Oxuyun.. Bəlkə yuxudan oyandız ;) Daha bir əsgər ölüb. - TopicsExpress



          

Oxuyun.. Bəlkə yuxudan oyandız ;) Daha bir əsgər ölüb. Hökumət deyir əsgəri tok (elektrik cərəyanı) vurub. Mətbəxdə ət çəkən maşını işlədirmiş, hadisə bu zaman olub. 20 ilə yaxındır atəşkəs adlı hoqqa ilə camaatın başına oyun açırlar. Guya ordu quruculuğu olub. Guya paradda Bakı küçələrindən keçən zırıltı texnikaları var. Ancaq heç soruşan yoxdur ki, əsgəri niyə tok vurmalıdır? Nə üçün əsgər ümumiyyətlə ət çəkməlidir? Keçmiş sovet ordusu kimi aşınmış, deqradasiyaya uğramış orduları çıxmaq şərtilə, hansı çağdaş dünya ordusunda əsgəri ət çəkmək üçün hərbi xidmətə çağırırlar? Bəyəm bunu mülki işçilər, aşbazlar edə bilməzmi? Bəyəm generalların və ali baş komandanın saysız-hesabsız villalarının tikintisinə çəkilən xərclər hesabına ordunu çoxdan peşəkar orduya çevirmək olmazdımı? Olardı. Dövlətə düşmənlər rəhbərlik eləməsə, olardı. Əsgərin anasından qəzetdə intervü almışdılar. Tam bir iflas, səfalət, yetimlik tablosu idi. “Yanına getdik, gördük ağlayır”, “10 manat pul göndərmişdik, zəng vurub soruşduq alıbmı”, “Mənə zəng vurdu, dedi, ana, konturum yoxdur, təcili zəng elə, sözüm var. Mənim də telefonuma zəng gəlir, ancaq özüm zəng edə bilmirəm, bir nəfər də olmadı ki, onun telefonundan zəng eləyim, səhərisi oğlumun ölüm xəbəri gəldi”. Və sairə və ilaxır. İndi Kürdəxanı zindanında saxlanan bir çox gəncləri bilirsinizmi niyə tutublar? Yəqin artıq unutmusunuz. Yadınıza salıram: onlar qışda “Əsgər ölümlərinə son!” şüarı ilə başlayan etiraz aksiyalarının önündə gedən insanlar idilər. İlham Əliyevin hakimiyyəti onları zindana saldı ki, başqa gənclər də ayağa qalxmasınlar. Əsgər ölümlərinə son deyənlər olmasın. Əsgər ölümləri olsun. Söhbət budur. Necə ki, əsgər ölümləri də olur. Amma sən buna görə niyə narahat olursan ki? Əsas odur özün sağsan və bu yazını, bu cızmaqaranı oxuyursan. Elə mən də sağam. Hətta idmanla məşğulam - səhərlər qaçıram, lənət şeytana! Sabahkı qaçışımda tok vuran əsgəri yox, cənab prezidentin “Mən istəyirəm hamı idmanla məşğul olsun” şüarını xatırlayacağam. Bəs necə, axı bizdə hər bir bölgədə idman kompleksləri ucaldılmışdır. Əsgərlikdə ət çəkən oğluna zəng vurmaq üçün kontur tapmayan analar həmin komplekslərdə turnikdə çəkilirlər. Siyavuş Novruzova dualar oxuyurlar. Planetin xoşbəxt gələcəyini Fəzail Ağamalı və Aydın Mirzə-za-za-da-dənin simasında görürlər. Təbii ki, bunlar tək-tük hallardır. Hər gün əsgərləri tok vurmur axı! Hesablasan indiyə qədər neçə əsgəri tok vurub? Bəlkə bir rota da olmaz. Bəs neçə general boğazında antrikot sümüyü qalması səbəbindən vətən yolunda şəhid olmuşdur? Yüzlərlədir, minlərlədir... Günah həmçinin o zəngilanlı anadadır, gərək onun telefonunda oğlu ilə son dəfə danışmaq üçün kontur olaydı. Kim nə bilir, bəlkə əsgər dəhşətli vacib bir hərbi sirri ötürmək istəmişdi. Məsələn, çəkilmiş ətin içində bəlkə uran və polonium varmış? Bizi bu günə salan analardır. Ana vətəndir. Ana dilidir. Qəhr olsun... Söz konturdan düşmüşkən, bəyəm ölkəmizin çiçəklənməsi üçün illərdir tükənməz töhfələr verən mobil telefon şirkətləri əsgər anaları üçün xüsusi tarif paketləri elan edə bilməzlərmi? “Filan-filan nömrəsinə boş mesaj göndər, ”Lazım" yaz, oğlunun komandiri ilə pulsuz danış", “Generalların anaları üçün özəl endirimlər - şok paketlər! Bir danış, iki ödə!” Mənim bu iqtisadiyyat sahəsində təcrübəm azdır, ola bilsin paketləri düz yazmadım. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Sonda Respublika Dil Qurumunun oğlunu tok vuran əsgər anaları üçün bir bildirişini nəzərinizə çatdırmaq istəyirəm: “Bizim dildə tok sözü yoxdur, elektrik cərəyanı demək lazımdır”. Öləndə düzgün ölməliyik.
Posted on: Wed, 28 Aug 2013 19:20:19 +0000

Trending Topics



eight:30px;"> checkmate-a006.appspot/?k=federal-inmate-criminal-record federal
HUGE SAVING Souvenir Ticket Photo Box-Minnesota Twins

Recently Viewed Topics




© 2015