Ordu Qruculuğu Uğurla Davam Etdirilir (ikinci hissə) Hərbi - TopicsExpress



          

Ordu Qruculuğu Uğurla Davam Etdirilir (ikinci hissə) Hərbi potensialın artırılması düşmən ölkəyə ciddi siqnaldır. Hərbi ekspertlərin fikrincə Azərbaycanın durmadan silahlanması başlayacaq olan müharibənin o qədər də uzaqda olmamasına işarədir. Bu eyni zamanda aparılan sülh danışıqlarında Azərbaycanın mövqelərinin daha da gücləndirilməsi deməkdir. Yəni, Azərbaycan hərbi qüdrətini artırdıqca, onun danışıqlar prosesindəki, qərarlılıq göstəricisi də sürətlə artmaqda davam edir. Artıq bunun nəticəsidir ki, ölkə rəhbəri İlham Əliyev mütəmadi şəkildə qarşı tərəfin sərgiləmiş olduğu qeyri-konstruktiv danışıqlara yox deyərək, onu səmimi olmağa və danışıqlarının daha effektli aparılmasına çağırış etməklə, danışıqlar prosesinin sülh varinatı üzərində çalışmağı daha məqbul hesab edir. Ordunun döyüş qabilliyyətinin artırılması üçün mütəmadi şəkildə hərbi təlimlər keçirilir. Regiondakı mürəkkəb hərbi-siyasi vəziyyət, öz suverenliyini və ərazi bütövlüyünü qorumaq və işğal olunmuş əraziləri azad etməkdə israrlı olması Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş imkanlarını artırmağı hər an üçün zəruri edir. İstər cari ildə, istərsə də son aylarda Müdafiə Nazirliyi Silahlı Qüvvələrin inkişafı və onun təkmilləşdirilməsi üçün mütəmadi şəkildə lazımi addımlar ataraq, ordu daxilində yeni keyfiyyət yüksəlişinə nail ola bilmişdir. Belə ki, Nazirlik birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görərək, müdafiə sisteminin son dərəcə təkmilləşdirilməsi ilə yanaşı, qoşunların döyüş qabiliyyətini də davamlı olaraq yüksək səviyyədə saxlaya bilmişdir. Təsadüfi deyildir ki, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi fonunda həyata keçirilən tədbirlər ilə bağlı məluat verən Müdafiə Nazirliyi rəsmisi bildirir ki, yola salınan il ərzində də birlik və birləşmələrin mütəmadi sayda komanda-qərargah təlimləri keçirilmişdir ki, bu da ordunun 1 nömrəli döyüş hazırlığında olması baxımdan müstəsna əhəmiyyət kəsb edir . Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunmuş və həmin təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompyuter şəbəkələrindən, habelə silahlı qüvvələrin inventarına daxil edilmiş son model hərbi texnikalardan fəal şəkildə istifadə edilmişdir. Məlumat üçün onu da bildirək ki, Silahlı qüvvələrin düşmənlə təmas xətti yaxınlığında keçirilmiş son genişmiqyaslı hərbi təlimlər də düşmən ölkə ilə yanşı digər dövlətlərin hərbi və siyasi ekspertləri tərəfindən də böyük maraqla izlənilmiş və keçirilən təlimlər Azərbaycan ordusunun əzələ nümayişi kimi dəyərləndirilmişdir. Belə ki, nazir Səfər Əbiyevin bu hərbi təlimlərə şəxsən rəhbərlik etməsi və buraya ordunun bütün strukturlarının cəlb olunması müşahidəçilərdə “nə baş verir?” kimi müəyyən ciddi suallar doğurmuşdur. Silahlanmaya görə Azərbaycan dünyanın ən öndər ölkələrindən biridir. “Azərbaycan dünyada ən çox hərbiləşmiş 10 ölkədən biridir”. Bunu Bonn Beynəlxalq Konversiya İnstitutunun tərtib etdiyi siyahıya əsasən deyə bilərik. Təsadüfi deyildir ki, bu institutun aparmış olduğu tədqiqatlara görə ölkəmiz silah idxalına görə 8-ci yerdə qərarlaşıb. “Azərbaycan 2012-ci ildə dünyanın 20 ən böyük silah və hərbi texnika idxalçılarındandır” olub. Bu barədə məlumat isə Silah Ticarətinin Beynəlxalq Analizi Mərkəzinin (SAMTO) hazırladığı illik hesabatda yer alıb. Mərkəzin hazırladığı statistikaya görə, ötən il Azərbaycan 804 milyon ABŞ dolları dəyərində silah idxalı həyata keçirib ki, bu da 20 ən böyük silah idxalçıları arasında Azərbaycanın adının da qərarlaşmasını labüd etmişdir. Azərbaycan hərbi potensialı xarici və düşmən ölkə ekspertlərinin dili ilə. Qeyd