PARALEL DÜNYADAN MESAJ B.Tuncay (davamı) YAZIYA POZU - TopicsExpress



          

PARALEL DÜNYADAN MESAJ B.Tuncay (davamı) YAZIYA POZU YOXDUR 15 dəqiqə sonra ailənin bütün üzvləri masa arxasında oturmuşdular. Şampan şərabı əvəzinə çay içirdilər. Onlar ağlasığmaz bir möcüzənin şahidi olmuşdular. Xoş olmayan, ümidləri puça çıxaran olsa da, möcüzə elə möcüzədir və o, baş vermişdi. Bunun özü artıq hər kəsə qismət olmayan xoşbəxtlik idi. Çünki möcüzənin şahidi olmaq səadəti yalnız seçilmişlərə qismət olur. Doğrudur, bu evdə bənzər hadisə ilk dəfə deyildi ki, baş verirdi. Ailə üzvləri də bənzər halın birinci dəfə şahidi olmurdular. Amma budəfəki möcüzə əvvəlkilərindən əsaslı şəkildə fərqlənirdi. Onu tək-tək görmüş olsaydılar, yəqin ki, gözlərinə inanmaz, hansısa yanlışlığın olduğunu sanar, səbəbi də öz psixikalarında baş verən müəyyən dəyişikliklərdə axtarmağa çalışırdılar. Amma indi vəziyyət tamam başqa idi. Eyni şeyi eyni anda beş nəfər görmüşdü. Şübhə etmək üçün əsas yoxdu. Onlar çay içir və susurdular. Sükutu Rəşid müəllim pozdu: -Biz başımızdan böyük qələt edib, Allahın yazısını dəyşmək sevdasına düşdük, O isə, bizə bir daha sübut etdi ki, Onun yazısına pozu yoxdur. Allah nə yazıbsa, o da olmalıdır və mütləq də olacaq. Bəli, bu dünyada heç bir təsadüf yoxdur. Allah zər atmır. Bu səbəbdən mən də Eynşteyn kimi cənnət və cəhənnəmə inanmıram… Fuadın gözlənilmədən atasının sözünü kəsdi: -Deməli, Qurana inanmırsan? Axı, Quranda Allah buyurur ki, cənnət və cəhənnəm haqdır. Bu sözlərdən professor tutuldu. Nə cavab verəcəyini bilmədi. Elxan müəllimin söhbətə ilk baxışdan yersiz görünən müdaxiləsi onu düşdüyü xoşagəlməz vəziyyətdən çxmaq, fikirləşmək və səhvini düzəltmək üçün lazım olan vaxtı təmin etdi: -Bu gün artıq tam başa düşdüm və təmiz qəlblə etiraf edirəm ki, Allah var. Deməli, otuz ildir ki, səhv etmişəmmiş. Amma mən də Eynşteyn kimi düşünürəm. Səbəbini də sizə izah edim. Rəşid məni sonuncu dəfə trans vəziyyətinə salıb, uduş nömrələrini öyrənmək üçün bir həftə sonraya göndərəndə, qəzetdən təkcə həmin nömrələri oxumamışdım. Eyni zamanda, 48 – ci tirajda cekpotun udulmadığı barədə xəbəri də oxumuşdum. – Elxan üzünü dostuna tutdu: – Yadındadırmı? -Hə, yadımdadır, – deyə dostu cavab verdi, – elə bu səbəbdən də Allahın yazısını dəyişməyə girişdiyimizi düşündüm və bu barədə fikirlərimi səninlə bölüşdüm. Elxan: -Düzdür. Deməli, Eynşteyn doğru söyləyir. Allahın qədər və qəzasina müdaxilə etmək olmaz. Fuad: -Elə çıxır ki, biz robotuq? Bəs, ağlımız? Əgər robotuqsa, bizə ağıl vermək Allahın nəyinə lazım idi? Fuadın sualı indi də Elxanı çıxılmaz vəziyyətə saldı. Bu dəfə isə onu Rəşid vəziyyətdən çıxardı. Onun düşünmək üçün kifayət qədər vaxtı olmuşdu: -Allah insanı faili – muxtar yaradıb. Bayaq mən doğru söyləmədim, tələsdim. Eynşteyn səhv edib. Cənnət də, cəhənnəm də var və