Nə günə qalmısan, ey Azərbaycan?! Yaxşıyla, yamanın tayı - TopicsExpress



          

Nə günə qalmısan, ey Azərbaycan?! Yaxşıyla, yamanın tayı bilinmir, Kasıbının, varlının payı bilinmir, Rüşvət alanların sayı bilinmir, Nə günə qalmısan, ey Azərbaycan?! Diplomun toz basıb, iş tapa bilmir, Yeməyə bir qazan “biş” tapa bilmir, Yemək tapandada diş tapa bilmir, Nə günə qalmısan, ey Azərbaycan?! Qarabağ hardadır, bilən varmıdır? Torpağlar uğrunda ölən varmıdır? Bir addım qabağı görən varmıdır? Nə günə qalmısan, ey Azərbaycan?! Qəttiyən gəlməsin buna qadağa, Yaxşı hazırlaşın bu cür “sınağa” “Gay Parad” olacaq qalxın ayağa, Nə günə qalmısan, ey Azərbaycan?! Dost-dostda utanmır gəlir badalağ, Qanunlar işləyir ancaq baş-ayağ, Soyunub gəzirik Avropasayağ Nə günə qalmısan, ey Azərbaycan?! Düşmənin vətəndə qanqal bitirib, Milyon vətəndaşın evin itirib, Pənahın yalnızca “göyə” yetirib, Nə günə qalmısan, ey Azərbaycan?! Müəllif: İlqar Aliyev
Posted on: Wed, 31 Jul 2013 19:43:19 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015