edək ki, Azərbaycanın hərbi xərclərini rekord səviyyədə artırması və ölkə hərbi qüdrətini durmadan gücləndirməsi xarici ekspertlər tərəfindən də ciddi müzakirə obyektinə çevrilmişdir. Təsadüfi deyildir ki, xarici ekspertlərə görə, Azərbaycan artıq müharibə büdcəsinə keçməyi qərara alıb və hərbi xərclərin artırılması ilə bərabər Azərbaycan Silahlı Qüvvələrin güclü silah sistemləri və texnika ilə təchizatı istiqamətində də sürətli addımlar atmaqdadır. “Belə görünür ki, Azərbaycan rəhbərliyi Qarabağı geri qaytara bilmək üçün güclü, yaxşı təlim keçmiş orduya, eyni zamanda müasir silahlara malik olmaq strategiyasını seçib. İndi Azərbaycanın iqtisadi gücü imkan verir ki, dünyanın aparıcı hərbi sənaye müəssisələrindən ən yeni silahları alsın”. NATO-nun düşüncə mərkəzi olan Atlantik Müqaviləsi Assosiyasiyasının (Atlantic Treaty Association) proqram direktoru Cüzeppe Belardettinin “Atlantic Sentinel” saytında yerləşdirilmiş məqaləsində bu barədə deyilir: “Hətta böyük olmayan insident də Dağlıq Qarabağ münaqişəsi zonasında irimiqyaslı silahlı əməliyyatların alovlanmasına gətirib çıxara, nəticədə Avropaya neft nəqli təhlükədə qala və Qafqazda regional balans dəyişə bilər... Azərbaycan neft gəlirləri sayəsində öz hərbi imkanlarını durmadan artırır... İndi hətta kiçik insident belə tammiqyaslı hərbi münaqişəyə gətirib çıxara bilər... Ermənistan öz hərbi zəifliyini hiss edir və başa düşür ki, Rusiyanın köməyinə ehtiyacı var...” Qeyd edək ki, Azərbaycanın mümkün hərbi planları və hərbi potensialı ilə bağlı Rusiya KİV-lərində də vaxtaşırı olaraq məqalələr yazılmaqdadır. Bu xüsusda göstərmək olar ki, “Arqumenti nedelyi”də analitik Yaroslav Vyatkinin məqaləsi xüsusi olaraq diqqət çəkir. Məqalədə Azərbaycan Ordusunun Ermənistanınkından xeyli güclü olduğu bildirilir və burada göstərilir ki, Azərbaycan son illər neft gəlirlərini həvəslə Türkiyədən, ABŞ-dan, İsraildən və Rusiyadan müasir silahlar almağa yönəldir. Özü də bu zaman yüksək dəqiqlikli silah-sursata və kəşfiyyat vasitələrinə üstünlük verilir. Azərbaycan Ordusuna qarşı iki erməni ordusu - Ermənistanın və “DQR”in ordusu dayansa da, əslində bu bir ordudur. Çünki, Ermənistandan olan çağırışçılar Qarabağda xidmət keçir, “DQR”in zabitləri isə Ermənistanda xidmət edir, yaxud əksinə. Ermənistanın silahlı qüvvələri hətta “Qarabağ ordusu” ilə birgə olsa belə bu ordu Azərbaycandan ordusundan qat-qat zəifdir. Maraqlıdır ki, Azərbaycan ordusunun hərbi potensialı düşmən ölkənin ekspertləri tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, Ermənistan Milli Konqresinin koordinatoru, deputat Levon Zurabyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunaraq deyib ki, Ermənistan hakimiyyətinin yaramaz siyasəti nəticəsində Azərbaycanın üstünlüyü son illərdə davamlı olaraq artıb. Sitat: “Bu gün Azərbaycanın üstünlüyü o qədər böyükdür ki, real müharibə təhlükəsi artıq qaçılmaz həddə gəlib çatıb” Ölkə rəhbərinin bəyanatı işğalçı Ermənistana ciddi siqnaldır. “Hər bir ölkə üçün bu belə olmalıdır. Hər bir ölkə özünü müdafiə etməlidir. Xüsusi ilə müharibə şəraitində yaşayan ölkələr üçün bu daha vacibdir. Azərbaycan müharibə şəraitində yaşayır, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb və bizim ordumuz hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü istənilən yolla bərpa etsin. Uzun illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır. Uzun illərdir ki, bu ədalətsizlik davam edir. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Xalqımıza qarşı Xocalı soyqırımı törədilib. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edir və bu təşkilatlar bununla bağlı öz qərarlarını veriblər. Lakin Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğal davam edir. Əfsuslar olsun ki, danışıqlar da nəticə vermir. Belə olan halda ordu quruculuğuna böyük ehtiyac var”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş paradda çıxışı zamanı bildirib. Qeyd edək ki, paradın açılışı zaman düşmən ölkənin ünvanın sərt danışan Ali Baş komandan cıb və o bildirb ki, ordu qruculuğu sahəsində gələcəkdə də atılması vacib olan addımların uğurla davam etdiriləcəyini bildirib. Azərbaycan bölgədə ən güclü orduya sahibdir. Əvvəlki iki parada olduğu kimi, bu parada da Azərbaycan Silahlı Qüvvələrinin nailiyyətlərinin, son illərdə sahib olduğu ən müasir silah və hərbi texnikalar nümayişi etdirildi. Belə ki, keyfiyyət göstəricilərinə görə digər əvvəlki paradlardan kəskin şəkildə fərqlənən bu paradda canlı qüvvənin- Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarının, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin zabit bölüklərinin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Təyyarəçilik və Ali Hərbi Dənizçilik məktəblərinin kursantlarının, habelə cəbhə bölgələrindəki hərbi birlikləri təmsil edən motoatıcıların, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının bölmələrinin, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xüsusi təyinatlılarının, Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları, beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlılarının və son olaraq Müdafiə Nazirliyinin xüsusi təyinatlılarının keçidindən sonra əvvəlki illərdə keçid edən hərbi texnikalar - modernləşdirilmiş T-72 tankları, BMP-2 və BMP-3 tipli piyadaların döyüş maşınları, modernləşdirilmiş BTR və BRDM-lər, BTR-80, “Cobra”, ZPT, “Storm-Sofa” və “Bəbir” tipli zirehli maşınlar ilə yanaşı, Azərbaycan Ordusunun inventarına yeni daxil olmuş T 90-S döyüş tankları, hava hücumundan müdafiə sistemləri, habelə müxtəlif markalı döyüş maşınları, yüksək manevrli nəqliyyat vasitələri, yeni HHM və reaktiv atəş sistemləri, habelə ölkə istehsalı olan “Qaranquş” və “Şahin” pilotsuz uçuş aparatları, yeni döyüş və nəqliyyat helikopterləri nümayiş etdirilmişdir. Paradda ilk dəfə olaraq hərbi aviasiyanın yeni Mi-17 və Mi-35M tipli helikopterləri də iştirak etmişdilər. Parad zamanı “Sakarya”, “Qrad-1M”, “Leysan”, “Ekstra”, “Smerç”, “Toçka-U” raket komplekslərinin, “Kaman-2T”, “Qalxan” “S-200” və “S-300-Favorit” zenit-raket komplekslərinin, habelə “TOS-1A” ağır odatan sistemlərinin, “Msta-S”, “Qvozdika”, “Akasiya” özüyeriyən artilleriya haubitsaların və postsovet məkanında ən nəhəng, uzaqvuran və strateji təyinatlı silah olaraq hazırda Azərbaycan Silahlı Qüvvələrinin silahlandırılmasında mövcud olan özüyeriyən “Pion” toplarının nümayişi də ordunun gerçək potensialının düşmən ordu tərəfindən dərk olunması baxımdan mühim önəm kəsb etmişdir. Qeyd edək ki, builki paradın əsas prioritetlərindən biri də dənizlə bağlı olmuşdur ki, burada da Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilk dəfə olaraq müasir gəmi əleyhinə raket kompleksləri və artilleriya silahları ilə silahlandırılmış şəkildə Bakı buxtasında yer almışdı. Bundan başqa, Bakı buxtasında DSX Sahil Mühafizəsinin və FHN-in gəmiləri də keçirilən parada dənizdən dəstək vermişdilər. Hərbi texnikaların keçidi zamanı diqqəti çəkən ən mühüm amil isə parada yerli hərbi sənayenin məhsullar olmuşdur. Belə ki, burada nəqliyyat vasitələri üzərində ölkəmizdə istehsal olunan 12,7, 14,5 və 7,62 mm çaplı snayper tüfəngləri, minaatanlar, 107 mm çaplı reaktiv atəş sistemləri nümayiş etdirilmişdir ki, bu da istər yerli, istərsə də xarici ekspertlər tərəfində yüksək qiymətləndirilmişdir. Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi “Maral” və “Maral 1” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri hərbi texnikalar bölümündə yer almışdı. Bununla yanaşı, yerli istehsal olan pulemyotlarla silahlandırılmış «Gürzə» adlı patrul maşını, habelə, BRDM maşınının bazasında hazırlanmış kəşfiyyat-diversiya döyüş maşını da parada ilk dəfə keçid etmişdilər. Bir çox ekspertlərin fikrincə keçirilən hərbi paradda istər ölkə rəhbərliyinin çıxışı, istərsə də hərbi potensialın sərgilənməsi əslində qarşı tərəf üçün ən ciddi mesaj funksiyasına malikdir. Çünki, bu parad zamanı Azərbaycanın xaricdən, xüsusilə isə Rusiyadan aldığı ən son texnikalar ilə yanaşı, yerli hərb sənayesinin istehsal etdiyi silahlar da nümayiş etdirmişdir ki, bu da ümumilikdə Azərbaycan iqtisadiyyatının gücü ilə yanaşı, onun sərgiləmiş olduğu uğurlu siyasi gedişləri də aşikar şəkildə özündə təcəssüm etdirir. Son hərbi parad nədən xəbər verir. Hərbi ekspertlərin fikrincə bu paradın özünəməxsus xüsusiyyətlərindən biri parad öncəsi Rusiyanın 2011-12-ci illərdə ikitərəfli silah sövdələşməsi çərçivəsində Azərbaycana müasir nəsil döyüş maşınları və modern reaktiv sistemlər satması ilə bağlı yayılan xəbərlər və bunun fonunda cərəyan edən hadisələr oldu. Belə ki, hələ hərbi paraddan öncə Rusiyanın “Vedomosti” qəzetində dərc olunmuş “Rusiya Azərbaycanı silahlandırır” məqaləsindəki fikirlərdən sonra Ermənistanın siyasi, hərbi çevrələri ilə yanaşı onun ictimai dairələrində də Rusiyaya qarşı inamsızlıq meylləri baş qaldırmış, hətta iş o yerə gəlib çatmışdır ki, bəzi erməni siyasiləri təbii qazın qiymətinin qaldırılması da daxil, belə silah alış-verişini Kremlin Ermənistana qarşı aqressiv siyasətinin təzahürü kimi dəyərləndirmişdilər. Təsadüfi deyildiri ki, politoloq Andreas Qukasyanın məsəyə şərh verərək bildirmişdir: “Rusiya ilə Ermənistan strateji tərəfdaş ölkələr deyil və bu iki ölkə arasında hərbi əməkdaşlıq yalnız formal xarakter daşıyır... O üzdən bizə bu cür informasiyalar, Rusiyanın Azərbaycanı silahlandırması təəccüblü gəlir. Əgər indiyədək təbliğat aparmasaydıq ki, Ermənistanla Rusiya strateji müttəfiqlərdir, o zaman belə məyusluq da yaşamazdıq. Təbii ki, Moskvanın hərəkətləri regionda gərginlik yaradır. Bu həcmdə silah-sursatın Azərbaycana satılması bölgədə hərbi balansa ciddi şəkildə təsir edir və təbii ki, Ermənistanın təhlükəsizliyi baxımından bu çox pisdir”. Ermənistan ciddi şəkildə narahatdır? Qeyd edək ki, hərbi parad öncəsi diqqət çəkən digər məqamlardan da biri Rusiya prezidenti Vladimir Putinin öz təhlükəsizlik generalını iyunun 24-də İrəvana göndərməsi olub. “Azadlıq” radiosunun erməni xidmətinin vermiş olduğu məlumata görə, keçirilən görüş zamanı tərəflər strateji müttəfiqlər arasında geniş spektrdə məsələləri, o cümlədən Ermənistanın sərhəd təhlükəsizliyinin gücləndirilməsi, habelə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə ediblər. Müzakirələrdən sonra ikitərəfli sənədlərin imzalanması zamanı Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev: “Ermənistanın təhlükəsizliyini təmin edəcək kifayət qədər güc və vasitə var və bu mövzuda heç bir narahatçılıq olmamalıdır... Biz 102-ci hərbi bazanı təftiş edərkən əmin olduq ki, hərbiçilər, ordu, sərhədçilər və onlarla əməkdaşlıq edənlər Ermənistanın təhlükəsizliyini etibarlı şəkildə qoruya bilirlər”-deyə vurğulayıb. Burada maraqlı cəhətlərdən biri isə Patruşev tərəfindən Rusiya ilə Ermənistan arasında mövcud olan strateji münasibətləri xatırlatma fonunda Rusiyanın Azərbaycana silah satması məsələsinə olan münasibəti olmuşdur. Belə ki, məsələyə münasibət bildirən Patruşev qeyd edib ki, Rusiya silah ticarəti zamanı beynəlxalq tələb və öhdəlikləri, o cümlədən Rusiya Federasiyası qanunlarına tam riayət edir. Ərəstun
Posted on: Tue, 02 Jul 2013 05:38:08 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015