haqdır. Ümumiyyətlə, Quranda yazılanların hamısı haqdır… Ayağa qalxan Günayın çayları yeniləmək üçün stəkanları məcməyiyə yığmağa başlaması onu sözünə bir necə saniyəliyə ara verməyə məcbur etdi. Günay stəkanları toplayıb mətbəxə yollandı. Gülzar da qalxıb onun ardınca getdi. Rəşid sözünə davam etdi: -…Mən Qurana, təbii ki, üstünlük verirəm, Eynşteynə yox… Elxan onun sözünü kəsdi: -Yəni demək istəyirsən ki, Məhəmməd Eynşteyndən daha ağıllı olub? Rəşid: -Quranı Məhəmməd peyğmbər yazmayıb. Onun müəllifi Allahdır. Elxan bu sözləri şübhə ilə qarşılasa da, susnağa üstünlük verdi. Çünki bu kitabı oxumamışdı, içindəkilərdən də bixəbər idi. İçəri girən və çayları masaya düzən Günay ona susmaq üçün bir növ bəhanə vermiş oldu. Qız stəkanları düzüb yenidən mətbəxə, qaynanasının yanına qayıtdı. Söhbət qadınlar üçün artıq maraqsız bir məcraya yönəlmişdi. Onların isə baş vermiş möcüzə haqqında öz versiyaları var idi və gəlin-qaynana həmin versiyanı ayrıca müzakirə etməyə üstünlük verirdilər. Mətbəxə çəkilmələrinin əsl səbəbi də elə bu idi. *** Günay, ardıncada Gülzar mətbəxə girən kimi qaynanası dedi: -Vallah, bu kişilərin başı, deyəsən lap xarab olub. Yazıya pozu yoxdursa, bəs falçılar cadu ilə insanların talelərini necə bağlayıb-açırlar? Gülzar gəlininin tam ürəyindən xəbər vermişdi. O da belə düşünürdü. Sadəcə, qaynatası və atasının ünvanına hörmətsizlik etmək istəmirdi. Odur ki, qaynanası ilə razı olduğunu gülümsəməklə bildirdi. O, çayları süzüb apardı. Gəldikdən sonra isə dedi: -Doğru söyləyirsiniz. Götürək qonşumuz Məleykəni. Gömgöyçək qızdır. Aya deyir, cən çıxma mən çıxım, günə deyir, sən çıxma, mən çıxım. Falçı cadu edib. Beş ildir qapılarına elçi düşən yoxdur. Belə getsə, qarıyıb, evdə qalacaq. -Allah eləməsin, – deyə Gülzar etiraz etdi, – yazıqdır. Yaxşı qızdır. Allah mərdimazara lənət eləsin! Amma doğru söyləyirsən. Şəfiqənin qızı evdə qalmışdı, alan yox idi. Falçnın yanına getdi, o da dua yazdı, qız bir aydan sonra ərə getdi. İndi iki uşaq anasıdır. Əri də, maşallah, qazanan oğlandır. Gəlin və qaynana növbə ilə daha beş – altı bənzər “faktı” da yada salıb bir – birilərinə danşdıqdan sonra otağa döndülər. Özü də tam bir qalib kimi döndülər. Onlara elə gəlirdi ki, düzgün nəticəyə məhz onlar gəlmişlər. Kişilərin bütün bunları başa düşməsi mümkün deyil. Amma həmin an onlara sual versəydin ki, indiyə qədər lotoreyada udmuş hər hansı falçı və ya baxıcıya rast gəliblərmi və ya nədən falçı və baxıcılar içərisində bircə nəfər də olsun, bu yolla pul qazanan yoxdur, şübhəsiz ki, tutular, nə cavab verəcəklərini bilməz, səhvlərini anlayar, qəlblərinə və şüurlarına hakim kəsilmiş aldadıcı qələbə hissini dərin məyusluq əvəz edərdi. Təbii ki, onlara bu sualı verən olmadı, çünki fikirlərini kişilərlə bölüşməmişdilər. Bu üzdən də özlərini ağıllı və qalib sayrdılar. Eybi yox, qoy, saysınlar. Qadınlar