Qisqancliq Nedir...? Qisqancliq butun insanlarin yasadigi bir - TopicsExpress



          

Qisqancliq Nedir...? Qisqancliq butun insanlarin yasadigi bir hissdir.Bir cox sebebden qisqancliq ozunu gostere biler meselen evli insanlar,sevgililer,dostlar,refiqeler,baci qardaslar ve s. hetda ideal ailelerde bele qisqancliq ozunu gostere biler.cox qisqancligi sevgidendi deyib deyerlendirmeyelim eslinde cox qisqancliq sevgini sona getirib cixara biler. Ne etmeliyik? her bir seyi qarsiliqli oturub danisin.qisqancligi tek basina hell etmek qeyri mumkundu,qarsinizdaki insanla dialoqdan orta yolu tapmaginiz meslehetdi.bir birinizden cekinmeden butun duygu ve dusuncelerinizi paylasin,neyin sef neyin duz oldugunu aydinlasdirin.davamli qarsinizdaki insandan suphelenib onu izlemeyin,her hereketin her sozun altinda basqa menalar axtarmiyin.elbetde insanlar bir birine sual verme biler amma onu butun gunu suallarinizla yormayin bu insanlari bezdire biler. Eger qisqancliginiza mane ola bilmirsinizse,bu size ve etrafinizdaki insanlara zerer getirirse,ozunuzle hec cure bacara bilmirsinizse bir psikiyatriste getmeyiniz meslehetdi. Qısqanclıq... Bu hiss qəlbə ifrat dərəcədə hakim olduğu zaman həm qəlbə, həm də ətraf mühitə zərər yetirəcək qədər güclü bir hissdir. Onun nəticəsi isə ayrılıq, zorakılıq və ya ölümdur. Bu yaxınlarda Türkiyədə bir kişi coşmuş qısqanclıq hissinin qarşısını ala bilməyərək iki uşağının gözü qarşısında öz xanımını öldürmüşdü. Səbəb isə qadının taksi sürücüsü ilə danışması olub. Nəticədə isə ana soyuq torpağa, ata həbsə, 2 körpə isə gələcəyi bilinməyən, hər cür üzü olan həyatın ağuşunda tək-tənha buraxıldı. İnsana zahiri cəhətdən o qədər də ciddi təsir bağışlamayan qısqanclıq hissi belə cinayətlərə yol açdıqdan sonra onun nə qədər təhlükəli olduğunu dərk etmək mümkündür.Bəs bu hissin yaranmasına səbəb olan amillər hansılardır? İslam dini bu hissə necə yanaşır?Bu sahənin əhli, yəni psixoloqlar qısqanclığı yaradan səbəblərdən, birinci olaraq, hər iki cinsin özünə inamsızlığını göstərirlər. Tərəflərdən biri özünün naqis olduğunu gördüyü zaman artıq sevgi duyduğu insanı itirmək təlaşı keçirir. İnsan sevgi bəslədiyi insanı öz gözündə ideallaşdırır, onu öz gözündə ucaldaraq çatışmayan cəhətini görmür. Bu zaman o sevdiyi birinin başqa birinə diqqətini yönələcəyindən qorxaraq qısqanmağa başlayır.Qarşı tərəfin başqa bir insanı bəyənməsi, onun keyfiyyətini xüsusi qeyd etməsi qarşı cinsdə qısqanclığa səbəb olan amillərdəndir.Üçüncü səbəb isə həyat yoldaşlarının bir-birlərinə olan inamsızlığıdır Bu daha çox öz həyat yoldaşına xəyanət edən kişilərə aiddir. Özü xəyanət etdiyi üçün qarşı cinsin də xəyanət edəcəyi düşüncəsinə qapılır. Hər şeydən məna axtarır, mübahisə edir, dalaşır. Yolda gedərkən belə gizli izləyir. Ətrafdakı kişilərə və ya qadınlara baxıb- baxmadığına nəzarət edir.Həyat yoldaşlarının bir-birlərilə oynadıqları qısqanclıq oyunlarının nəticəsində də bu hiss formalaşır. Sevdiyi insanın onun sevib-sevmədiyini aydınlaşdırmaq üçün qarşı tərəfi qısqandırmağa başlayır. Yəni qarşı tərəfi qısqandırmaq üçün bir çox variantlara əl atır. Bu cür qısqanclıq metodları evliliyə dayaq rolu oynasa da, zərərləri də ola bilər. Belə ki, qısqanclıq oyunu oynyan insan bunu son dərəcə məharətlə oynamalıdır. Əks halda istənilməyən nəticəyə səbəb ola bilər.