə “ ay şirkət sahibi” işçinin xarici görünüşü yoxsa onun iş təcrübəsi lazımdır? Indi bunları düşünməyin yeri və zamanı deyildi. Bir anlıq qulaqcığı qulağımda çıxarıb, qollarımı bir- birinə keçirərək son zamanlarda niyə belə olduğum haqqda düşündüm... Qısa Həyatım Hər yeni dəqiqə bizim üçün yeni həyat başlayır. Cerom Klapka Cerom Mən Bakı şəhərində anadan olmuşdum. Uşaqlığım da çox dəcəl olduğumu söyləyirdilər həmişə mənə amma zaman keçdikcə o dəcəldə heç bir şey qalmadı. Maddi cəhətdən ailəm problem yaşayırdı. Elə bu səbəbdən biz mənzillərimizi tez-tez dəyişməyə məcbur olurduq çünki kirayəşin yaşamaq həqiqətən çox çətin idi. Atamın işlərində problem yaşadıqlarını bilirdim amma onlar bunu bilindirməməkdə təkid göstərirdilər. Əslində bizim necə də aciz olduğumuzu ətrafın bilməsini istəmirdilər. Mən isə mənzil problemindən dolayı dəfələrlə məktəbimi dəyişdim. Hər dəfəsində də yeni simalar, yeni müəllimlər görürdüm. Güc bəla ilə məktəbi bitirdim. Universitetə hazırlaşmağa başladım. Dərslərimə çox diqqət ayırırdım. Demək olar ki günümü kitablarıma həsr edirdim. Təsəvvür et ki: səhər oyanan kimi tez kitablarımı oxumağa başlayırdım, hazırlıqlarıma gedərkən belə kitab əlimdən düşməyirdi, orda belə kitab oxuyurdum. Ətrafımdakı insanlar mənə qəribə baxırdılar. Düşünürdülər ki ; Buda sanki alim olacaqmış kimi kitabdan necə də bərk-bərk yapışıb. Bu dövrlərdə sevgi-məhəbbət mövzularından kənar bir şəxs idim. Məhəbbət adı eşidən kimi gözlərimi yerə dikirdim. Sevgililəri görəndə “ həsət” aparan insanlar var idi. Amma mən onları sadəcə “sevgidən gözləri tutulmuş axmaqlar”adlandırırd-ım. Hazırlıqlarda qız və oğlanların dərsi necə pozduqlarını görürdüm. Dərs danışdığın anda bir bu qıza, bir o oğlana ya zəng , ya mesaj gəlirdi və mən bunu gördükcə sinirlərimi daha da oyanırdı. Çox özünə qapanıq biri idim. Bilmirəm kənardan daha çox belə görsənirdi. Ona görə də heç kimlə dostalaşıb özümə yaxın buraxmaq istəmirdim. Qızların mənə “yazıq” kimi baxdıqlarını hiss etmişdim artıq. Amma mən diqqət vermirdim kənarın düşüncəsinə. Çünki onlardan fərqli olduğumu bilirdim. Geyimim də qəribə idi ; cırıx-cırıx olan ADİDAS cinsləri,4ever alone yazılı qara köynəklər və ən sevdiyim “emo aksesuarları”. Musiqi zövqüm də tamam fərqli idi : rock və rep tərzində olan musiqilərə qulaq asırdım. Hazırlıq dəftərlərimə qəribə- qəribə işarələr cəkirdim. Və beləcə həyatımı çürüdürdüm... Universitetə çətinliklə də olsa daxil oldum... Universitet Həyatı Elmi olub ağlı olmayan adama elm əziyyət verər. (deyim) Universitet? Bura mən təsəsvvür etdiyim yer deyildi deyəsən yanlış olmuşdu nədəsə. Jurnalistika ixtisasına daxil olmuşdum. Həyatımda artıq ilk dəfə idi ki qəlbimdə istədiyim bir işə nail olmuşdum. Hekayə, məqalə, xəbər ən sevdiyim komunikasiya anlayışları bu ixtisas da cəmləşmişdi. .. Ətrafda öz otaqlarını saf-saf axtaran insanlar vardı. Məndə güc – bəla ilə 28 nömrəli otagı tapdım... İçəri daxil olan kimi gözümə ən birinci O dəydi... Deyirlər ki, : Mələklər aşiq olan insanların qəlbini oxları ilə sancırdılar. ( Əlbəttə bu sadəcə deyim idi). Bu hadisə məndədə artıq baş verdi. Xəyallarimdakı ŞƏHZADƏ məndən sadəcə 