Nusret Kesemenli Sevdanin sonu Sevdimsə, sevildim bir qış - TopicsExpress



          

Nusret Kesemenli Sevdanin sonu Sevdimsə, sevildim bir qış axşamı, Bir ürək verdimsə, bir ürək aldım. ... Xəlvətdə görüşüb, danışdıq hərdən, Nəhayət eşqini könlümə saldım. Varlığım sevgimin varlığı oldu, Onunla bölüşdüm şadlıqlarımı, Onunla bölüşdüm qəm-kədərimi, Sandım ki, tapmışam əsil yarımı. Sevilmək dünyada çətin deyilmiş, Sevmək də dünyada çox asan imiş. Müqəddəs bir eşqin ən nəhayəti, - Dünyalıq ləzzəti bircə an imiş. Bir zaman eşqimə can verən gözəl, Bu zaman gör necə alır canımı? Ayrılıq sazını səsləndirərkən, Od vurub, odlara salır canımı. Sevilib, sevdimsə bir qış axşamı, Ayrıldım sevgimdən bir bahar günü. Doğrusu baharda sevinir hamı, Mənimçin qış oldu şadlıqlar günü...
Posted on: Mon, 16 Sep 2013 18:05:54 +0000

Trending Topics



store just start
Last night at about 9pm (Germany time) we heard something exploded
Hon Dora Siliya Hello friends, To day I want to talk about
Dans ce trou, jetais ma Vie navait plus de sens rien ne reussissai
Low Diastolic BP Associated with Higher Mortality in Chronic

Recently Viewed Topics




© 2015