Qadin Hormonal Pozgunlugu Qadınlarda hormonal fon – demək - TopicsExpress



          

Qadin Hormonal Pozgunlugu Qadınlarda hormonal fon – demək olar ki, qadının bütün həyat fəaliyyətinə təsir edən faktordur. Hormonal fon xarici görünüşü belə formalaşdırır : boy, çəki, skeletin quruluşu, dəri və hətta saçlar. Hormonal fondan orqanizmin bütün sağlamlığı asılıdır, ən əsası da cinsi sferada. Hormonal fonun əhval-ruhiyyəyə, ətraf mühitin qıcıqlarına qarşı reaksiyalarına və qadının xarakterinə də təsirini qeyd etmək lazımdır. Hormonlar və hormonal fon. Bu bioloji aktiv maddələr qadının bir çox orqanlarında sintez olunur. Məs; beyin, qaraciyər, piy toxuması və s. Lakin onların əsas istehsalçısı daxili sekresiya vəziləridir: Qalxanabənzər vəzi; Qalxanabənzər ətraf vəzi; Mədəaltı vəzi; Böyrəküstü vəzi; Yumurtalıqlar; Hipofiz; Hipotalamus; Vəzilər hormon istehsal edərək , qana ifraz edirlər və orqanizmin bütün funksiyalarının tənzimlənməsinə təsir edirlər. 60- dan çox hormon məlumdur ki, bunlar arasındakı balans hormonal fonu təşkil edir. Lakin bu balans olduqca həssasdır və müxtəlif faktorların təsiri altında zədələnə bilər. Bu faktorlara aiddir: yaş; stress; virus xəstəlikləri; dərman preparatları; yuxu pozğunluqları; infarkt; autoimmun proseslər; şişlər; irsiyyət; çəkinin dəyişməsi; siqaret və narkomaniya; həzmin pozulması ; parazitlər. Cinsi yetişkənlik dövründə hormonal pozğunluqlar İlk dəfə bu dövrə qədəm qoymuş qız üzbə üz hormonların təsirilə durmuş olur. Bu olduqca çətin bir prosesdir. Məhz bu dövrdə hormonal sistemdə kənaraçıxmalar olur. Ya hiperfunksiya nəticəsində vaxtından əvvəl cinsi yetişkənlik, ya da hipofunksiya nəticəsində cinsi yetişkənlikdə ləngimələr meydana çıxa bilər. Erkən cinsi inkişaf Bir sıra hormonların, əsaən də cinsi orqanları stimulə edən hormonların sekresiyasında baş verən pozğunluqlar nəticəsində baş verir. Bunun səbəbi olaraq xroniki infeksiyalar, doğuş travmaları, alkoqol və digər mənşəli intoksikasiyaları və s.-ni göstərmək olar. Bu dövrdə analar qızlarının qidalanmasına fikir verməlidirlər. Eyni zamanda boyartımı və üz, sinə və kürək nahiyyələrinə sızanaqların meydana gəlməsi xarakterikdir. Qızlar tez-tez başağrısından, yorulmadan, əhvalın dəyişməsindən şikayət edir. Menstrual tsikldə pozğunluq olmasına baxmayaraq ikincili cinsi əlamətlər vaxtından əvvəl meydana gəlməyə başlayır. Bu proseslər psixoemosianal vəziyyətə də təsir edir. Bu halların korreksiya olunması məqsədilə ilk öncə çəkinin azalmasından başlamaq lazımdır (dieta, idman, fizioterapiya ). Bəzən isə qaçılmaz olaraq həkimin təyinatı ilə medikamentoz müalicəyə də müraciət etmək lazım gəlir. Cinsi inkişafın ləngiməsi Bu hal yeniyetmənin orqanizmində cinsi hormonlar çatışmadıqda baş verə bilər. Əsasən bu vəziyyət özünü qız uşağı 15-16 yaşına çatdığı zaman ikincili cinsi əlamətlərin geridə qalması və çox gec –gec baş cerən menstruasiyalar müşahidə olunduqda biruzə verir. Bunun əsas səbəbi sinir sistemində problemlər (nevrozlar, güclü stress və s), beyin xəstəlikləri (ensefalitlər, meningitlər, travmalar və s.), fiziki yorğunluqlar və düzgün qidalanmamaq aiddir. Bəzən çəkinin həddindən artıq çox və ya az olması da vəziyyətə təsir edir (distrofiya və ya piylənmə). Bu hallarda endokrinoloqa müraciət etmək və qida rasionuna diqqət yetirmək lazımdır. Hiperandrogeniya Bu qadının qanında kişi cinsi hormonlarının səviyyəsinin artmasıdır. Statistikaya əsasən qadınların 5-% i bundan əziyyət çəkir. Lakin praktikada bu faiz daha yüksəkdir, çünki qadınların bir çoxu bunun səbəbini bilməyərək, problemin fəsadları ilə kosmetoloqun köməyi ilə mübarizə aparmağa çalışırlar. Əgər vaxtlı-vaxtında hiperandrogeniya müalicə olunmazsa sonsuzluq, hamiləliyin başa çatdırılmaması, polikistoz, diabet risqi meydana gələ bilər. Buna görə də hamiləliklə bağlı problem yaşanmamışdan öncə aşağıdakı simptomların olub-olmamasına fikir vermək lazımdır: Qollarda, ayaqlarda, sinədə, kürəkdə, çənə, üz və burunaltı nahiyyədə tüklənmənin sürətlənməsi; Qızlarda menstruasiyanın ləngiməsi; Qeyri-requlyar aybaşı ; Sızanaqların meydana gəlməsi; Səs temberinin aşağı olması. Hiperandrogeniya irsi də ola bilər, bəzi hallarda böyrəküstü vəzi və yumurtalıqların şişi, eləcə də endokrin sistemin digər orqanlarında patoloji proseslər nəticəsində baş verə bilər.
Posted on: Mon, 23 Sep 2013 21:51:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015