İslam dini qısqanclıq hissinə necə baxır? Ümumiyyətlə, hər bir hiss kimi Allah tərəfindən fitrətimizə qoyulan bu hiss də normal həddə olarsa, İslam dini onu məqbul hesab edir. Öz dərəcəsində olan qısqanclıq normal sevginin göstəricisidir. Yəni sevən insan sevdiyini qısqanar. Hətta normal qısqanclıq evliliyi qoruyan bir hissdir. Anormal qısqanclıq isə evililiyi möhkəmlətməz, əksinə o, evliliyin tez bir zamanda dağılmasına səbəb olar. Məhz İslam da birinci tip qısqanclığı bəyənir və onu məqbul sayır. Qısqanclıq olmayan ailələrdə ailə bağları zəif olur. Hətta bir çox xanımlar:“Həyat yoldaşım məni normal həddə qısqanmasa, çox pis olaram, halbuki onun məni qısqanması, onun məni cazibədar etməsi və mənə qarşı sevgi duyması mənasını ifadə edir”. Anormal qısqanclıq isə ərin, evin hər tərəfini bağlaması, qadının bir yerə çıxmasına icazə verməməsi, getdiyi yerləri telefonla dəqiqəbədəqiqə izləməsi və s. anormal qısqanclıqdır və İslam dini bu tərz qısqanclığı qətiyyən bəyənmir. Ancaq çox təəssüflə qeyd etməliyik ki, bugünki dindarlar arasında bu cür qısqanclıq dəb halını alıb və onlar öz xanımlarını bu şəkildə qısqanırlar. Möminə xanımla münasibətə girən dindar oğlan dərhal xanımını işdən çıxardır, xanımın mobil telefonu varsa, nömrəsini dəyişdirir və rəfiqələrinə verməsini qadağan edir, hətta ev telefonu ilə danışmağa icazə vermir, dini təbliğ edirsə, xanımı dindən uzaqlaşdırır. Bütün bunları isə Allaha xatir etdiyini düşünür . Dillərindən “Allaha xatir” kəlməsi isə düşmür. Bəs sizcə Allaha xatir bir-birini sevən mömin öz xanımını evə qapayar, din dərslərindən məhrum edirər, dini tədris edirsə, müəlliməlikdən uzaqlaşdırır? Cavabını özünüz verin? Əslində isə etdikləri bu hərəkəti, tutduqları bu əməli İslam dini bəyənmir, əksinə bu kimi davranışları anormallıq, xəstəlik hesab edir. Bizim möminlər isə bunu İslam dininin bəyəndiyini düşünürlər. Buna sübut olaraq, bir neçə müəllimələr tanıyıram ki, İslam dinin tədris etmək üçün ailə həyatı qurmur və ya dini azad bir şəkildə təbliğ etməsinə icazə verən bir mömin arayışındadır. Amma təbii ki, istisnalar da var. Sevinirik ki, günümüzdə öz həyat yoldaşı ilə çiyin-çiyinə gecəsini gündüzünə qatan, İslamın mövcud problemlərinin fikri ilə gecələri yatmayan, gündüzləri çabalayan sayları barmaqla sayılacaq qədər az olmasına baxmayaraq, Peyğəmbərin və Quranın bizlərə nümunə çəkdiyi Məryəmi, Asyanı, Həcəri,Fatiməni, Zeynəbi öz həyatlarında az da olsa, canlandırmağa çalışan mücahid xanımlarımız var.Bir sözlə, əgər bilmək istəyirsinizsə, İslam dinində nə ifrata, nə də təfritə yer var. Yəni İslam dini orta yolu bizlərə tövsiyə edir. İslam dini çərçivəsində qısqanmaq istəyənə biz :” Qısqan, ancaq həddi aşma. Allah həddi aşanları sevməz.” Mömin qadının nə evə məhkum et, nə də onun azad quş kimi budaqdan-budağa qonmasına icazə ver. Orta yolu tut” deyirik.