NAZİK BAĞIRSAĞIN ŞİŞLƏRİ Nazik bağırsağın - TopicsExpress



          

NAZİK BAĞIRSAĞIN ŞİŞLƏRİ Nazik bağırsağın xoşxassəli şişlərinə nisbətən bədxassəli şişləri çox rast gəlinir. Klinik mənzərəsi: Ümumi əlamətlər həzm traktının bədxassəli törəmələrində olduğu kimidir- halsızlıq, tükənmişlik,dəri öttüklərinin solğunluğu və s. Yerli simptomlar şişin lokalizasiyasından, ağırlaşmalarından asılıdır- bağırsaq qanaxmaları, bağırsaq keçilməzliyi, perforasiya və s. Çox hallarda xəstəliyi əlamətləri tədricən inkişaf edir. Şiş qalça bağırsaqda yerləşdikdə qarında müvəqqəti xarakterli ağrılar defakasiya aktının pozulması müşahidə olunur. Ağrının intensivliyi tədricən artır, tutmaşəkilli olur. Ümumi əlamətlər az nəzərə çarpır. Şişin vəziyyəti TNM qiymətləndirilir. Nazik bağırsağın şişləri limfogen yolla metastaz verir. Bu zaman selikli qatda və serroz qişada düyünlər əmələ gəlir. Ölçüsü böyüdükcə bağırsaqda konsentrik daralmalar əmələ gəlir. Uzaq metastazlar gec baş verir. Sarkoma: Nazik bağırsağı zədələyən sarkomalarda ən çox leyomiosarkoma rast gəlinir. 50-70 yaşlarda, daha çox kişilərdə əmələ gəlir. Qrında ağrılar, mədə bulantısı, qusma, tükənmə, bəzən hissəvi bağırsaq keçilməzliyi fonunda şişin perforasiyası müşahidə olunur. Xəstələrin yarısında şiş palpasiya olunur. Anginosarkoma massiv bağırsaq qanaxmaları ilə təzahür edir. Limfogen metastazlar leyomiosarkoma üçün xarakterik deyil. Şiş birbaşa invaziya ilə yayılır və ya hemotogen yolla qaraciyərə və ağciyərə metastaz verir Limfoma: Nazik bağırsağın selikaltı qatından limfoid toxumadan inkişaf edir, yaralar əmələ gətirir. Yerli invaziv inkişafla xarakterizə olunur. Regionar limfa düyünlərə,dalağa, qaraciyərə metastaz verir. Qarında ağrı, diareya, qızdırma, bağırsaq keçilməzliyi müşahidə olunur. Bəzən əl barmaqları təbil çubuqları formasını alır. Qeyri immun proliferativ limfomaları üçün iki yaş piki xarekterikdir. Uşaqlarda 10 yaş, böyüklərdə 50-60 yaş. Karsinoid: Xarakter klinik əlamətlər qarında epizodik ağrılar, bağırsaq keçilməzliyi əlamətləridir. Bəzən karsinoid sindrom dəri hipermeiyası,diareya, boğulma tutmaları inkişaf edir. Limfoqranulematoz: Ağırlaşmış hallarda klinik mənzərə şişin anotomik formasından asılıdır. Endofit yaralı formada çox zaman ümumi simptomlar halsızlıq,tükənmişlik, temperatur yüksəlməsi, titrəmə olur.Qarın ağrısı,bulantı,qusma sonralar ortaya çıxır və zəif nəzərə çarpır. Çox vaxt yeganə simptom ishal ola bilir. Ekzofit formada bağırsaqda pazaj pozulur,qarında tutma şəkilli ağrı, bulantı, qusma,defekasiyanın gecikməsi baş verir. Şiş ocağında bağırsaq perforasiyası baş verir. Bu zaman peritonit xarakter simptomları olmadan baş verir. Yeganə simptom qarında qəfil şiddətli ağrı ola bilir. Sonra isə peritonit sakit keçir,ağrı sindromu olmur.
Posted on: Wed, 17 Jul 2013 05:24:26 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015