Oruclu halda tüpürcəyi udmaq. Sual: Oruclunun tüpürcək - TopicsExpress



          

Oruclu halda tüpürcəyi udmaq. Sual: Oruclunun tüpürcək udmasının hökmü nədir? Cavab: Tüpürcək udmaqda heç bir problem və qorxu yoxdur. Çətin və ya bundan çəkinmək qeyri-mümkün olduğu üçün elm əhli arasında bu barədə heç bir görüş ayrılığı olduğunu bilmirəm. Selik və bəlğəmə gəlincə, ağıza gəldiyi zaman bunların çölə atılmaları lazımdır. Çəkinmək imkanı olduğu və tüpürcəyə bənzəmədiyi üçün oruclunun bunları udması icazəli deyil. Yəni, tüpürcəyi oruclu vaxtı udmaq olar, amma bəlğəmi udmaq olmaz. Müvəffəqiyyət Allahdandır. İbn Baz, Fətvalar məcmuası, cild 3, səh 251 Hazırlayan: Əkrəm Həsənov (ilahiyyatçı).
Posted on: Sun, 28 Jul 2013 20:14:35 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015