Papilloma Papilloma virusu cinsi yolla ötürülən infeksiya - TopicsExpress



          

Papilloma Papilloma virusu cinsi yolla ötürülən infeksiya qrupuna daxildir.Lakin məişət yolu ilə də yayıla bilər. Bu virusun sferik forması,DNT-si var. Xəstəliyin simptomsuz keçməsi xəstənin immun sistemindən və hormonal fonundan aslıdır.Ağız boşluğunu zədələyən növləri 2,6,11,18,30. Papilloma virusu ağız boşluğunda,damaqda,yüyəndə,dildə,udlaqda və s. əmələ gələ bilir. Onlar aşağıdaki xüsusiyyətlərə malikdir: • Diametri 1 sm qədər olur • Nahamar səthi • Geniş ayaqcığı • Qırmızımtıl və ya ağımsov rəng çaları • Yumşaq Normal halda xəstəyə narahatçılıq vermir.Lakin travma nəticəsində infeksiya üçün giriş qapıları ola bilər. Diaqnostikası laboratoriyada aparılır.Bununçün qızıl standart olaraq zəncirvari polimeraza reaksiyasından istifadə edilir.Histoloji və sitoloji analizlərdən də istifadə edilir. Müalicəsi kompleks yolla aparılır : xarici əlamətlər aradan götürülür və antivirus terapiyası aparılır.Törəmənin aradan qaldırılması bir neçə üsulla aparılır : • Cərrahi • Raidodalğa ilə • Lazerlə
Posted on: Fri, 27 Sep 2013 18:54:34 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015