başlarımızın tacı, evıərimizin bəzəyi, ürəklərimizin sultanıdırlar. Onlarsız bircə günümüz olmasın! Bir anlığa bu dünyanı qadınlarsız təsəvvür etsən… Yox, adam bu barədə heç düşünmək də istəmir. Odur ki, qoy, özlərini bizdən ağıllı sayıb, sevinsinlər. Təki, sevinsinlər, özlərini xoşbəxt hiss etsinlər. Onlara sevinmək yaraşır. Çox təəssüflər olsun ki, çox pis zamanda yaşayır və onları həmişə sevindirə bilmirik. Amma sevinmək, xoşbəxt olmaq onların haqqıdır. *** Həmin gün axşam evə dönən Elxan dərhal masa arxasına keçib gündəliyinə növbəti qeydlərini etdi. Öncə yuxarıda nəql etdiklərimizi gündəliyinə köçürdü, daha sonra isə bunları yazdı: “…Evə gələrkən, yolda özümə söz verdim ki, bundan sonra Məsmə ilə zinakar görüşlərimə son verəcəyəm. Çünki artıq başa düşmüşəm ki, sən demə, Rəşid haqlıymş. Allah da, o biri dünya da var. Madam ki, o biri dünya var və biz orada buradakı günahlarımıza görə cavab verəcəyik, deməli, günahlarıma son verməliyəm. Bundan əvvəlki günahlarımın bağışlanacağına ümid edirəm. Çünki bugünə qədər qəflətdəydim. Dünyanın sadəcə bu dünyadan ibarət olduğunu düşünürdüm. Düşünürdüm ki, öləcəyik və hər şey də bununla bitəcək. İndisə başa düşmüşəm ki, məsələ başqa cürdür. Hə, söz verməyinə verdim, amma dözə biləcəyəmmi, buna əmin deyiləm. Hər halda, cəhd edəcəyəm. Etməliyəm. Dözməsəm, özümü bağışlamaram.” Məsmə ilə bir də görüşməyəcəyinə söz verən Elxan müəllim sözünü elə həmin gecə pozdu. Nəfsə qalib gəlmək çox çətin məsələdir, axı. Bunun üçün dəmir iradə və sarsılmaz iman lazımdır. Elxan Rəcəbli isə belə birisi deyildi. Zəif adam idi. Zəif olduğunu özü də bilirdi. Bunu gündəliyinin sabahkı bölümündə etiraf etdi: “11 sentyabr, 2010-cu il. Özünün iradəsiz və zəif adam olduğunu bilmək, vəziyyəti dəyişmək üçün özündə güc tapa bilməmək doğrudan da çox ürəkağrıdıcıdr. Əslində, Məsməyə rast gəlməyənə, daha doğrusu o, saqqızımı oğrulamayana qədər belə deyildim. Kimsə məni əxlaqsızlıqda, iradəsizlikdə və əhdə vəfasızlıqda suçlaya bilməzdi. İndi isə hər cür məzəmmət, tənqid və təhqirə layiq bir adama çevrilmişəm. Dünən evə dönərkən, yolda özümə söz verdim ki, bundan sonra Məsmə ilə zinakar görüşlərimə son verəcəyəm. Amma bacarmadım. Sözümü tuta bilmədim. Gecə gəldi, adəti üzrə bir söz demədən soyundu və yatağıma girdi. Mənsə nəinki etiraz etmədim, əksinə həmişəki kimi ləzzətlə necə soyunduğuna tamaşa etdim, yatağıma girər-girməz, həmişə olduğu kimi acgözlüklə üzərinə çökdüm… Özümə nifrət edirəm. Özümə nifrət etməyimin daha bir səbəbi isə Məsmənin dünən mənə söylədikləridir. O, bildirdi ki, Kərimdən ayrılmağa qərar verib. Artıq ondan iyrənirmiş. O bu sözləri söyləyəndə birdən anladım ki, mən də ondan iyrənirəm. Daha doğrusu bu hiss mənə birdən-birə hakim oldu. Hiss etdim ki, birdən-birə Məsmədən iyrənməyə başladım. Kərimə qarşı isə ürəyimdə dərin bir mərhəmət və hətta