Neftci hansi merhelede hansi klubla uzlesecek ? Azerkesleri - TopicsExpress



          

Neftci hansi merhelede hansi klubla uzlesecek ? Azerkesleri maraqlandiran butun suallar burda. Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq "Neftçi" klubu püşk zamanı səpələnmişlər səbətində yer alacaq ki, bu da təmsilçimizə nisbətən zəif rəqiblə qarşılaşmağa imkan yaradacaq. Böyükağa Hacıyevin komandası bu mərhələni keçəcəyi təqdirdə ən azı Avroliqanın "play-off"unda oynamaq hüququ əldə edəcək. Bununla belə, "Neftçi" ÇL-in III təsnifat mərhələsinin püşkü zamanı səpələnməmişlər səbətində qərarlaşacaq. Bu isə "Neftçi"ni bir qədər güclü rəqiblərlə üz-üzə qoyacaq. Lakin həmin klublar Avropanın ortabab komandalarından hesab olunur. Bunlara misal olaraq "Bazel" (İsveçrə), BATE (Belarus), "Seltik" (Şotlandiya), "Styaua" (Rumıniya), APOEL (Kipr), "Dinamo" (Zaqreb, Xorvatiya), "Partizan" (Serbiya) və digər komandaları göstərmək olar. Bu komandalar sırasında nisbətən zəif rəqiblər də olacaq ki, həmin klubların da "Neftçi" ilə üzləşməsi mümkündür. "Neftçi" III mərhələni uğurla keçəcəyi təqdirdə artıq Avroliqanın qrup mərhələsindəki yerini tam təmin edəcək. Lakin ÇL-in "play-off" mərhələsində "Neftçi"ni olduqca güclü rəqiblər gözləyir. Bunlarında sırasında "Lion" (Fransa), "Zenit" (Peterburq, Rusiya), PSV (Endhoven, Hollandiya), "Metalist" (Xarkov, Ukrayna) və "Fənərbaxça" (Türkiyə) kimi klubların adlarını çəkə bilərik. Üstəlik bu siyahıya II və III təsnifat mərhələsinin qaliblərini də əlavə etmək olar. Onu da qeyd edək ki, "Neftçi"nin bu mərhələdə ortabab komanda ilə qarşılaşmaq şansı cüzi də olsa, qalır. Belə ki, reytinq xalına görə "Neftçi"dən xeyli irəlidə olan "Bazel" (İsveçrə), BATE (Belarus), "Seltik" (Şotlandiya), "Styaua" (Rumıniya) və APOEL (Kipr) kimi klublar ÇL-in "play-off" mərhələsində son Azərbaycan çempionu ilə qarşılaşa bilərlər. Bu mərhələni keçmək isə "Neftçi"nin daha bir tarix yazması anlamına gələcək.
Posted on: Sat, 22 Jun 2013 11:04:12 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015