Qan qrupuna görə arıqla I QAN QRUPU Bu qrupdakı insanların - TopicsExpress



          

Qan qrupuna görə arıqla I QAN QRUPU Bu qrupdakı insanların həzm sistemi zəif çalışır. Tiroid hormonu əmələ gətirən yodun kifayət qədər olmaması da həzm sistemində çətinlik yaradır. Bu problemi aradan qaldırmaq üçün isə bol dəniz məhsulları, yodlu duz, qaraciyər, qırmızı ət və ispanaq qəbul etmək lazımdır. I qan qrupundan olanların mədələrində asit maddəsinin miqdarı çox olduğundan ətin həzmi rahat olur. Asitin miqdarını tarazlaşdırmaq üçün mütəmadi olaraq meyvə və tərəvəzlərin qəbulu məsləhət görülür. Bundan başqa zeytun və digər duru yağların istifadəsində fayda var: ürək-damar sistemini qoruyur, xolestrinin miqdarını azaldır. I qan qrupundan olanlar süd və süd məhsullarından, yumurtadan, taxıl bitkilərindən uzaq olmalıdırlar. Səbəb isə həzm sisteminin zəifliyidir. Taxıl məhsulları isə arıqlama prosesini çətinləşdirir. II QAN QRUPU “Fastfood” yemək növü II qan qrupundan olanlar üçün əsl təhlükədir. Əgər I qan qrupundan olanlar üçün enerji mənbəyi ət sayılırsa, II qan qrupundakı insanlarda məsələ tam fərqlidir. Bəzən onlar ət yedikləri zaman ağırlıq hiss edirlər, enerji itkisinə məruz qalırlar. Süd məhsullarının da qəbulu qadağandır. Çünki süddə doymuş yağ faizi yüksək olduğundan piylənmə və diabet xəstəliyinə bünövrə qoyur. II qan qrupundan olanlar sağlam formada arıqlamaq üçün mümkün qədər az ət yeməlidirlər. Qəbul ediləcək ət isə yağsız olamlı, soyutma şəklində hazırlanmalıdır. Qida menyusunda balıq yeməklərinə, bəzən isə toyuğa üstünlük verilməlidir. Sosiska, kolbasa və qovurmalardan uzaq olmalıdırlar. Sağlamlıq üçün pəhrizdə meyvə və tərəvəzlər ön sıradadır. Kartof, bibər, pomidor və kələmin çox qəbuluna icazə verilmir. Əvəzində kök, boranı və ispanaq qəbul oluna bilər. Sarımsaq II qan qrupundan olanlar üçün çox faydalıdır. III QAN QRUPU Qarğıdalı, buğda, mərcimək, fındıq və susam kimi kilo artıran qidaların qəbul olunması məsləhət görülmür. Çünki onların qəbulu yorğunluq, orqanizmdə su yığılması və qanda şəkərin düşməsinə səbəb olur. Yeməkdən sonar qanda şəkərin düşməsindən şikayət edənlər az-az və tez-tez yeməlidirlər. Tez-tez qida qəbulu zamanı da menyuya diqqət edilməlidir. Mütəxəssislər hesab edir ki, III qan qrupundan olanların orqanizmlərində stress, yorğunluq və qırmızı ət arasında bir əlaqə var. Toyuq ətinin tez-tez qəbul olunması qənaətbəxş hal kimi dəyərləndirilmir. Əvəzedici kimi hinduşka və qırmızı dana ətindən istifadə etmək olar. Dəniz, süd və süd məhsullarından olan qidalar III qan qrupu üçün faydalıdır. Həzm sisteminin düzgün çalışması üçün zeytun yağını mətbəxdən əkshik etməyin. Günəbaxan, qarğıdalı yağı bu qrupdakıların həzm sistemi üçün zərərlidir. Digər qruplara görə bu bu qrupdakılar daha çox tərəvəz növündən faydalana bilərlər. Sadəcə pomidorun, zeytun meyvəsinin qəbulu istisnadır. Göyərtilərin hamısı bu qrup üçün idealdır. IV QAN QRUPU IV qan qrupundansınızsa, qida menyunuza həssas yanaşmalısınız. II və III qrupda ziyanlı olan qidalar bu qrup üçün də eynidir. Amma digər qruplarda menyudan çıxarılan pomidordan IV-lər istifadə edə bilərlər. Kökəlmə problemində IV qrup II və III qrupdak; genləri daşıyır. Məsələn, yediyiniz ət orqanizmdə yağ olaraq toplana bilər. Əgər arıqlamaq istəyirsinizsə ət yeməklərindən uzaq durmalısınız. Dəniz, süd və süd məhsulları, tərəvəzlər arıqlamağınıza kömək olacaq. Toyuq və cücə əti yerinə hinduşka əti yeyə bilərsiniz. Dana ətindən uzaq olmalısınız. Quzu və qoyun ətinin qəbuluna icazə var.
Posted on: Fri, 16 Aug 2013 11:47:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015