bir mhəbbət doğdu. O, saf və təmiz adamdır. Məsmə onun tayı deyil, heç ayağının tozu da ola bilməz. Mənsə bu qadının səviyyəsinə enmişəm. Yox, sabahdan, daha doğrusu elə bu gündən onunla bütün əlaqələrimə son verəcəyəm. Saat səhər 9.30-dur, qapının zəngi çalır. Rəşiddir. Dünən bu gün səhər saat 9.30-da bizə gələcəyini qərarlaşdırmışdıq. Odur ki, yazıma son vermək durumundayam… …Axşam saat 19.00-dır. Beş dəqiqə əvvəl Rəşid çıxıb getdi. Indi rahat şəkildə gündəliyimin bugünkü bölümünü davam etdirə bilərəm. Davam etdirmək üçün də çox gözəl faktiki material var. Çünki bu gün elə eksperimenlər keçirmişik ki, hələ də onlarn təəssüratı altındayam. Əminəm ki, indi yazacaqlarım təkcə psixoloq və parapsixoloqlara deyil, eləcə də nevropotoloq və neyrofizioloqlara yeni tədqiqatlar üçün stimul olacaq, insan beyninin gizli sirrlərini araşdırmağa və anlamağa təkan verəcək. Həmişə yeni eksperimentlərin mövzusunu mən təklif edərdim. Bu dəfə isə ideya Rəşiddən gəldi. O, teleginez və teleportasiya sahəsində eksperimentlər keçirməyi təklif etdi. Həm “teleginez”, həm də “teleportasiya” terminlərini ilk dəfə eşitdiyimdən mənalarını soruşdum. Dostumun izahlarından başa düşdüm ki, bunlardan birincisi fikrin gücü ilə müxtəlif əşyaları yerindən oynatmaq və hərəkət etməyə məcbur etmək deməkdir. İkincisi isə hər hansı bir əşyanın bir yerdən digər bir yerə ani ötürülməsidir. Yəni əşya bizim evdə yoxa çıxır, məsələn Rəşidgildə peyda olur. Rəşidin dediyinə görə, Cuna Datiaşvili və Uri Geller kimi parapsixoloqlar psixi enerjilərinin sayəsində bunları edə bilirmişlər. İndi biz eyni keyfiyyətlərə hiptnoz vasitəsi ilə nail olmağa çalışacaqdıq. Təbii ki, “təcrübə dovşanı” yenə də mən olacaqdım. Əlbəttə ki, razılaşdım. Məncə, hər kəs razılaşardı. İnanmram ki, bu tip eksperimentlər kiməsə maraqlı olmasın. Dostum özü ilə stolüstü tennis şarı, böyük tennisdə istifadə edilən top və daha bir neçə yüngül əşya gətirmişdi. Şar və topu saymasaq, digər əşyalar bizim evdə də vardı. Başa düşmürəm ki, çay qaşığı, çəngəl, üskük kimi şeyləri gətirməyə nə ehtiyac vardı. Amma gətirmişdi. Nə isə özü bilər. Birinci təcrübəmiz şarla oldu. Rəşid onu masanın ortasına qoyub məni hiptnoz etməyə başladı. Həmişəki kimi, fikirlərini adi sözlərlə çatdırdı. Halbuki, o bunu telepatik yolla da etməyi bacarırdı. Amma sözlə deməyə üstünlük verdi: -Elxan, sən çox güclüsən, çox güclü psixi enerjiyə sahibsən. O qədər güclü enerjiyə sahibsən ki, fikrinin gücü ilə bu şarı masanın üstündə diyirlənməyə məcbur edəcəksən. İndi diqqətlə şara bax və onu diyirlənməyə məcbur et! Əmrinə tabe oldum və inanılmaz bir şey baş verdi. Şar diyirlənərək masanın kənarına tərəf hərəkət etməyə başladı. Dostum onu tutmasaydı, yerə düşəcəkdi. O, şarı yenə də masanın ortasına qoydu və sözünə yenidən davam etdi: -Yox. Dosum sən bundan daha güclüsən və şara zərbə endirmək