Pərakəndə kreditlərdəki faizlər normal haldır - TopicsExpress



          

Pərakəndə kreditlərdəki faizlər normal haldır Azərbaycanda kredit faizlərinin dərəcələri geniş müzakirə olunur. Ekspertlər, millət vəkilləri kreditlərin yüksək faizlə verildiyini söyləsələr də, kommersiya bankları bunu daha çox bazarın vəziyyətilə əlaqələndirirlər. Azərbaycanın ən böyük pərakəndə banklarından biri olan “Bank of Baku” ASC-nin Müşahidə Şurasının sədri Elçin İsayev “Marja”ya bildirib ki, digər MDB ölkələri ilə müqayisədə Azərbaycanda kredit faizləri aşağıdır. Məsələn, Rusiyada istehlak kreditlərinin faiz dərəcələri 40 faizədək təşkil edir, Azərbaycanda isə bu cəmi 28-30 faiz civarındadır. Elçin İsayev söyləyib ki, pərakəndə kreditlərin 28-30 faizlə verilməsi normal bir haldır: “Belə dərəcələr pərakəndə bankçılıqda normaldır, çünki verilən kreditlərin həcmi kiçik olduğundan xərclər çoxdur. Kiçik məbləğdə kreditlərin verilməsi daha çox əmək və digər məsrəflər tələb edir. İri biznes kreditlərində isə faizlər daha aşağıdır.” Bankirin sözlərinə görə, bazar şərtləri banklardan daha ixtisaslı kadrlar çalışdırmağı tələb edir, bu da yüksək maaş ödənilmədən mümkün deyil. Əmək haqqı xərclərinin artması kredit faizlərini aşağı salmağa yer qoymur. “Bank of Baku”nun Müşahidə Şurasının sədri qeyd edib ki, kənardan cəlb edilən pulun baha olması kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biridir. Bankların öz vəsaitləri artdıqca kreditlərin daha ucuz verilməsi imkanı yaranacaqdır.
Posted on: Sat, 16 Nov 2013 11:00:54 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015