Nigar Rəfibəyli- Neyləyim (Həyat yoldaşı Rəsul Rzaya) Ala - TopicsExpress



          

Nigar Rəfibəyli- Neyləyim (Həyat yoldaşı Rəsul Rzaya) Ala gözlüm, səndən ayrı gecələr Bir il kimi uzun olur neyləyim? Bağçamızda qızılgüllər hər səhər Tezdən açır vaxtsız solur neyləyim? Nərgizlərin gözü yaşla dolanda Bənövşələr baxıb qəmgin olanda Qərənfilin gözü yolda qalanda Yasəmənlər saçın yolur neyləyim? Çiçəklərin çəkir gözü intizar Ayrılıqdan betər dünyada nə var? Yaz axşamı səni bil ki, bu Nigar Həzin-həzin yada salır neyləyim? Tez gələsən, bəlkə əlac verəsən Sünbüllərin saçın yığıb hörəsən Çiçəkləri gəlib özün dərəsən Yolda qalib baxışları neyləyim? Çiçəklərin çəkir gözü intizar Ayrılıqdan betər dünyada nə var? Yaz axşamı səni bil ki, bu Nigar Həzin-həzin yada salır neyləyim?
Posted on: Wed, 25 Sep 2013 15:37:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015