iqtidarındasan. Var gücünlə zərbə endir! Şara baxmağımla onun ağlasığmaz sürətlə uçaraq qarşı divara çırpılması, yerə düşüb divanın altına diyirlənməsi bir oldu. Rəşid bu dəfə tennis topunu masanın üzərinə qoydu: -Zərbəni təkra et! Yenə də eyni şey təkrar oldu. Topun hara düşdüyünü bilmirəm, onu da tapmaq mümükün olmadı. Dostum heyrət və sevinclə qışqırdı: -Əla! Elxan, sən gerçəkdən də dahisən. Çox güclüsən. Sonra o, qaşıq və çəngəli ortaya qoydu və dedi: -Bax, qardaş, sən bundan da güclüsən. Sadəcə güclü olduğunu bilmirsən. İndi bu qaşıq və çəngəli bizim evə göndərəcəksən. Mətbəximizdəki qab-qacaq şkafını yadına sal. Bunları onun yuxarı siyirməsindən götürmüşəm və indi sən onları fikrinin gücü ilə öz yerinə qayaracaqsan. Hazırlaş! Başla! İnanılası şey deyil. Qaşıq və çəngələ baxmağımla onlarn yox olması bir oldu. Bu sözün əsl mənasında möcüzə idi. Rəşid dərhal telefonunu cibindən çıxarıb, Gülzarn nömrəsini yığdı: -Gülya, salam. Get siyirməyə bax, gör ordadırlarmı? Rəşid evdən çıxarkən, özü ilə qaşıq və çəngəl götürdüyünü həyat yoldaşına söyləmiş, onların bir azdan öz yerində olacağını və bunu yoxlamaq üçün zəng edəcəyini demişdi. Bir sözlə, Gülzarı tam təlimatlandrmışdı. Odur ki, qadın məsələdən xəbərdar idi. Onun dediklərindən belə məlum oldu ki, qaşıq və çəngəl artq yerindədirlər. Bəli, bu gün biz misilsiz bir təcrübə keçirmiş və ağlasığmaz bir uğura imza atmışdıq…” *** Bu hadisədən sonra dostlar uğurlarını qeyd etmək üçün bara getməyə və adama iki parc pivə içməyə qərar vermiş və bu məqsədlə də evdən çıxmışdılar. Yaxındakı bar üç tin knarda idi. Rəşid o qədər məmnun və xoşbəxt idi ki, əylənmək və dostunu əyləndirmək istədi. Yolun o biri tərəfində ki, səkidə bir gombul kişi ilə bir narmanazik qız bir – biri istiqamətində addımlayırdılar. Aralarında 10-12 metr məsafə var idi. Rəşid onları telepatik yolla hiptnoz edərək, bir – birilərinə tərəf qaçmağa, çatıb bir-birinə sarılmağa və öpüşməyə məcbur etdi. Bu halın ətrafdakı hər kəsi nə qədər təəccübləndirdiyini təsəvvür etmək, yəqin ki, oxucularım üçün çətin olmaz. Hiptnozun təsiri keçdikdən sonra isə yazıq kişi ilə bədbəxt qız özlərini itirdilər, nəyin baş verdiyini anlaya bilmədilər. Və hər şey qızın kişiyə yağlı bir sillə ilişdirməsi və “alçaq” deyərək təhqir etməsi ilə nəticələndi. Utandığından qıpqrmızı olan kişi pərt halda iri addımlarla hadisə yerindən uzaqlaşmaq məcburiyyətində qaldı. Görünür, təkcə qız onu yox, elə özü də özünü günahkar hesab etmişdi. Amma hadisəni müşahidə edənlər belə düşünmürdülər. Axı, onlar qızın da ona tərəf qaçdığını, onu ehtiraslı öpüşlərə qərq etdiyini öz gözləri ilə görmüşdülər. Nə isə… hipnoz, xüsusən də telepatik hiptnoz da eynən atom enerjisi kimi çox qorxulu silahdır. Yəni onun da həm müsbət, həm də mənfi tərəfləri var. Baxır bu gücə sahib olan kimdir. Elxan baş verənlərin əsl