Nizaməddin Quliyevin qisas əməliyyatı Müqayis Verdiyev - TopicsExpress



          

Nizaməddin Quliyevin qisas əməliyyatı Müqayis Verdiyev şərlənərək həbs olunub İcra başçısının iğtişaş törətmə böhtanı ilə həbs olunan iş adamına qarşı qanunsuzluğun təfərrüatları Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev az qala bu gün kriminal bir fiqura çevrilib. Ətrafında müxtəlif oyunların cərəyan etdiyi bu adamın hələ də meydan sulaması və hətta suçsuz birisi kimi onun barəsində yazan KİV-lərdən şikayətdə bulunması müşahidə olunanda oğrunun doğru bağrı yaran bağırtısını xatırlamamaq olmur. İş adamı ilə bağlı qalmaqal Goranboy rayon icra başçısı ilə iş adamı Müqayis Verdiyev arasındakı qamaqal haqda mətbuatda çox yazılıb. Goranboy rayonundan olan iş adamı, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Müqayis Verdiyevin vəkili Adəm Məmmədov bildirir ki, müvəkkilinin şərlənərək həbs olunması sifarişdən qaynaqlanır: Müqayis Verdiyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin təklifi ilə rayonda abadlıq işləri aparıb. Həmin işlərin görülməsinə dövlət büdcəsindən 6 milyon manat ayrılıb. Bundan sonra abadlıq işlərinin görülməsi üçün tender elan olunub. Tenderin qalibi icra başçısının oğlu Ramal Quliyevin ”Fəqan-Xidmət adlı şirkəti olub. Görüləcək işlərin ümumi dəyəri 1,3 milyon manat olub. Sonradan Müqayis Verdiyevi Goranboydakı abadlaşdırma işlərinə rəhbər təyin ediblər.İş adamının abadlaşdırma işlərinə rəhbər təyin olunması təsadüfi olmayıb. Müqayis Verdiyev bundan əvvəl İmişli, Yevlax, Gəncə, Tərtər, Kürdəmir, Bərdə, Hacıqabul, Quba və digər rayonlarda abadlıq işlərinin görülməsinə rəhbərlik edib. M.Verdiyevə həvalə olunan işin xərci 256 min manat olub. Həmin məbləğin 100 min manatını icra başçısı Nizaməddin Quliyev Müqayis Verdiyevə əlbəəl verib. Aralarında centlmen razılaşması olub ki, bütün işlər görüləndən sonra qalan 156 min manat da ödəniləcək. Amma iş başa çatandan sonra Nizaməddin Quliyev pulu ödəməkdən imtina edib. Üstəlik Müqayis Verdiyevin susdurulmasına hesablanan addım atıb. Belə ki, Müqayis Verdiyev Xanqərvənd kəndində can verən anasının yanında olarkən fəhlələr ona zəng edərək əmək haqlarını tələb ediblər. O da Nizaməddin Quliyevə zəng edib ki, heç olmasa fəhlələrin əmək haqqını ödəsinlər. Quliyev də deyib ki, problem yoxdur, fəhlələr pullarını müavini Baxış Abdullayevdən ala bilərlər. Fəhlələr icra hakimiyyətinin binası qarşısına gedib pul veriləcəyıni gözlədikləri vaxt onların fotoları çəkilib və həmin fotolar yuxarılara Müqayis Verdiyevin rayonda iğtişaş törətmək istəməsinin sübutu kimi təqdim olunub. Bu gün Müqayis Verdiyev həbsdədir və pulunu Nizaməddin Quliyevdən almaqda çətinlik çəkir. Bu, o deməkdir ki, icra başçısı istəyinə qismən də olsa çatıb” Nizaməddin Quliyevin qisas əməliyyatı”nın icraçısı-Vergilər Nazirliyi Onu da bildirək ki, bu gün Müqayis Verdiyev Cinayət Məcəlləsinin 179.3-cü - mənimsəmə və 308-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur. İğtişaş təşkil etmə isə unudulub”. Çünki belə bir hal olmayıb. Goranboy Rayon Polis Şöbəsinin rəisi də sorğumuza cavab olaraq yazıb ki, Goranboyda iğtişaş olmayıb. 