Oxucuların xahişi və həqiqət axtaranların sifarişi - TopicsExpress



          

Oxucuların xahişi və həqiqət axtaranların sifarişi ilə..... Allahın adıyla... Allah təbarəkə və təala Qurani -kərimdə buyurur:-"Peyğəmbər möminlərin canlarından onlara daha layiqdir (o, möminlərin mövlasıdır) və onun zövcələri onların analarıdır". (Əhzab surəsi/6). Əhzab surəsinin 6-cı ayəsinin qeyd olunan hissəsi , iki mühüm məsələyə dəlalət edir. 1.Peyğəmbərimiz (s.ə.a.s) möminlərin mövlasıdır, yəni-Allah əziz Peyğəmbərimizə (s.ə.a.s) biz müsəlmanların malından və canından təsərrüf etmək (istifadə) haqqı vermişdir. Bu hissədə heç bir gizlin və qaranlıq hissə yoxdur. 2. Peyğəmbərimizin (s.ə.a.s) xanımları möminlərin anasıdır. Ayənin bu hissəsi düzgün öyrənilməli və təhqiqat olunmalı məsələdir. (Bu yazıdan da məqsəd, məhz bu hissədir). Bir çox müsəlmanlar mübarək ayənin bu hissəsindən istifadə edib, Peyğəmbərimizin (s.ə.a.s) bütün xanımlarına , üstünlük vermişlər. Suallar: 1.Bu ayə Peyğəmbərimizin (s.ə.a.s) bütün zövcələrinə aiddirmi???2. Əgər bütün xanımlara aiddirsə, o zaman ayədə deyilən "analıq"dan məqsəd nədir??? 3.Bu "möminlərə ana olma" xüsusiyyəti , Peyğəmbərimizin (s.ə.a.s) xanımlarının bütün həyatları boyu etdiklərinə (səhf yaxud düz) bəraət qazandırırmı??? Cavab: Birinci sualın cavabı aydındır. Bu hökm Peyğəmbərimizin (s.ə.a.s) bütün xanımlarına aiddir. Çünki ayədə zikr olunan "onun zövcələri" kəlməsi mütləqdir (qeydsiz və şərtsiz). Hər bir kəlamda söz sahibi özü qeyd qoymayıbsa, o zaman həmən kəlamdan ümumilik və mütləqlik başa düşülür. Məsələn, Allah Qurani- Kərimdə "namaz qılın" əmrini verirsə, və bu fərmanı heç bir şəxslə, zamanla və məkanla qeydləşdirməyibsə, deməli namazın vacibliyi bütün şəxslərə hər zamanda və hər məkanda aiddir. Bu dəlalətə ayənin mütləq olması deyilir. Bizə aydın oldu ki, "zövcələri möminlərin anasıdır" kəlamı , Peyğəmbərimizin (s.ə.a.s) bütün xanımlarına aiddir. İkinci sualın cavabına gəlincə isə, "atalıq" və "analıq" məfhumları İslam terminlərində və İslam irsində iki məna da işlədilib. a).Cismani ata və cismani ana. O ataya və anaya deyilir ki, insan Allahın izni ilə və onların vasitəsilə dünyaya gəlib. b).Ruhani ata və ruhani ana. O ataya və anaya deyilir ki, insan onların vasitəsilə dünyaya gəlməyib, amma onların insanın tərbiyə və təlimində böyük və danılmaz rollları vardır. Onların sözləri və təlimatları əsasında insan ruhu paklanır və Allaha yaxınlaşır. Məhz buna görə Həzrəti Rəsulullah (s.ə.a.s), "Mən və Əli, bu ümmətin atalarıyıq" buyurmuşdur. Müsəlmanlar və möminlər, əziz Peyğəmbərimizin (s.ə.a.s) xanımlarından dünyaya gəlmədiyinə görə, məlumdur ki, sözügedən ayədə "analıq"dan məqsəd, ruhani analıqdır. Biz müsəlmanlar, Peyğəmbərimizin (s.ə.a.s) bütün xanımlarının təlimatları əsasında , ruhumuz paklanırmı??? Allaha yaxınlaşırıqmı??? Biz Aişə xanımın həyat tarixinə baxanda bir neçə böyük cinayətin şahidi oluruq. And ola Allaha , dediklərim bütün tarixi sənədlərdə danılmaz faktdır. 1.İslam tarixində ilk dəfə müsəlmanın müsəlmanla döyüşü "Cəməl" müharibəsi, Aişə xanımın başçılığı ilə baş verir. 2.Quran buyurur:-"Ey Peyğəmbərin xanımları, siz təqvalı olsanız, başqa xanımlar kimi deyilsiniz.Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində xəstəliyi olan kəs tamaha düşməsin.Gözəl danışın.Öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki kimi camaat arasına çıxmayın". (Əhzab surəsi/32-33). Allahın bu əmrindən-"Öz evlərinizdə qərar tutun"- sonra , Aişə xanımın Bəsrədə , "Cəməl" döyüşündə nə işi var???!!! 3.Bəzi müsəlmanlar birinci xəlifə Əbu Bəkrə zəkat vermədiklərinə görə mürtəd elan olunublar. Bu danılmaz bir faktdır, hətta bir çox müsəlmanlar, onlarla Əbu Bəkrin döyüşməsini və Əbu Bəkrin onlara qalib gəlməsini , onun fəzilətləri kimi indi də danışırlar. Birinci xəlifəyə zəkat verməyən mürtəddirsə, dördüncü xəlifə Həzrəti Əli (ə) ilə vuruşanın hökmü nədir???!!!! 