Qarşılıqlı hörmət İnsan böyük şəxsiyyətə məxsusdur - TopicsExpress



          

Qarşılıqlı hörmət İnsan böyük şəxsiyyətə məxsusdur və öz insani kəramətinə bağlıdır. Buna görə də cəmiyyətdə alçalmaq, təhqir olunmaq istəmir. Başqalarının da təhqir olunması ona xoş gəlməməlidir. Ailə kiçik bir cəmiyyətdir və ər-arvad müxtəlif şəraitlərdə bir-birinin hörmətini saxlamalıdırlar. Qarşılıqlı hörmət razılıq və məhəbbət yaradır, ailə mühitinə səmimiyyət bağışlayır. İnsan övladlarının, qohumlarının, qonşularının hüzurunda öz həyat yoldaşı ilə ədəblə davranmalı, acı sözlərdən çəkinməlidir. Adam arasında həyat yoldaşının şəxsiyyəti qorunmalıdır. Həyat yoldaşını cəmiyyət içində yüngül tutmaq onun zehnində silinməz xatirələr qoyur. Qur’an bu barədə qısaca buyurur: «Həyat yoldaşınızla mə’rifətlə dolanın». («Bəqərə» 228). İmam Baqir (ə) buyurmuşdur ki, həyat yoldaşı seçən adam onu əziz tutmalıdır. («Bəhar» cild 100). Digər bir rəvayətdə isə həzrət Peyğəmbər (s) buyurur ki, həyat yoldaşını incidən şəxs həyat sevincini əldən verəcək. Layiqli qızlar üçün kamal və ədəb imtiyaz sayılır.
Posted on: Sat, 28 Sep 2013 19:39:30 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015