Ordudan tərxis olunan, hələ orduda olan dostlardan xəbər - TopicsExpress



          

Ordudan tərxis olunan, hələ orduda olan dostlardan xəbər alıram. Deyirlər ki, yanvar-mart etiraz aksiyalarından sonra hərbi hissələrdə əməlli başlı dəyişiklik hiss olunub. Yeməyin keyfiyyətində, dərmanla təchizatda və əsgər sağlamlığına münasibətdə. Zabitlər ordudakı mənfi halların mediaya çıxmasından əməlli başlı çəkinirlər. Hətta bəzi hərbi hissələrdə dedovşinaya qarşı da ciddi tədbirlər görülüb. Bunun baş verməsindən ötrü 8 gənc azadlığından keçib. Azad Gənclik üzvü İlkin Rüstəmzadəni və Nidaçıları məhz "Əsgər ölümlərinə son!" aksiyalarının təşkilatçılığına görə həbs ediblər. Övladı evinə sağ-salamat qayıdan ailələrin həmin 8 gəncə bir təşəkkür borcu var. İlkin Rüstəmzadə, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məhəmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu Paylaşdı: Xedica İsmayıl
Posted on: Sat, 27 Jul 2013 20:14:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015