Qarşıdan müsəlman dünyasının ən gözəl bayramlarından - TopicsExpress



          

Qarşıdan müsəlman dünyasının ən gözəl bayramlarından biri və birincisi sayılan Ramazan bayramı gəlir. Vəhdət və bərabərlik bayramı sayılan Ramazanda “Xəzər Lənkəran” klubu tərəfindən azarkeşlərimizə kiçik də olsa bayram hədiyyəsi ayrılıb. Belə ki, 2013-2014 mövsümünün II turu çərçivəsində avqustun 11-də keçiriləcək “Xəzər Lənkəran”-“Simurq” oyununa giriş pulsuz olacaq. Klub prezidentimiz Mais Mənsimov cənabları tərəfindən edilən təşəbbüs inanırıq ki, camiəmizə də birlik və vəhdət gətirəcək, komandamızın düşdüyü uğursuz zolaqdan çıxmasında əl-ələ vermək üçün hamımıza əlavə stimul olacaq. mənbə : lankaranfc
Posted on: Fri, 09 Aug 2013 08:07:51 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015