4.Peyğəmbərimiz (s.ə.a.s) buyurub:-"Hər kəs ölsə və boynunda zəmanə İmamına beyət olmazsa, cahiliyyət ölüsü kimi ölər". (Səhihi-Müslüm). Zəmanə imamına beyət etməyənin hökmü, cahiliyyət ölüsünə bərabər tutulursa, o zaman zəmanə imamı ilə vuruşanın hökmü nədir???!!!! Bunlara bənzər hadisələrlə İslam tarixi doludur. Amma sağlam qəlbli və sağlam düşüncəli insanlar üçün, məncə bu 4 məsələ kifayət edər. Yuxarıda qeyd olunan ruhani ata və anaya verdiyimiz tərifə əsasən, artıq bu günahların sahibi bizim üçün ruhani ana ola bilməz. Çünki biz , onun etdiklərinə əsasən nəinki ruhumuz paklanar, əksinə ruhumuz müsəlmanlarla düşmənçiliyə bizi səsləyər. Buradan "ananın" üçüncü mənası meydana gəlir. Məsələn, İslamda "süd anası" deyilən bir məfhum da var. "Süd anası"-nə onun vasitəsilə dünyaya gəlmişik, nə də onun təlimatları bizim üçün örnəkdir. Deməli "süd anası" nə cismani anadır, nə də ruhani ana. Bəs niyə "süd anası", ana adlanır??? Ona görə ki, onunla evlənmək haramdır. Deməli, "ana" termininin İslam dinində 3- cü mənası da vardır. Əziz oxucum indi dediklərimi diqqətlə düşün!!! "Bir qadın Aişə xanımı səslədi:-Ey ana. Aişə xanım cavab verdi:-Mən sənin anan deyiləm, mən bu ümmətin kişilərinin anasıyam". (Təfsirul-məcməul-bəyan, 8-ci cild, 338-ci səhifə. Təfsirul-ruhul-məani, Əhzab surəsinin 6-cı ayəsinin təfsiri bölümündə). Buradan açıq -aşkar məlum olur ki, mübarək ayənin zikr olunan hissəsindən məqsəd odur ki, Peyğəmbərimizin (s.ə.a.s) xanımlarıyla evlənmək haramdır, çünki onlar möminlərin "anasıdır". Quran ayələri biri-digərini təfsir etdiyinə görə, başqa bir ayə ilə bu sözü təfsir edək. "Sizə yaraşmaz və caiz deyil ki, Peyğəmbərə əziyyət verəsiniz və onu incidəsiniz, ondan sonra zövcələri ilə evlənəsiniz , şübhəsiz bu , Allahın yanında böyük günahdır". (Əhzab surəsi/53). Deməli ayədə "analıq"dan məqsəd , Peyğəmbərimizin (s.ə.a.s) xanımlarıya, ondan sonra evlənmənin yasaq olmasıdır. Bu məna harda???? Fəzilət harda????? Bu ayədən göründüyü kimi, üstünlük və fəzilət yenə də Həzrəti Rəsulullaha (s.ə.a.s) məxsusdur. Çünki onun xanımlarının "ana" adlandırılmasından məqsəd, onlarla evlənmənin haram olması və bununla da Peyğəmbərimizin (s.ə.a.s) nazənin qəlbi inciməsin deyə Allahın verdiyi bir qərardır. Üçüncü sualın cavabı. Üç mənada ana- cismani ana, ruhani ana və süd anası- olma , bir qadının bütün etdiklərinə bəraət qazandırmır. İnsanın dinimizdə qiyməti və dəyəri əməl və təqava ilə ölçülür. "Analıq" ilə yox. Əgər bir "ana" İslam tarixində ən ağır və qanlı müharibəni (Cəməl müharibəsi) törədirsə , onun "ana" olması bu ağır cinayəti silmir. Əgər bir "ana" zəmanənin həqiqi və qanuni İmamına qarşı çıxıb, onunla döyüşürsə, onun "ana" olması bu günahı bağışlatmır. Və sairə.....xüsusilə də bu ayəyə fikir ver, əzizim!!!!! "Ey Peyğəmbərin zövcələri, sizdən hansı biriniz açıq-aşkar günah iş görsə, onun əzabı ikiqat artacaqdır, bu, Allah üçün asan bir işdir". (Əhzab surəsi/30). Allah, onlara İslamın həddindən və qanunlarından çıxdıqları halda ikiqat əzab verəcəyini buyurur. Amma bəzilərinin Peyğəmbərimizin (s.ə.a.s) xanımlarına nalayiq və yaraşmayan sözlər deməsi , çox səhf bir addımdır. Biz, bəşəriyyət və İslam tarixində kimin günahkar və zalım, kiminin isə məsum və ədalətli olmasını araşdırıb, məsum və ədalətlinin ardınca getmək, günahkar və zalımdan bəri (uzaq) olmaq istəyirik. Söyüş və nalayiq söz demək isə, böyük günahdır. Seyid Ağarəşid. 06.07.2013.
Posted on: Sat, 06 Jul 2013 04:47:49 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015