Niyə Böyük Birlik yaratdınız? Seçkilərə bir neçə - TopicsExpress



          

Niyə Böyük Birlik yaratdınız? Seçkilərə bir neçə namizədlə getmək üçün? Hərə özü gedəcəkdisə, onda niyə birləşirdiniz? Dolamısınız camaatı? Hakimiyyət ən qəddar və qanunsuz addımları REAL Hərəkatının sədrinə qarşı atdı, çünki, nə REAL, nə də İlqar idarə olunan, sistemdaxili deyildilər. Seçkidə İlqarı və REAL-ı neytrallaşdırmaq üçün onu həbs etdilər, amma gördülər ki, REAL çalışır, REAL işləyir, proqnozlar verir və dedikləri düz çıxır, gördülər ki, tam tərsi, REAL-a və Ilgar Mammadova simpatiyalar artır, indidə qorxularından TAM QANUNİ notarius tələbimizi yerinə yetirmirlər. İlqarın yanına notariusu buraxmırlar ki, sənədləri MSK-ya təqdim edək. Hətta həbsdə saxladıqları adamdan da qorxurlar. Bunlar isə 3 aydır namizəd axtarırlar. Rusiya da vəziyyətdən istifadə edib bu anti-milli hakimiyyətdən bacardığı bütün güzəştləri qopardı. Zindanda olan, gənc, savadlı, əla komandası olan, Avrointeqrasiya təcəssümü birisini qoyub, ssenariyə, oyuna gəldilər, adlarını da “təcrübəli siyasətçilər” qoyublar. Zindanda olan namizədə bütün dünyanın diqqəti birə-yüz artardı, indi bütün aparıcı dünya TV kanalları Kürdəxanıda, Bakıda çadırlar qurub, canlı yayımlar verirdilər. Nə isə, nə birləşə bilirlər, nə də ayrıla, qalıblar çırpına-çırpına, insanların ümidləri, gələcəkləri ilə oynayırlar, amma, bu da bitdi, bu il sonuncu idi, əlvida sizlərə...
Posted on: Mon, 19 Aug 2013 13:30:50 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015