Nə baş verir? Son günlərdə istər erməni əsilli - TopicsExpress



          

Nə baş verir? Son günlərdə istər erməni əsilli şəxslər, istərsə də erməni yanlı politoloqlar tərəfindən Qarabağ həqiqətləri ilə bağlı həqiqəti əks etdirən fikirlər səslənməkdədir. Belə ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər naziri” Karen Mirzoyan “France- 24” peyk kanalına müsahibəsində Dağlıq Qarabağın yenidən Azərbaycanın tərkibinə qaytarılması məsələsinə münasibət bildirərkən: “Müəyyən perspektivlər var, müəyyən ümidlər var. Lakin mən təbliğatla məşğul olmaq istəmirəm, bununla belə hesab edirəm ki, Azərbaycan əvvəlcə milli, dini, irqi ayrı-seçkilik və ermənilərə nifrət siyasətini dəyişməlidir” formasında fikir səsləndirib. Maraqlıdır ki, daha sonra isə bu qəbildən olan fikri, hər zaman ermənipərəst mövqeyi ilə seçilən keçmiş diplomat Vladimir Kazimirov, ötən həftə Moskvada keçirilən “Yaxın və Orta Şərqdə böhran: Cənubi Qafqaz və Xəzər regionunda təhlükəsizlik problemləri” mövzusunda təşkil olunmuş konfrans zamanı dilə gətirib. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasının səbəbləri barədə danışan Kazimirov, danışıqların yerində saymaması üçün ilk növbədə problemi hərbi kontekstdən çıxarıb, tamamilə siyasi kontektstə yönəltməyin vacib olduğunu bildirib. Sitat: “Düşünürəm ki, Dağlıq Qarabağ problemini hərbi kontekstdən çıxarıb tamamilə siyasi kontektstə yönəltmək daha düzgün olardı. Bunun isə müxtəlif yolları var. Və bu variantlardan biri, tərəflərin güc tətbiqindən imtina etməsidir ki, buna da ancaq bir tərəf riayət edir. Bunların aradan qaldırılması üçünsə müəyyən addımların atımasına ehtiyac var. Burada isə söhbət hər iki tərəfin münaqişənin nizamlanması prosesində güc tətbiqindən imtinaya dair razılaşmasından və ya bu qəbildən olan müqavilənin bağlanmasından gedə bilər”. Daha sonra o, sözlərinə davam edərək bildirib ki, belə müqavilə kifayət deyil və buna beynəlxalq səviyyəli təminat, məsələn BMT Təhlükəsizlik Şurasının və Minsk Qrupuna həmsədrlik edən ölkələrin qarantiyası lazımdır. “Bu, işğal edilmiş ərazilərin azad edilməsi üçün yeganə real yoldur. Hansı ki, həmin ərazilər açıq-aşkar Azərbaycana məxsusdur”. Qeyd edək ki, Kazimirovun açıqlamasında diqqət çəkən məqamlardan biri və bəlkədə ən mühümü, onun Laçın rayonu və ermənilər tərəfindən işğal edilmiş ərazilərin geri qaytarılması ilə bağlı səsləndirmiş olduğu fikirlərdir. Hansı ki, bu fikirlərdə aşikar bir formada qeyri-ciddilik özünü göstərməkdədir. Sitat: “Əlbəttə, Laçın rayonunun məsələsi xüsusidir, digər məsələlər də var, ancaq bunlar detallardır. Əgər hərbi əməliyyatların başlamayacağına dair aydın təminat olsaydı, bəlkə də ermənilər işğal edilmiş əraziləri geri qaytarmalı olardılar. Doğrudur Qarabağda və Ermənistanda ərazilərin qaytarılmasını həmişə alqışlamırlar. Ancaq bununla yanaşı bu məsələyə birmənalı da baxmırlar. Çünki, burada müxtəlif yanaşmalar mövcuddur. Bizə məlum olan isə ictimai mövqe deyil, yalnız mövcud reallıqların rəhbər tutulmasıdır”. Maraqlıdır ki, müəllif məhz bu fikirlərdə Azərbaycan tərəfinin günahkar olmasına vurğu edərək, onu problemin sülh yolu ilə həllinə mane olan tərəf kimi qələmə verməyə çalışır. Qeyd edək ki, Kazimirovun səsləndirmiş olduğu fikrlərə diqqətlə nəzər yetirdikdə o da aydın olur ki, əslində bu şəxsin səsləndirmiş olduğu fikirlərin əsl məğzində Azərbycanın başlada biləcəyi müharibədən yayındırmaq amilləri dayanır. Təsadüfi deyildir ki, sözügedən konfransda da, əsas məsələ Qarabağ münaqişəsinin yenidən alovlanması və hərbi əməliyyatların başlayacağı halda regional güclərin necə davrana biləcəyinə dair müzakirələr olub. Maraqlıdır ki, bir çox yerli ekspertlər