PNEVMONİYA Pnevmoniya ağciyərin iltihabıdır. Ağciyər - TopicsExpress



          

PNEVMONİYA Pnevmoniya ağciyərin iltihabıdır. Ağciyər porenximasının və ya ağciyərin respirator şöbəsinin iltihabı ilə xarekterizə olunur,krupoz və ocaqlı olur. Etiologiya və patogenoz .Ağciyərin iltihabının etiologiyasında pnevmokokk, streptekok, stafilokok, klebsiella- pnevmoniya,pfeyfer çöpləri bəzən bağırsaq çöpləri ,proteylər,hemofil çöpləri, Ku -qızdırması törədicisi,legionella,taun çöpləri bvəzi bəzi viruslar mikoplazmalar, göbələklər rol oynayır.Pnevmoniya törədicilərinin bir qrupuda uzun illərdir. ağız boşluğunun qeyri patogen florası hesab olnunan bakterioidlərdir.Fiziki kimyəvi agentlər (kimyəvi termik radioaktiv şüalanma) də pnevmoniyanın etioloji faktorları arasındadır. Pnevmoniya ağciyərlərin allergik reaksiyaları və sistem birləşdirici toxuma xəstəlikləri nəticəsindədə əmələ gələ bilər. Törədici ağciyərə bronxogen ,hematogen , limfogen yolla,kəskin və xroniki infeksiya ocaqlarının mövcudluğu şəraitində daxil olur. Patogenezində əsas rolu bronx ağciyər sisteminin qoruyucu mexanizmlərinin və hüceyrə və toxuma imunitetinin pozulması oynayır. Bakteriyanın ağciyərlərdə yaşaması çoxalması ,alveollara yayılması ,yuxarı tənəffüz yollarının və bronxların təmizlənməsindən asılıdır.Eyni zamanda mikroorqanizmlərin və allergenlərin antigen materiallarının reaksiyası nəticəsində ağciyər toxumasının immunoloji və iltihabi zədələnməsi mümkündür.Virus infeksiyaları öz özlüyündə bronxların və yuxarı tənəffus yollarının iltihabına səbəb olmaqla bərabər daha çox bakterial infeksiyaların aktivləşməsinə ,bakterial ocaqların formalaşmasına səbəb olur.Respirator virus xəstəlikləri zamanı pnevmoniyanın formalaşması ağciyərin alveolyar makrofaqal sisteminin bakterisit aktivliyinin azalması ilə baş verir.Kəskin pnevmoniyanın uzun müddət davam etməsi,xroniki hal almasına təkrari respirator infeksiyalar , yuxarı tənəffüs yollarının (xroniki tonzilit sinusit ) və bronxların xroniki infeksiyaları nəticəsində immunoloji pozulmalar,alkoqolozim,diabet zamanı metobolik pozulmalar səbəb olur. Simptomlar: Klinik gedişi.Xəstəliyin simptomları və gedişi etiologiyasından, prosesin xarekterindən , fazasından ağciyərdə yayılmasından və ağırlaşmalarından asılıdır. Krupoz pnevmaniya adətən kəskin başlanır.Xəstə şiddəli titrəmə hiss edir.Bədən hərarəti 39-40 dərəcəyə çatır . Ağciyərin zədələnmiş tərəfində ağrı öskürək zamanı dahada artır.Öskürək əvvəllər quru, sonralar "paslı",irinli selikli,qanlı,bəlğəmlə müşahidə olunur.Xəstənin vəziyyəti bir qayda olaraq ağırdır. Üz dərisi hiperemiyalaşmış,sianotikdir. Xəstəliyin əvvəlində tənəffüs sürətlənmiş,səthidir,burun qanadları tənəffüsdə iştirak edir.Tez-tez labial,nazal, herpes səpkiləri müşahidə olunur.Zədələnmiş tərəfdə ağciyər tənəffüsdən iştirakda geri qalır. Xəstəliyin mərhələsində,morfologiyasından asılı olaraq auskultasiyada güçlənmiş vezikulyar tənəffüs , krepitasiya aşkar olunur.Səs titrəməsi və bronxofoniya güclənir.Morfoloji dəyişikliklərin qeyri bərabərliyi aöğciyərin perkutor və auskultativ mənzərəsini rəngarəng edir. Plevranın zədələnməsi səbəbindən plevranın surtunmə küyü qeydə alınır. Xəstəliyin ortasında nəbz tezləşmişdir,arterial təzyiqin aşağı düşməsinə uyğundur.Ağciyər arteriası üzərində I tonun karlaşması, II tonun aksenti təyin olunur.neytrofil leykositoz, EÇS -nin yüksəlməsi xarekterikdir. Rentgenoqrammadan zədələnmiş hissələrin homogen kölgəliyi qeyd olnur.Alkoqolizmdən əziyyət çəkən insanlardan atipik gediş müəyyən olunur. Stafilokok pnevmoniyası: Nisbətən ağır gedişlidir.Ağciyərin destruksiyası,nazik divarda hava boşluqlarının formalaşması ağciyərin absesi ilə müşahidə olunur.Virus -bakterial pnevmoniyalar