10 aydır ki, istintaq gedir, amma ortada bir fakt yoxdur. Həbsdə olan iş adamının oğlu Anar Verdiyev atasının üzləşdiyi qanunsuzluqlarla bağlı ölkə mediasına müraciət edib. Vergilər Nazirliyinin icra başçısının sifarişi ilə həyata keçirdiyi qisas əməliyyatı”nı tam ifşa edən həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq: Atam Verdiyev Müqayis Cəmil oğlunun barəsində əssasız ittihamla Goranboy rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddəsi ilə cinayət işi başlanmış və daha sonra bu cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə tapşırılmışdır. Hal-hazırda da atam Verdiyev Müqayis Cəmil oğlu bir ildən artıqdır ki, qanunsuz olaraq həbsdə olmasına baxmayaraq, istintaq orqanı tərəfindən onun barəsində heç bir tutarlı dəlil ortaya qoyulmamışdır. Məhz bu boşluğun doldurulması üçün heç bir sahibkarlıq statusu olmayan fiziki şəxs qismində atamın sahibkarlıq fəaliyyətinin yoxlanılması üçün prokurorluğun vəsatəti əsasında müvafiq məhkəmə qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. Bu məqsədlə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin 30.10.2013-cü il 137703004573800 saylı qərarına əsasən, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Xüsusi qərarlara əsaslanan audit şöbəsinin dövlət vergi müfəttişi Əliyev Elçin Yaqub oğlu tərəfindən Verdiyev Müqayis Cəmil oğlunda 01.01.2010-cu il tarixindən 01.03.2013-cü il tarixədək olan dövrdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılmasına dair (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) növbədənkənar səyyar vergi yoxlaması aparılmış və 29.12.2013-cü il tarixində səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Vergilər Nazirliyini ifşa edən dörd müddüa Hesab edirik ki, sözügedən səyyar vergi yoxlaması aşağıdakı səbəblərə görə, qüvvədə olan vergi qanunvericiliyinin müddəları pozulmaqla və kifayət qədər səthi aparılmışdır. Birincisi, istintaq orqanının dəlil axtarışlarının nəticəsiz qalması səbəbi ilə sahibkar statusu olmayan fiziki şəxs barəsində 30.10.2013-cü il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın 3-cü bəndi ilə yoxlamanın 30 iş günü müəyyən edilməsinə baxmayaraq, heç bir əsaslandırma olmadan daha 1 ay uzadılması Vergi Orqanı adına böyük qüsur olmaqla, təqsirləndirilən şəxsin həbsdə qalma müddətinə təsir göstərən bir haldır. İkincisi, səyyar vergi yoxlamasının heç bir tutarlı sübut olmadan yekunlaşmamış istintaq məlumatlarına istinad olunmaqla və kimlərinsə ifadələri əsasında Goranboy rayon İcra hakimiyyətinin sifarişi ilə Goranboy şəhəri ərazisində aparılan tikinti-abadlıq işlərinə görə, yuvarlıq bir rəqəmin, yəni 101 800 manat pul vəsaiti üzərində qurulması növbəti qeyri-peşəkarlıqdan xəbər verir. Çünki, pul vəsaitlərinin dövriyyəsi zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin vergiyə cəlb edilməsi sırf ciddi maliyyə sənədləri ilə həyata keçirilməlidir ki, biz sözügedən aktda həmin məqamları görmürük. Üçüncüsü, səyyar vergi yoxlması zamanı abadlıq işləri üçün ayrılmış həmin məbləğin ödənilmə mənbəyi və hansı fiziki və ya hüquqi şəxs tərəfindən Verdiyev Müqayis Cəmil oğluna verilməsi məsələsi kölgədə qalmışdır. Deməli, əslində vergi orqanı Goranboy rayon İcra hakimiyyətinin nəzarətində olan və abadlıq işlərinə pul vəsaitlərinini ayrılması işi ilə məşğul olan Fəqan Xidmət” MMC-də səyyar vergi yoxlaması aparmaqla, həmin şirkətin barəsində müvafiq maliyyə sanksiyaları tətbiq etməli idi, nəinki heç bir vergi orqanında qeydiyyatdan keçməyən və heç bir sahibkar statusu olmayan hər hansı fiziki şəxs barəsində. Dördüncüsü, səyyar vergi yoxlaması aktında da fiziki şəxs kimi göstərilmiş Verdiyev Müqayis Cəmil oğluna həmin abadlıq işlərinin aparılmasına görə, heç bir müqavilə öhdəliyi və ya təhvil-təslim aktı olmadan pul vəsatilərinin haradan və kim tərəfindən köçürülməsi və ya verilməsi məsələsinə də səthi yanaşılmışdır. Belə ki, iqtisadiyyatı müqavilə münasibətləri üzərində qurulmuş ölkəmizdə adi çınqılın belə çaydan yığılmasının rəsmiləşdirildiyi bir vaxtda hər hansı fiziki şəxsə külli miqdarda vəsaitin verilməsi nə qədər inandırıcı görünməsə də bu cür faktlar günümüzün reallığı olaraq, qalmaqdadır. Sahibkara qarşı qanunsuzluq sunamisi Deməli, istintaq və vergi