səbəbkarınn Rəşid olduğunu bilirdi və doğrusu, onun bu hərəkəti onu qətiyyən açmadı. Rəşid də artıq peşiman idi. Xoşagəlməz vəziyyət yaranmışdı. Vəziyyətdən çıxış yolunu Elxan tapdı, dostuna kənarda gəzişən avara iti göstərib dedi: -Heyvanları da hiptnoz edə bilərsənmi? -Bilmirəm, – deyə Rəşid cavab verdi, – yoxlamaq lazımdır. Bir neçə saniyə sonra it iki arxa ayağı üzərinə qalxıb məzəli şəkildə tullanıb-düşməyə, ardınca isə dombalağ aşmağa başladı. Bununla da küçədən keçən hər kəsin diqqətini özünə çəkdi. *** Dostlar pivə içdikdən sonra yenidən evə qayıtdlar. Öncə birlikdə nahar etdilər, sonra bir neçə partiya şahmat oynadılar və təbii ki, bütün partiyalar Rəşidin qələbəsi ilə bitirdi. Başqa cür də ola bilməzdi. Madam ki, sən rəqibin fikrini oxuyursan, nə düşündüyünü bilirsən, udmamağın mümkün deyil. Buna baxmayaraq, Elxan hələ də sadəlövhcəsinə nəyəsə ümid edirdi. Amma ümidləri özünü doğrultmadı. Axşam saat yeddidə Rəşid evlərinə getdi. Elxan isə dərhal masa arxasna keçib bütün bunları yazdı və aşağıdakıları da əlavə etməyi unutmadı: “Yadımdan necə də çıxdı. Gərək Rəşiddən mənə iradəli olmağı təlqin etməsini xahiş edəydim. Heyif. İndi gərək nəfsimlə təkbaşna mübarizə aparım” Təkbaşına mübarizə bir nəticə vermədi. Nəfsini yenə də yenə bilmədi. Bu gecəni də Məsmə ilə birlikdə keçirdi. “İyrənirəm” dediyi bu qadını həmişəki kimi öpüşlərə elə qərq etdi, dodaqlarını, döşlərini elə ehtirasla əmdi ki, nəinki iyrənmədiyinə, əksinə sonsuz ləzzət aldığına bir daha əmin oldu. Ürəyində fikirləşdi: “Yox, o biri dünya məni qətiyyən maraqlandırmır. Bu dünyanın real ləzzətini olub-olmadığı dəqiq məlum olmayan o biri dünyanın xəyali, ehtimali ləzzətlərinə yalnız axmaqlar dəyişə bilər. Yalnız axmaqlar hansısa xəyali cənnətə görə real cənnətdən imtina edə bilər. Vallah-billah, cənnət analarn ayaqlarının altında yox, qadınların ağuşunda, ayaqlarının arasındadır”. Elxan sabah bu fikirlərini də gündəliyinə qeyd etdi. Amma ədalət xatirinə deyək ki, o, artq əvvəlki adam deyildi. Əvvəllər gündüz də, gecə də bütün varlığı ilə, bütün düşüncələri ilə bu dünyanın adamı idi. İndi isə gündüzlər hey o biri dünya barədə düşünür, günah etməməyə qərar verir, Məsməyə bir də yaxın durmayacağını düşünür, gecələr isə sözünü də, o biri dünyanı da bütünlüklə unudurdu. Məsmə onun yeganə “tanrı”sına çevrilirdi. Gercək Tanrı isə heç yadına da düşmürdü. Səhər isə hər şey 180 dərəcə dəyişirdi. Məsmə “iblis cildinə girir”, gerçək Tanrı isə professorun qəlbinə tam hakim kəsilirdi. Rəcəbli bunun səbəbi barədə çox düşünürdü. Ona hətta elə gəlməyə başlamşdı ki, Zərdüştün nədən dualist din yaratmağa qərar verdiyini heç kəsin başa düşməyəcəyi səviyyədə başa düşübr. Görünür o da Elxan kimi iki hissin arasında ilişib qalıbmş. (Ardı var)
Posted on: Tue, 10 Sep 2013 11:38:43 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015