5-6 addım uzaqlıqda idi. Neçə illər sevgidən heç bir anlayışı olmayan biri idim mən , amma Ona dəli kimi vurulmuşdum. Bu Şəhzadənin heyratamiz bir gözəlliyi vardı. Mən ən çox onun baxışlarına tutulmuşdum... -Ay bala, aloo, oğlum, keç əyləş! Birtəhər özümə gəldim. Yer tapıb əyləşdim. Ətrafına gülüşlər paylayırdı. Şəhzadəm mənim çox gözəl idi. Gözlərimi ondan ala bilmirdim. Amma ona heçnə deyə bilməyəcəkdim axı o mənim qrup yoldaşım idi. Bu biraz qəribə səslənə bilər amma onu sadəcə uzaqdan sevirdim . Və ömür boyu qəlbimdə məhəbbət olaraq qalacaqdı. .. Universitet həyatım çox qəribə keçirdi. Kollekvum,seminar,mü-hazirə,kök qapılardan keçməkdə belə əziyyət çəkən rüşvətxor müəllimlər və kiminsə tapşırığı ilə süni qiymələr yazılan “ yekəxana(özünübəyənə-n) tələbələr- Düşdüyüm mühit bu idi. Aylarca çalşmışdım ki ali təcrübəm olsun amma Universitet mən xəyal etdiyim kimi deyildi... Burada dərs oxuyanlara qəribə baxırdılar. Başqasına əsəbləşib sinirlərini tələbə və ya kurskomlardan çıxan müavinlər, ali məktəbdə nələr olduğundan xəbəri belə olmayan dekanlar yuvası idi bura. Ali məktəb? Məncə ali məktəbdən çox uşaq bağçasına oxşayırdı. Körpələr oyuncaq üstündə dalaşırdılar. Ali uşaq bağçasının körpələri isə sanki oyuncaqmış kimi qız üstündə dava edirdilər və bir-birlərinə düşmən kəsilirdilər. Ən yaxın dostların belə qız üstündə bir-birlərini döydüklərini görürdüm. Tələbələr arasında ancaq bu dialoqlar istifadə olunurdu: -Brat! Bu qıza qarşı biraz vnimatilni(diqqətli)-ol! İstədiyimdi! Kimsə o yan , bu yan etsə naxadi(tez,cəld) mənə xəbər çattırırsan! Oldu ? -Oldu Əlbəttə burda 2. Adam Uni-nin tələbələri arasında “Tapşırılmış” rolunda çıxış edir. Mənsə sadəcə bunları izləyirdim və bu mühitdən uzaq durmağa çalışırdım. Amma “sevgi” deyilən bu zillətə mən də tutulmuşdum. Həmin davranışları , dialoqların mənimdə başımdan keçməsindən qorxurdum. Amma hər bir insanın başına nə vaxtsa qorxduğu fobialar gəlməlidir. Bu təbiətin yazılmamış qanunu idi... Şəhzadəm Toxunmadığın biri üçün darıxırsansa, darıxdığın ürəyinə toxunmuşdur çoxdan. Ehh... Mənim Şəhzadəm həqiqətən çox gözəl idi. O, məni gözləri ilə valeh etmişdi. Dərsdə gözlərimi ondan ala bilmirdim. Mühazirə zamanı yazını kənara qoyub yalnız onu seyr edirdim, kiminsə baxdığını hiss edən kimi tez gözlərimi qaçırdırdım ondan. Onu başqa bir oğlanla təsəvvür edə bilmirdim. Oğlanların ona dostcasına yaxınlaşmasının belə qısqanırdım. Bu hərəkəti edən oğlanı beynimdə demək olar ki xəttləyirdim... Amma heç kimə heçnə deyə bilməzdim çünki o mənim deyildi. Onunla 4 il birlikdə oxuyub, onu necə dəlilər kimi sevdiyimi deməmək biraz qəribə idi. Amma onu itirməkdə çox qorxurdum ona görə bu addımı atmırdım. Onsuz həyatımı təsəvvür edə bilmirdim... Yeni başladığımız dərs müddətində demək olar ki yaxşı münasibət yaratmışdıq əlbəttə ki, dost münasibəti idi. Ona dərslərində kömək edir, kiçik məsələlərində ona yardımçı olurdum. əlbəttə bu kənardan “işlədir” deyilən bir leksiya kimi çıxırdı. Dəfələrlə qrup yoldaşım oğlanlar mənə yaxınlaşıb: -Brat! , məncə bu qız səni işlədir !! Deyilən kimi sözlər eşidirdim. Oğlanların mənə qarşı düşüncələri tamam