orqanı kimlərinsə himayəsi ilə dövlət büdcəsindən ayrılmış həmin pul vəsitlərini formal tenderlə ələ keçirmiş subyektlərin izinə düşməli və dolayısı ilə onları vergiyə cəlb etməli idi. Təsəvvür edək ki, hər hansı pul vəsaiti ilə sifariş əsasında bir iş görülməlidir. Bunun üçün tərəflər-Sifarişçi və İcraçı, onların statusu və öhdəlikləri müəyyən edilməklə müqavilə bağlanmalıdır. Bundan sonra da həmin vəsaitlər Sifarişçi tərəfindən vergilər və işçilərin əmək haqqı da daxil olmaqla bütün digər sosial ayırmalar ödəmə mənbəyində tutulmaqla, nağd və köçürmə yolu ilə işi icra edəcək şəxsə müvafiq təhvil-əslim aktı ilə ödənilməlidir. Bu barədə Vergi Məcəlləsinin 150.1.1-ci maddəsində deyilir ki, muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Deməli, Verdiyev Müqayis Cəmil oğlunun sahibkarlıq statusu olmuş olsa belə onun tərəfindən ayrı-ayrı fiziki şəxslərə ödənilmiş 37 600 manat məbləğin vergiyə cəlb etməklə həmin məbləğdən 5 264 manat vergi məbləğinin büdcəyə hesablanması tamamilə qanunsuzdur. Eyni zamanda səyyar vergi yoxlaması aktında fiziki şəxslərə verilən pulun verilmə tarixlərinin məlum olmamasına baxmayaraq, vergi müfətişi öz mülahizəsi ilə həmin pul vəsaitlərini 2012-ci ilin IV rübündə verilmiş hesab edərək həmin rübdə müvafiq vergiyə cəlb etmişdir. Həmçinin, vergi müfəttişi yoxlama aktında böyük ustalıqla” abadlıq işlərinin həyata keçirilməsində iştirak edən şəxslərin statusunu Vergi Qanunvericiliyi baxımından muzdla işləyən fiziki şəxs kimi deyil, işçi” və ya işləri yerinə yetirən”anlayışından isitifadə eməklə Vergi Məcəlləsinin 150.1.1-ci maddəsinin təsir dairəsindən yayınmağa çalışmışdır. Beşincisi, yoxlama aktında olan digər ziddiyyətli məqam, həmin aktın sadələşdirilmiş verginin yoxlanılması üzrə 2.1-ci bəndində Verdiyev Müqayis Cəmil oğlunun Goranboy şəhəri ərazisində aparılan tikinti abadlıq işlərinin yerinə yetirilməsində iştirak etməklə 101 800 manat gəlir əldə etdiyini göstərir, ödəmə mənbəyində tutulan verginin yoxlanılması üzrə 2.2-ci bənddə isə fiziki şəxs Verdiyev Müqayis Cəmil oğlunun bu fəaliyyətdən gəlir əldə etmədiyini müəyyən edir. Bununla da, vergi müfəttişi öz yoxlamasında şübhəli məqamlara yol verərək, gah istintaq orqanının mülahizəsi ilə araşdırmasını əsaslandırır, gah da ona əsas verən məqamları təkzib edən nəticəyə gəlir. Səyyar vergi yoxlaması aktı ləğv edilməlidir Ümumiyyətlə vergi orqanı apardığı hər hansı vergi yoxlamasını ehtimal nəzəriyyəsi üzərində qurmamalı, bu hətta profilaktiki mahiyyət daşımış olsa belə. Altıncısı, heç bir sahibkar statusu və görəcəyi işlərə görə müqavilə öhdəliyi olmayan fiziki şəxsə Vergi Məcəlləsinin 58.1-ci maddəsi ilə sadələşdirilmiş verginin və ödəmə mənbəyində tutulan verginin hesabatda gösərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmış məbləğlərinə 50 faiz miqdarında 3 649, 08 manat maliyyə sanksiyasının tətbiq edilməsi də anlaşılan deyil və əsassızdır. Qeyd olunanlardan açıq-aşkar məlum olur ki, həmin vergi əməliyyatlarının heç birində Verdiyev Müqayis Cəmil oğlunun iştirakı görünməsə də, vergi müfəttişi öz fantaziyası ilə atama həmin prosesin baş qəhramanı statusu vermişdir. Nəticə etibarilə, səyyar vergi yoxlaması aktında ən vacib suallara ən əsası isə vergiyə cəlb edilmiş həmin vəsaitlərin Verdiyev Müqayis Cəmil oğlu tərəfindən kimdən və hansı rəsmi sənəd əsasında əldə etməsi məsələsinə aydınlıq gətirilməmişdir ki, bu da aktın sübut növü kimi mötəbərliyini şübhə altına alır. Odur ki, səyyar vergi yoxlaması aktına dair göstərilən nöqsanları nəzərə alaraq, həmin aktı ləğv edilməli və təkrar yoxlama aparılmalıdır.”
Posted on: Fri, 17 Jan 2014 09:30:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015