daha çox qrip epidemiyaları zamanı görünür bu cür pnevmoniyalar üçün şiddətli intoksikasiya sindromu, hipertermiya,titrəmə, dəri örtükləri və selikli qişaları hiperemiyası baş ağrısı,baş gicəllənmə, tənginəfəslik ,qan hayxırma,taxikardiya,mədə bulanması,qusma xarekterikdir. Ağciyərin infeksion toksik şok zamnı damar çatışmazlığı arteriyal təzyiqin 90-80/ 60-50 mm.cs düşməsi, dəri ortüklərinin solğunluğu ətrafların soyuması, yapışqan tər müşahidə olunur. Proqresivlşməsi serebral pozulmalar ürək çatışmazlığı,ürək ritminin pozulması,hepatorenal sindrom, DDYL sindrom,toksik enterekolitin meydana çıxmasına səbəb olur.Ağır gediş həmçinin klepsiellaların törətdiyi pnevmoniyalarda da müşahidə olunur,nadirən rast gəlinir. Pnevmokokk pnevmoniyasına nisbətən daha böyük hissəni zədələyir. Bəlğəm jele şəkilli,lifli bəzən irinli "paslı" -dır. Absesin formalaşması və empieması ilə ağırlaşma xarekterikdir. Ocaqlı pnevmoniya, bronxo pnevmoniya durğun ağciyər, travma nəticəsində piy emboliyası,tromb emboliya nəticəsində yuxarı tənəffüs yollarının və bronxların kəskin və xroniki xəstəliklərinin ağırlaşması nəticəsində meydana çıxır.Xəstəlik titrəmə ilə başlayır,temperatur 38-38.5 0 C yüksəlir. Güclü,quru və ya selikli , irinli,bəlğəmli öskürək,nəfəs alma zamanı döş qəfəsində ağrı olur. Rentgenoloji olaraq bulyoz və abses ocaqları aşkar olunur. Virus ,Ku-rikketsioz,mikoplazma mənşəli pnevmoniya üçün intoksikasiya ilə tənəffüs orqanlarının zədələnmə simptomları arasında uyğunsuzluq xarekterikdir.Rentgenoqrammada lobulyar subseqmentar ,seqmentar kölgəlik,ağciyər şəklinin güclənməsi müşahidə olunur. Qanda leykopeniya aşkar olunur. Xroniki pnevmoniya tempraturun periodik yüksəlməsi (adətən subfebrilə qədər) selikli,irinli,bəlğəm ifrazı ilə müşaət olunan öskürək tərləmə ,döş qəfəsinin zədələnmiş tərəfində küt ağrılar, arabir zədələnmiş ağciyərdə perkutor səsin qısalması ,güclənmiş vezukulyar tənəffüs və kiçik qabarcıqlı yaş xırıltılar görülür. Xroniki bronxit ağciyər xəstəlikləri, bronx ağciyər sisteminin təkrari iltihabı,çox zaman isə kəskin pnevmokarnifikasiyası ilə bağlı olur.Xroniki bronxit emfizema ilə birləşdikdə əvvələr fiziki gərginlik sonralar isə sakitlik halında da təngnəfəslik , perkutor qutu səsi, zəifləmiş vezukulyar tənəffüs, yaş xırıltılarla yanaşı distansion quru xırıltılar eşidilir.Xəstəliyin gərginləşməsi neytrafil leykositoz,EÇS nin yüksəlməsi CRZ,sial turşularının yüksəlməsi müşahidə oluna bilər.Pnevmoniyanın çox rast gəlinən ağırlaşması plevritdir. Adətən zəif nəzərə çarpır,klinik əhəmiyyət kəsb etmir.Eksudatın çoxalması ilə isə kəskin klinik mənzərə yaranır. Ağırlaşmaların daha ağırı isə ağciyər absesidir. Ağciyərin stafilakok mənşəli destruksiyası spontan pnevmotoraksla və ya piopnevmotoraksla ağırlaşa bilər. Ağciyərdən kənar ağırlaşmalar kəskin damar çatışmazlığı (kollaps) və ürək çatışmazlığıdır. Bu cür ağırlaşmalar gec qospitalizasiya olunmuş xəstələrdə,ağciyər - ürək çatışmazlığı olan xəstələrdə müşahidə olunur. Kəskin pnevmoniya ocaqlı nefritlə az hallarda diffuz qlomerulonefritlə ağırlaşa bilər. Qaraciyərin zədələnməsi mikoplazmanın törətdiyi pnevmoniyanın ağırlaşması olaraq ortaya çıxa bilər. Nadir ağırlaşmalar perikardit, endokardit, miningitdir. Rentgenoqramma,bəlğəmin və boğazdan yaxmanın tətqiqi qanın müayinəsi bəzən tomaqramma diaqnoz qoymaq üçün vacibdir. Müalicə: Ağır hallarda qospitalizasiya edilir. Bəlğəmin əkilməsi və antibiotikə görə həssaslıq testinə əsasən antibiotik terapiya tətbiq edilir.Şiddətli tənginəfəslik və sianoz zamanı oksigen inhalyasiyası təyin olunur ki bu da kontrol altında olmalıdır,fizioterapiya təyin olunur.
Posted on: Mon, 19 Aug 2013 06:37:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015