Məsələnin bir də digər tərəfi var. Ağlınızda sual yaran - TopicsExpress



          

Məsələnin bir də digər tərəfi var. Ağlınızda sual yaran bilər ki, “hansı məsələ?”. Əslində normalda heç biriniz belə bir məsələnin varlığından xəbərdar deyilsiniz. Bəlkə də xəbəriniz var. Açığı çox adam düşünməyib. Mən düşünmüşəm. Çox dəxlisiz bir xasiyyətim var. Heç kimin düşünmədiyi, heç kimin diqqət etmədiyi detallara ilişib qalıram. Çoxdandı ağlımda bir sual var. Sualı axırda yazacam. Məsələ qadın azadlıqlarıdır. Seçki hüququndan filan danışmayacam. Feminist də deyiləm. Çox detallı da danışmaq istəmirəm. Söhbətin axırı yoxdu. Xırda bir detala toxunmaq istəyirəm. Bugün şəhərdə kifayət qədər cütlük görə bilərsiniz. Bu cütlüklərin oğlan tərəfində bir problem olmur adətən. Evdə bilinir ki, sevgilisi var. Hər şey çox rahat, əla. Qız tərəfdə isə əksinə. Çox vaxt iş hər hansı rəsmiyyətə minənə qədər evdən bəzi şeylər gizlədilir. Məsələnin digər tərəfinə gələk. Hər bir valideyn sevinir ki, oğlumuzun sevgilisi var. Qız da mədəni bir qızdır. Amma həmin valideyn eyni tolerantlığı qızına qarşı göstərə bilmir. İnsanların beyninə yeritmək lazımdır ki, sənin oğlunun istədiyi (sevdiyi) qız hər hansı digər valideynlərin qızıdır. Və sən buna göz yumub, öz qızına “camaat nə deyər?” deyirsənsə, bu sadəcə olaraq alçaqlıqdır. Bu o deməkdir ki, sənin qızın alidir, onların qızı küçədən tapılıb. İnsanları özündən aşağı görməkdir bu. Daha bir məsələ isə budur ki, hansı ana-ataya bu sözləri desən heç biri səninlə razılaşmayacaq. Hamısı səni “qeyrətsiz” çıxardacaq. Bugün cəmiyyətimizdə görmək istəyib, görə bilmədiyim bəzi nüanslar var. Hər bir övladın ən yaxını onun valideyni olmalıdır. Valideyn övladına dəstək olmalı, ona bu yolda təkbaşına addımlamağa icazə verəcək qədər güvənməli, yıxıldığında əlindən tutub qaldıracaq qədər sədaqətli olmalıdır. Təəssüf. Çox təəssüf. İndi həmin sualı verim: Niyə valideynlər bizi hansısa uğurdan (nailiyyətdən) sonra ciddiyə almağa başlayırlar? Çox çətindir övlada etibar etmək?
Posted on: Sat, 16 Nov 2013 16:42:08 +0000

Trending Topics



JUSTIFICAR QUANDO NÃO ACEITAREM

Recently Viewed Topics




© 2015