Neftçalada sahibkarların qiyamı gözlənilir İsmayıl - TopicsExpress



          

Neftçalada sahibkarların qiyamı gözlənilir İsmayıl Vəliyevin onlara qarşı tutduğu aqressiv mövqe üsyana səbəb olacaq 20.08.2013 / 11:02 Neftçala rayonu İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin rayonda fəaliyyət göstərən sahibkarlara qarşı tutduğu qeyri-konstruktiv mövqeyi hələ də dəyişməz olaraq qalmaqdadır. Ən acınacaqlısı budur ki, bu mövqey yoxsulluğun azaldılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qəbul edilmiş bir sıra mühüm dövlət proqramlarının reallaşdırılması vəzifələri ilə qətiyyən uyğun gəlmir. Mövzuya dair ötən yazılarımızda da biz qeyd etmişdik ki, son vaxtlar İ.Vəliyevin fəaliyyətində yer almış bu kimi neqativ məqamlara dair ölkə mətbuatında dərc olunmuş tənqidi fikir və rəylərə də tez-tez rast olunur. Diqqətəlayiq haldır ki, İsmayıl Vəliyevin Neftçalaya rəhbərlik etdiyi müddət ərzində rayonda yerli sahibkarlarla RİH rəhbərliyi arasında yaranmış çoxsaylı mübahisələrin böyük əksəriyyəti məhz torpaq sahələrinin çoxillik icarəsinə dair bağlanmış müqavilələr ətrafındadır. İcra başçısının şəxsi maraqlarından çıxış edərək qanuni müqavilələri mübahisələndirməsi bir çox sahibkarların fəaliyyətini ləngidərək ümumilikdə rayonun iqtisadi inkişafına mənfi təsir göstərir. Rayon rəhbərliyinin bu özbaşınalıqlarından daha çox əziyyət çəkən sahibkarlar isə məhsul istehsalı əvəzinə vaxtlarını və potensiallarını məhkəmə çəkişmələrinə sərf etməli olurlar. Bu xüsusda redaksiyamıza daxil olmuş çoxsaylı şikayət ərizələrindən birində Neftçala RİH-nin rəhbərliyi tərəfindən bu “Azər-Aqrobiznes” MMC-nin hüquqlarının kobud şəkildə pozulmasına dair məlumatlar təqim olunur. Belə ki, İ.Vəliyev bir müddət əvvəl Neftçala RİH ilə “Azər-Aqrobiznes” MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən sonuncunun istifadəsində olan 200 ha torpaq sahəsinin bir hissəsini sözün əsil mənasında zəbt etmək fikrinə düşüb. Elə bu məqsədlə də qarşı tərəfin nəinki razılığı, hətta xəbəri belə olmadan başçı tərəfindən “Neftçala rayon İcra Hakimiyyətinin başçısının 10.11.2008-ci il tarixli 198 saylı Sərəncamı ilə “Azər-Aqrobiznes” Məhdud Məsuliyyətli Cəmiyyətinə rayonun 13 saylı Asudə Dövlət Torpaq fondundan kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə icarəyə verilmiş 200 ha torpaq sahəsinin 16 ha-nın geri alınması barədə” 02 mart 2012-ci il tarixli 12 saylı Sərəncam imzalanıb. MMC-nin nümayəndəsi Tahir Əlirzayev Neftçala RİH-nin başçısı İ.Vəliyevə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon Şöbəsinə qəti etirazını bildirdikdən sonra isə İ.Vəliyev müəssisədən geri alınacaq torpaq sahəsinin əvəzinə rayonun 13 saylı Asudə Dövlət Torpaq fondundan 16 ha torpaq sahəsinin ayrılması barədə” 28 iyun 2012-ci il tarixli 67 saylı yeni bir Sərəncam da imzalamışdır. Lakin məsələ bundadır ki, MMC təmsilçilərinin bu yeni sahənin harada yerləşməsinə dair belə heç bir məlumatları yoxdur. Digər tərəfdən isə 67 saylı Sərəncamdan görünür ki, torpaq sahəsinin bir hissəsinin geri alınmasına dair nə icarədar kimi “Azər-Aqrobiznes” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq razılığı, nə də icarədə olan torpaqların bir hissəsinin məcburi geri alınması barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vasitəti əsasında məhkəmənin qərarı mövcud deyil. Digər tərəfdən isə belə bir məqamı da qeyd etməmək olmaz ki, İ.Vəliyevin RİH başçısı postunda fəaliyyəti dövründə yaranmış bu tip mübahisələrdən bəzilərinə həm birinci instansiya, həm də apellyasiya məhkəmə iclaslarında baxılmış və əksər hallarda məhkəmə qərarları məhz sahibkarların xeyrinə qəbul edilmişdir. Belə hallara misal olaraq biz artıq Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 03 sentyabr 2012-ci il tarixli qərarını, həmin məhkəmə instansiyasının 2-2(86)-120/2013 №-li 05 aprel 