QADINA ÇEVRİLMİŞ KİŞİLƏR Doktor Hacı Təvəkküli belə - TopicsExpress



          

QADINA ÇEVRİLMİŞ KİŞİLƏR Doktor Hacı Təvəkküli belə nəql edir: Bir gün özümün diş poliklinikamdan hərəkət etdim, bir yerə getmək istəyirdim. Maşına mindim. «Firdovsi» meydanına çatar-çatmaz maşın saxladı. Bir qədər adam mindi, sonra gördüm ki, sürücü qadındır. Ətrafıma baxanda hamını qadın sifətində gördüm. Hamısı bir şəkildə və bir paltarda! Gördüm ki, mənim yanımda oturan da qadındır! Özümü yığışdırdım və fikirləşdim ki, səhvən qadınların maşınına minmişəm. Elə bildim ki, bu avtobus qadınlara məxsus olan avtobusdur. Maşın dayandı və bir qadın yerə endi. O qadın yerə enəndən sonra hamı kişiyə döndü. Əvvəlcə Şeyxin yanına getmək istəmədiyim halda, maşından düşən kimi mərhum Şeyxin yanına getdim. Mən sözə başlamamış o, buyurdu: Gördünmü, bütün kişilər qadın halında idi. Çünki, o kişilər həmin qadına diqqət yetirmişdilər və hamısı qadın sifətində idi! (Sonra dedi:) Can verən zaman hər kəs nəyə diqqət yetirirsə, o şey onların gözləri önündə təcəssüm tapır. Lakin, Əmirəl-mö᾽minin Əli (ə)-a məhəbbət insanların qurtuluşuna səbəb olur. Necə də yaxşıdır ki, insan Allahın camalında fani olsun... Nəticədə başqalarının görmədiyini görsün, başqalarının eşitmədiyini eşitsin.
Posted on: Thu, 18 Jul 2013 19:46:44 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015