PREZİDENT SEÇKİLƏRİNƏ 14 GÜN QALDI 25.09.2013 YAP - TopicsExpress



          

PREZİDENT SEÇKİLƏRİNƏ 14 GÜN QALDI 25.09.2013 YAP Goranboy rayon təşkilatı qərərgah üzvləri ilə birgə 25 sentyabr tarixdə Tatarlı, Qarqucaq, Nərimanlı, Balakürd kəndlərində seçicilərlə goruş keçirdi. Tədbiri YAP rayon rəşkilatının sədri Elçin İsmayılov açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 illik fəaliyyəti barədə ətraflı məlumat verdi. Tədbirdə Milli Məclisin üzvü Mahir Aslanov Respublikamızda və regionlarımızda gedən quruculuq abadlıq işlərindən seçicilərə ətraflı məlumat verdilər. Çıxış edənlər 9 oktyabrda İlham Əliyevə səs verəcəklərini bəyan etdilər. Cənab İlham Əliyevə səs vermək davamlı inkişafa səs vermək deməkdir. Son illərin uğurları fonunda dünyanın 10 xoşbəxt ölkəsindən biri kimi tanınan və nüfuz qazanan Azərbaycanı cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf etmiş ölkələr sırasında görəcəyimizə əminik. Seçkilərdə fəal olaq, uğurlu gələcəyimizə səs verək.
Posted on: Wed, 25 Sep 2013 12:22:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015