Oktyabrın 5-də Rumıniyanın paytaxtı Buxarest şəhərində - TopicsExpress



          

Oktyabrın 5-də Rumıniyanın paytaxtı Buxarest şəhərində dünyanın ən böyük siyasi gənclər təşkilatı - Avropa Xalqlar Partiyası Gənclik Təşkilatının Prezidentlər Şurasının forumu keçirilib. Forumda qəbul edilmiş "Gələcək Şərq Tərəfdaşlığı” adlı qətnamədə Avropa Azərbaycan Cəmiyyətinin (AAC) lobbiçilik fəaliyyəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bənd daxil edilib. AAC-dan APA-ya verilən məlumata görə, həmin bənddə deyilir ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olmuş 4 qətnamə (822, 853, 874, 884) həyata keçirilməli və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun Ermənistan tərəfindən işğalına son qoyulmalıdır. Qeyd edək ki, Buxarest sammiti 2013-cü il noyabrın 28-29-da Vilnüsdə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığının üçüncü sammiti çərçivəsində təşkil olunub.
Posted on: Tue, 08 Oct 2013 17:34:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015