2013-cü il tarixli qətnaməsi, Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-12/2013 №-li 06 iyun 2013-cü il tarixli qərarını və 2-1 (106)-130/2013 №-li 10iyul 2013-cü il tarixli qətnaməsini göstərmişdik. Bu işlərdən birinə, iddiaçı Əbdürəhmanov Vüsal Ələkbər oğlunun cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala Rayon şöbəsinə, üçüncü şəxslər Mənəfov Eldar Gülbala oğluna və Neftçala RİH-nə qarşı torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, plan və ölçünün onun adına verilməsi barədə iddia tələbinə dair məlumatları təqdim edən Vüsal Əbdürəhmanov göstərmişdir ki, Neftçala rayon İcra Hakimiyyəti Başçısının 22 sentyabr 2008-ci il tarixli 172 saylı Sərəncamı ilə qoyunçuluğun inkişaf etdirilməsi məqsədilə rayonun 3 və 5 saylı qış-otlaq sahəsindən 278 (iki yüz yetmiş səkkiz) hektar torpaq sahəsi 15 (on beş) il müddətinə ona icarəyə verilmişdir. Torpaq sahəsinin icarəyə verilməsinə dair Neftçala rayon İcra Hakimiyyəti ilə aralarında Torpaq İcarə müqaviləsi bağlanmışdır. Həmin sahənin V.Əbdürəhmanova verilməsinə cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Neftçala rayon Şöbəsi 29.08.2008-ci il tarixli Rəyi ilə etiraz etməmişdir. Lakin sonradan V.Əbdürəhmanovun icarəyə götürdüyü 278 (iki yüz yetmiş səkkiz) hektar torpaq sahəsinin 100 ha hissəsi ondan xəbərsiz olaraq Neftçala rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə Mənəfov Eldar Gülbala oğluna icarəyə verilmişdir. Eldar Mənəfov isə həmin sahəyə dair DTXK-nın Neftçala rayon Şöbəsindən kadastr almışdır. Bundan sonra V.Əbdürəhmanovun müraciəti əsasında DTXK tərəfindən yerində araşdırma aparılmış və müəyyən edilmişdir ki, Neftçala rayon İcra Hakimiyyəti tərəfindən onun icarəsində olan sahənin 100 ha hissəsi səhv olaraq Mənəfov Eldar Gülbala oğluna verilmişdir. Lakin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon Şöbəsinə və Neftçala rayon İcra hakimiyyətinin başçısına torpaq sahəsinin ayrılmasındakı yanlışlıqları aradan qaldırıb ayrılmış 100 ha torpağın Vüsal Əbdürəhmanova geri qaytarılması barədə rəy göndərilməsinə baxmayaraq, “yanlışlıq” hələ də aradan qaldırılmamışdır. Eyni sözləri iddiaçı Neftçala RİH-nin cavabdeh “Azər-A.E.İ.” MMC-nə qarşı torpaqlardan istifadə hüququna dair torpaq icarə müqaviləsinə xitam verilməsi barədə iddia tələbi üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-120/2013 №-li 05 aprel 2013-cü il tarixli qətnaməsi və bu qətnamədən iddiaçı Neftçala RİH-nin nümayəndəsi Hüseynov Ədalət Fətalı oğlu tərəfindən verilmiş apelyasiya şikayəti üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (106)-130/2013 №-li 10iyul 2013-cü il tarixli qətnaməsi barədə də demək olar. Qeyd etmək lazımdır ki, bu işin də mahiyyətində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən onların icarəyə götürdükləri torpaq sahəsini geri almaq niyyəti durur. Sadəcə olaraq bu halda RİH rəhbərliyi vəziyyətə qanuni don geyindirmək cəhdləri də göstərmişdir. Belə ki, icarədə olan torpaq sahəsindən müəyyən müddət ərzində istifadə olunmadığını dəlil kimi təqdim edən RİH nümayəndəsi, belə hallarda icarə müqaviləsinin pozulmasını nəzərdə tutan qanun maddəsini də əsas gətirmişdi. Lakin məhkəmə araşdırması zamanı sübuta yetirilir ki, “Azər-A.E.İ.” MMC-nin torpaqdan istifadə etməsinə də məhz elə Neftçala RİH-nin rəhbərliyi məqsədyönlü şəkildə mane olur. Nəticədə isə İsmayıl Vəliyevin Neftçala sahibkarlarına qarşı, bəlkə də elə ümumiyyətlə Azərbaycanda sahibkarlığın inkişafına qarşı yönəlmiş daha bir həmləsinin qarşısı müvəffəqiyyətlə alınmışdır. Bununla belə vəzifə səlahiyyətlərinin ona verdiyi imkanlardan sonadək yararlanmağı qət etmiş İ.Vəliyev, hətta müvafiq məhəkəmə qərarlarından sonra belə, yerli sahibkarların fəaliyyətini əngəlləməkdə davam edir...
Posted on: Tue, 20 Aug 2013 09:35:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015