O atıb məni Şəhərdə hələ də günəş doğmur.Ya da mən - TopicsExpress



          

O atıb məni Şəhərdə hələ də günəş doğmur.Ya da mən elə hiss edirəm.Üşüyürəm isti günəşin soyuq şüaları altında...Üz döndərib günəş də şəhərdən.Hər gün əsən külək hislərimi də özüylə aparıb.Küləklər şəhəri artıq hissizlər şəhəridir...Artıq göyərçinlərə heç kim yem vermir.Artıq onlar da heykəlin başında oturmurlar.İfadə edə bilmirəm isti yayda soyuq Bakını.Donan bədənim deyil , ruhumdur.Getmək istəyirsən gedə bilmirsən.Yorulmuşam Bakıdan.Bəlkə də yorulan mən yox tanrıdır.Artıq o da nəzərlərini çəkib üstümdən.Xəzər artıq vurmur sahilə.Qaçır o da Bakıdan.Qaçan təkcə mən deyiləm.2-ci cəhdimdi artıq qaça bilmirəm.Küləklər kəsib önümü."Mən yalnız hisləri apara bilirəm səni yox" deyir mənə.Yaşaya bilmirəm artıq.Mən burda , hislərim dənizin o biri tərəfində.Taksilər artıq sürmür ,avtobuslar bomboş.Maşında oturan plislər yanında olan oğurluğa siqaret yandırmaqla tamaşa edir.Artıq maqazinlərdə qələm satılmır.Satılan tək şey insafsızlıqdı.Yarımçıq qalmış yazılar...Onlar tamamlanmaq istəyir...Bakıya məndən daha çox nifrət edirlər.Külək getdikcə daha çox şiddətlənir.Çiynimdə çanta hislərimə doğru gedirəm.Bəzən yıxmağa çalışır, bəzən də təkan verir irəli getməyə əsən külək.Bakı incimə məndən.Sənin buna haqqın yoxdur.Sus..Günəşin belə işıq saçmır sənə...Sus...Xəzərin belə artıq vurmur sahilinə.Dualara artıq inamım qalmayıb.Qələmimi siqaret əvəz edir.İçimdə qopan fırtınaları artıq bu cür həbs edirəm əbədi....Qara qələmi zəhərli tüstü əvəz edir.Xəyanətin kökükndən bəhrələnən budaqlar artıq böyük ağac olublar.Artıq mən də xəyanət edirəm.İstəyərək edirəm bunu.Var gücümlə qaçıram , xilas olmaq istəyirəm bu ağrılardan.Bədənimi yandıran ağrılar.Əzab verən itmiş hislərimdi. milyonluq Bakıda tək qalmışam.Xəstəxanalar bağlı ,dostlar evdə yox ,yardım edəcək heç kim yox.Çarəsizlikdən bütün qapıları döyürəm amma açan yoxdur. "Kömək edin, kömək edin" deyə qışqırıram bəlkə eşidərlər məni deyə.Amma yox....Eşidən var...Bakının səssiz küçələri, cansız qalan bulvarı, sönük yanan işıqları eşidir məni.nəfəsimi dərib yenidən qaçıram.Külək yavaş-yavaş şiddətini azaldır.Amma yenə də gözümə bir insan dəymir...Daşın üstündə qıvrılaraq uzanmış pişik balası hissiz baxışlarla sezdi məni.Yalnız o sezdi...Bakı artıq son gedişini etdi və şahmat.Atıb məni Bakı.Mən tərk etməmiş o məni atdı...O məni atdı. 25 İyul 2013
Posted on: Fri, 09 Aug 2013 06:17:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015