OYANNEWS : İranda tanınmış azərbaycanlı şair azadlığa - TopicsExpress



          

OYANNEWS : İranda tanınmış azərbaycanlı şair azadlığa çıxıb. APA-nın “Oyannews”a istinadən məlumatına görə, Əli Cabbari avqustun 29-da 40 gün zindanda saxlanılmaqla iki aylıq həbs cəzasını tamamladıqdan sonra Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb. Həmin gün Təbriz, Ərdəbil, Qoşaçay (Miyandab) və digər şəhərlərindən 70-ə yaxın azərbaycanlı milli-mədəni fəal Ə. Cabbari ilə öz mənzilində görüşüblər. Qeyd edək ki, daha çox azərbaycanlıların milli-mədəni hüquqları mövzusunda türk dilində səsləndirdiyi tənqidi şeirlərilə tanınan azərbaycanlı fəal iyulun 19-da tutulub. Həmin gün azərbaycanlı şair İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (Təbriz) şöbəsinə çağırılmasını səbəbini aydınlaşdırmaq üçün müraciət edərkən həbsə alınaraq Təbriz şəhərinin mərkəzi həbsxanasına salınıb. Ə. Cabbari bundan əvvəl 2010-cu ilin yanvarında həbs edilib və ETTELAAT-ın təcridxanasında 20 gün sorğu-sual edildikdən sonra 50 milyon tümən zəmanətlə şərti azadlığa buraxıb. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı şairi hakimiyyət əleyhinə təbliğat aparmaq və pantürkist şeirlər yazmaqda günahlandıraraq 4 ay həbs cəzasına məhkum edib. Ə. Cabbari isə öz şeirlərində “pantürkizm” və “separatçılıq” kimi ittihamlardan əsasən azərbaycanlı fəallara qarşı təzyiq üçün ortaya atılan bəhanələr kimi bəhs edib. Azərbaycanlı fəal “Saz-söz” aşıq musiqisi assosiasiyasının rəhbərlərindən biridir, həmçinin Azərbaycan dili müəllimidir.
Posted on: Sun, 01 Sep 2013 08:35:25 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015