QISQANDIM SƏNİ Uzatdın birinə incə əlləri, Salam verən - TopicsExpress



          

QISQANDIM SƏNİ Uzatdın birinə incə əlləri, Salam verən ələ, qisqandım səni, Qoxlayıb ətrini dərdin gülləri, Toxunduğun gülə, qısqandım səni, Daima gen qaçıb kənar durduğun, Tənhalıq adıyla yuva qurduğun, Mənsiz yaşadığın, mənsiz olduğun, Günə, aya, ilə, qisqandım səni, Bir söz kimi dodağında büzülən, Damla kimi kirpiyində düzülən, Ağlayanda gözlərindən süzülən, Yanağında selə, qısqandım səni, Nələr eyləməzdim səninçün gülüm, Nə ölüm bilirdim, nə də bir zülüm, Bilirdim deyilsən mənim sevgilim, Bunu bilə-bilə, qısqandım səni... MÜƏLLİF : RUSİF HÜSEYNOV....
Posted on: Sat, 16 Nov 2013 07:30:02 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015