Qadın belinin ideal ölçüsünü tapıldı 90-60-90 ölçülər - TopicsExpress



          

Qadın belinin ideal ölçüsünü tapıldı 90-60-90 ölçülər sağlamlığa ziyandır.Qadın belinin ideal ölçüsünü müəyyənləşib. Bunu britaniyalı alimlər tapıblar. Sən demə, ideal hesab edilən 90-60-90 nisbəti sağlamlıq üçün zərərlidir. Burada 60 kimi göstərilən qadın belinin ideal ölçüsü, nə az, nə çox-80-85 santimetrdir. Ekspertlər bildirirlər ki, ən yaxşı halda qadının belinin ölçüsü boyunun uzunluğunun 50 faizindən artıq olmamalıdır. Beldə artıq piyin toplanması sağlamlıq üçün fəsadlar törədən hormonal pozğunluq riskini artırır. Göstəricilərin çox artması isə diabet və ürək-damar xəstəliklərinin inkişafına, böyrək xəstəliklərinə səbəb olur. Nəticədə bu erkən ölümə gətirib çıxarır.
Posted on: Sat, 07 Sep 2013 19:09:21 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015