dəyişmişdi, amma mən hər şeyi gözə almışdım. Sevgim üçün mübarizəmi davam edəcəkdim... Xəyallarımın sönməsi... Xəyallar və gerçəklər yarışar, xəyallar həmişə öndən gedər, amma hər zaman gerçəklər qazanar. Oscar Wilde Dəfələrlə mənim xətrimi bir o qədər çox istəyən şəxslər mənə yaxınlaşıb: -Ay qardaş! Bu qızın istədiyi oğlan var! Amma mən heç birinə inanmırdım. Bəlkədə inanmaq istəmirdim... Şəhzadəm mənim onu sevdiyimi necə olmuşdusa öyrənmişdi. Bilmirəm bu necə olmuşdu, ola bilər hərəkətlərimdən hiss etmişdi... Bəzən telefonda onun şəklinə baxıb bir daha vurulurdum halbuki bir nəfəs qədər yaxınlığımda idi... Bir gün dərsdən sonra , əlbəttə o məndən tez çıxmışdı otaqdan. Mən həmişəki kimi qulaqcığımı taxır sonra həzin bir sevgi musiqisinə qulaq asır daha sonra yoluma davam edirdim. Universitetin yaxınlığında “gül satan bir qadın” vardı, bu dəfə sevdiyim qız üçün gül almaq fikrinə düşdüm. Bəlkədə arxasınca çatıb ona verəcəkdim. Aldım gülü qaçaraq həmişə gözlədiyi dayanacağa çattıqda O səhnəni gördüm... Şəhzadəm dayancaqda sevdiyi oğlanla danışır, əl-ələ tutuşurdular. Şəhzadəm məni görmədi , görməsinidə istəmədim və arxamı çönüb: Kapüşonu başıma keçirdim,(ancaq qəmgin olduqda edirdim halbuki) sonuncu dəfə şəhzadəmə baxdım və yoluma davam etdim. Yolda göz yaşlarımı güclə saxlayırdım. Həyatımda ilk dəfə bir qıza aşiq olmuşdum və sonluq həmişəki kimi olurdu: “ Mənim lehimə olmayan bir sonluq”. Onsuzda heç nədə bəxtim yox idi. Əlbəttə bunu paylaşacaq bir insanım yox idi ancaq qəlbimdə boğulacaqdım bu SEVGİMLƏ... Bu hadisədən sonra , əlbəttə çox pis olmuşdum. Günlərcə özumə qapanıb, yazdığım hekayələrin axışına buraxmışdım özümü. Dərsdə bircə dəfə Şəhzadəmə baxır sonra yenidən hekayəmə davam edirdim. Mənə müəllimlərin dediyi mühazirələr niyəsə maraqlı gəlmirdi artıq. Ailəm də hiss etmişdi məndəki bu dəyişiklikləri. Anam sonda dayana bilmədi və məni psixoloqa(zorlada olsa) apardı. Bura çox qəribə bir yer idi . Ətrafımda psixoloji cəhətdən əziyyət çəkənlərlə dolu idi. Özümü burada yad hiss edirdim... Növbə nəhayət bizə çatdı. -Xanım, icazə verin pasientlə tək qalım. Içəri daxil oldum. Psixoloqun hardasa 40-45 yaşı olardı , üzündə süni gülüş dərhal hiss olunurdu. -Əyləş oğlum! Psixoloqla üzbəüz əyləşdim. -Buyur səni dinləyirəm, nə problemin var de mənə! Mən heç bir şey demirdim. Sadəcə onun gözlərinin içində pasientdən çox bir pul kisəsinə oxşadığımı gördüm: -Oğlum, niyə danışmırsan ? Niyə belə özünəqapanmısan? O, dayanmadan mənə suallar ünvanlayır. Nə isə bir ümidlə soruşurdu: -Oğlum, sən belə etmə! Sənin gələcəyin hələ öndədi! Ailən səni deyib yaşayır! Səni onları ağ günə çıxaracağını düşünürlər... Elə bu an sonuncu dəfə oxuduğum sitatı psixoloqa yönəltdim: -Cənab psixoloq, bütün günlər ağdır. Hər gün gün çıxır və biz ağgünə çıxırıq. Sadəcə bunu dərindən hiss etmək lazımdır... Bunu deyib otaqdan çıxdım. Psixoloq anamı çağırıb nə isə mənimlə bağlı tövsiyyələr verdi. Bir müddət sonra... İnsanları yorğun edən həyat deyil, daşıdığı maskalardır. Uilyam Şekspir Artıq dekabr ayının sonu idi. Hər kəs öz evində “yeni il” –in gəlişini qeyd edirdilər. Mənimçün adi günlərdən biri idi. ən sevdiyim