də məsələyə müxtəlif rakurslardan yanaşaraq, bildirirlər ki, istər Mizrzoyanın, istərsə də Kazimirovun son açıqlamalrında əslində müəyyən spesfik xüsussiyyətlər vardır. Çünki, hər iki şəxs, azərbaycanlılara qarşı kifayət qədər aqressivlikləri və də mənfi münasibətləri ilə yadda qalıbdırlar. Bu onların daha çox səsləndirmiş olduqları bəyantlardan və atmış olduqları addımlardan bəllidir. Misal üçün qondarma “Dağlıq Qarabağ Respublikası”nın “xarici işlər naziri” Karen Mirzoyan hələ 2012-ci ilin dekabr ayında ABŞ Konqresində “Qarabağın müstəqilliyi”ni qeyd edilməsi tədbirində iştirak edərək, konqresin bəzi üzvlərinə medal belə taxıb. Digər tərfədən erməni “nazir” ABŞ-lı konqresmenlərə “Qarabağın müstəqilliyi” üçün etdikləri yardım və dəstəyə görə də onalara xüsusi təşəkkür edib. Qarabağ münaqişəsində sərgilədiyi mövqeyə görə xüsusilə fərqlənən Vladimir Kazimirov isə “Qarabağda keçirilən referendumun nəticələrini nəzərə almamaq mümkün deyil”, “Azərbaycan işğal olunmuş torpaqların boşaldılmasını tələb etsə də, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat vermir”, “Vaxtilə Naxçıvanda yerli əhalinin 60%-ni ermənilər təşkil edib. Lakin Qarabağ münaqişəsinin başlanması ərəfəsində muxtar vilayətdə bir nəfər də olsun erməni qalmayıb” və ya “2009-cu ildə xarici işlər naziri Lavrova təklif etdim ki, Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdə atəşkəsin 15 illiyinin qeyd olunması məsələsini gündəmə gətirsin” və s. başqa bu kimi sərsəm açıqlamaları ilə yadda qalıb. Və məhz bu amilləri əsas gətirərək söyləmək olar ki, hər iki şəxsin vermiş olduğu açıqlamalara o qədər də etibar etmək olmaz. Doğrudur səsləndirilən fikirləri proqressiv addım kimi dəyərləndirmək olar. Ancaq, bunun hansı zamanda səsləndirilməsi və nə üçün belə bir şəxslərin dilindən səsləndirilməsi olduqca təcüblü görünməkdədir. Qeyd edək məsləyə şərh gətirən bir çox politoloqlar da hər iki şəxs tərəfindən belə açıqlamanın verilməsinin arxa planında, rəsmi Bakının bu günə qədər aparılan səmərəsiz danışıqlar prosesinə yenidən dönməsinin təmin edilməsinə hesablandığını açıqlamaqdadırlar. Çünki qarşı tərəf 20 ildən artıq bir müddət ərzində aparılan danışıqlardan rəsmi Bakının təngə gəldiyini yaxşı bilirlər. Və onlar onu da yaxşı bilirlər ki, danışıqlar prosesinin bir qədər də yubadılması istənilən effekti verməyəcək. Ona görə də Azərbaycanın son hərbi parad fonunda işğalçı Ermənistana qarşı artan təzyiqləri istər Ermənistanın hakim dairələrini, istərsə də onu himayə edən dövlətləri ciddi şəkildə narahat edib. Və məhz bunun nəticəsidir ki, son günlərdə keçirilən hərbi paraddan sonra Azərbaycana yönəli, bir sıra beynəxlaq təşkilatlar ilə yanaşı, bəzi dövlətlərin hərbi-siyasi dairələri tərəfindən də Qarabağda müharibənin başlaya biləcəyi ilə bağlı addımların yolverilməzliyi fikirlər səsləndirilməkdədir. Məlumat üçün onu da bildirək ki, son günlərdə istər Karen Mirzoyanın, istrsə də Kazimirovun səsləndirmiş olduğu fikirlərə qarşı sərt tənqidlər daha geniş vüsət alıb. Belə ki, Daşnaksutyun Partiyasının parlament fraksiyası Mirzoyanın fikirlərinə izahat tələbi ilə “XİN-ə” sorğu göndərib. Digər tərəfdən bu partiyanın Qarabağ Komitəsi də xüsusi bəyanat yayaraq, onun bu vəzifədən təcili şəkildə azad olunmasının vacibliyini bildirib. Daşnaksutyun fraksiyasının rəhbəri Armen Sarkisyan isə Mirzoyanı Dağlıq Qarabağla bağlı yanlış mövqe sərgiləməkdə günahlandırıb Maraqlıdır ki, “DQR prezidenti”nin mətbuat katibi David Babayan da məsələyə münasibət bildirərək, müsahibədə bəzi anlaşılmazlıqların olduğunu dilə gətitirib. Ərəstun
Posted on: Mon, 08 Jul 2013 07:02:04 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015