dekabr ayı olsa belə niyəsə yeni il-i heç xoşlamırdım. Ailəvi yığıncaqlar, qonaqlıq, restoranlarda qeyd etmələr, 1 gündən ötrü xərclənən çoxlu pullar niyəsə mənə heç maraqlı gəlmirdi. Dairəvi masa arxasında bu 12 ayın ərzində bir-birlərini itirib-axtarmayan bir qrup şəxs ilin sonunda yadına düşürkü: “ Bıyy... Mənim qohumum var axı...” . Yenə belə günlərdən birində dairəvi masa arxasında qohumlarımızla birlikdə toplaşmışdıq. Qadınlar bir tərəfdən yeyərkən digər tərəfdən kiminsə qeybətini edirdilər. Kişilə isə mənasız- mənasız sağlıqlar deyib, araqlarını ötürürdülər mədələrinə. Beynimdə danışılanların hamısı oyan-buyana gedirdi və əsəblərim tab gətirmirdi. Daha çox bu əzaba dözmədim və V.İ.P - ə Getmək bəhanəsi ilə ordan qaçdım. Hara getdiyim haqqda heç bir fikrim yox idi... Xoşbəxt sonluq. Əslində bütün qadınlar mələkdir, sadəcə qanadları sınanda süpürgələrinə minirlər Paulo Coelho Yol ilə gedərkən telefonuma tanımdağım bir nömrədən mesaj gəldi: Elxan, mən sənin xətrini istəyən bir şəxs kimi səni məlumatlandırmağı özümə borc bildim. Sevdiyin qızın bu yaxınlarda artıq nişanıdır”. Bu mesajdan sonra telefonumu cibimə qoyub yoluma davam etdim... Epiloq. Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir. Avtobus dayanacağında artıq soyuğun təsiri duyulurdu. Sevdiyim qız gözümün önünə gəlirdi. Ilk dəfə idi ki gözümdən yaş gəldiyini hiss etdim, ilk dəfə idi ki bir qıza görə ağlayırdım... Artıq mənası yox idi yaşamağın. Telefonum dayanmadan zəng çalırdı, kontakta olan nömrələri hamısını blokladım. Telefonumda gizlətdiyim sevdiyimin sonuncu şəklini tapdım və baxdım... Onun rəsmindəki gözlərinə baxdıqca ürəyim dayanmadan sürətli şəkildə vururdu... Gözlərim yavaş-yavaş yumulurdu, ayaqlarım hərəkət etmirdi, dayanmadan yuxumun gəldiyini hiss edirdim. Telefonum əlimdə düşdü sevgilimdə onunla birlikdə nə qədər cəhd etdimsə onu götürə bilmədim. Bütün bədənim donmuşdu artıq. Gözlərim qapanırdı , ürəyimin döyüntüsü zəifləmişdi... Sonuncu dəfə başımı yuxarı qaldırdıqda həyatımda ən dəyər verdiyim “ ONU “ gördüm və gözlərim yumuldu... SON Əlavə bir neçə söz! Yanvarın 1-i. Bakı dünənki mənzərədən sonra tamam dəyişmişdi. Hərkəs harasa tələsirdi. Maşınlar yollarla şütüyür, sürücülər yenə tıxac ucbatından bir-birlərini söyür, elə bu səbəbdən hansısa biznesmenlər öz işlərinə gecikirdilər. Qəzet köşklərində çalışanlar: “Bakıda Yeni il Gecəsi müəmmalı ölüm “ deyə qışqırırdılar. Hərkəs oğlanın ölümündən danışırdı. Hələdə bu hadisə müəmmalı qalırdı. Insanlar xəbərə sadəcə sətiraltı kimi baxıb, özlərinə lazım olan hissələri ön plana çəkirdilər. Çünki heçkimin vecinə deyildi bu oğlan intihardan və ya donub ölüb onlar üçün sadəcə oğlan ölüb. Heç kimi maraqlandırmırdı... Əslində bu hekayə burda bitir. Bu hekayədə ön plana çəkmək istədiyim idea gündəlik həyatımızda da bu problemlədən əziyyət çəkən insanlar var. Və onlar çarəni yalnız intihar və ya təbii yolla ölümdə görürlər. Çünki yalnız bu onların qəlblərində basdırdıqları SEVGİ-ni boğmağa kömək edir. Bu belə olub həmişə belə də davam edəcək... By Joker
Posted on: Thu, 06 Mar 2014 08:29:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015