İnsanın daxilində qısqanclıq kimi mövcud olan bir çox hisslər də var ki, onların ipi boş buraxıldığı zaman nə kimi fəsadlara yol açdığı gizli deyildir. İslam dini bu kimi cinayətlərə səbəb olan bu kimi hisslərin yeri gəldikdə cilovlanılmasını, ipinin çəkilməsini məsləhət görür. Dinimiz hər şeydən əvvəl bu hisslərin ağılın idarəçiliyinə buraxılmasını əmr edir. Bu həm İslamı yaşayan insanlara həm də yaşamayan insanlar üçün izlənilməsi vacib olan bir yoldur. Bizdən demək, sizdən eşitmək. Qısqanclıq ən saf və təmiz hisslərin qənimidir. Bu sözləri hələ bizim eramızın 30-cu illərində dahi Ovidiy dilə gətirib.Lakin tarixin bütün dövrlərində, adi insanlardan tutmuş dahilərə qədər məhəbbətin acı zəhəri - qısqanclıq haqqında düşüncələr söyləyənlər olub. Məsələn, Aleksandr Düma -ata hesab edir di ki, yalnız qısqanclıq məhəbbətin gücünü əks etdirən göstəricidir. Andre Morua əmin idi ki, qısqanclıq insanları bir- birinə bağlayır, Filosof Jordano Bruno isə qısqanclığı məhəbbəti məhv edən bir qüvvə kimi gələmə verirdi. Bəs qısqanclıq nədir? Biz bu qüsuru özümüzdə aşkar etdikdə nə etməliyik? Qısqanclıq həddini aşanda, yəni patologiya halını alanda, bu hissi artıq Piza universitetində öyrənməyə başlayırlar. Universitetin dosenti Kyar Simonelli deyir:”Qısqanclığın yaş həddi, cins fərqi olmur.Bu hiss insanda sevdiyi insanı itirmək təhlükəsi qarşısında yaranır. Qısqanclıq bu və ya digər insanın fərqli xüsusiyyətlərinə yönəlmiş paxıllıq hisslərindən fərqlənir”. Nəsihətimiz isə belə olacaq: qısqanclıq, əlbəttə ki, əsl məhəbbətin göstəricisidir. Lakin qısqanclıq həmçinin eqoizmin də bariz göstəricisidir. Sevgilimizi qısqanmaq da olar, onun üçün darıxmaq da – insanı qul etmək mümkün deyil. Tarix göstərir ki, zor, güc həmişə faciə ilə bitir. Belə ki, sevin, qısqanın, küsüb-barışın, lakin yaxşı olar kı, hisslərini nəzarətdə xaslayasınız, ani düşüncələrə uymayasınız, qısqanclığın gözü, deyirlər, kor olur. Qəlbinizdə birdən, səbəbsiz yaranmış qısqanclıq hissini isə açıq və saf hisslərlə üstələyin Nəticəsi – sevgi ilə dolu həyat olacaq. Qısqanclıq bu və ya digər formada hər kəsə məlum hissdir. Psixoloqlar bu haqda kitablar yazır, yazıçı və şairlər əsərlərində bu hissi təsvir edir. Bütün bunlara baxmayaraq qısqanclıq sevgi kimi hələ də qatı açılmamış sirrlərlə doludur. Onun dağıdıcı nəticələri isə çoxuna məlumdur. Bəzi tədqiqatların nəticələrinə əsasən qisqanc insanlar 10-15 il daha az yaşayır. Adətən onlar hipertoniya, ürək- damar xəstəliklərindən əziyyət çəkir və təxminən 60-65 yaşında vəfat edirlər. İstisnalar isə azdır. Qısqanclığın həddi müxtəlifdir. Belə ki, sivil ölkələrdə yaşayan insanlarda qısqancların sayı çoxdur. İnkişaf etməmiş ölkələrdə isə seksual inama əhəmiyyət vermirlər. Qadınlar kişilərə nisbətən daha qısqanc olurlar. Kişilərdə bu hiss ağır və qətidir. Lakin onlar iki dəfə artıq xəyanət edirlər. Sosioloqların araşdırmalarına əsasən hər 5-ci ailə qısqanclığa görə dağılır. Qısqanclıqdan boğaza yığılan partnyor (adətən qadın) həlledici dava taparaq ailəni tərk edir, hətta əsl səbəb olan qısqanclıq arxa planda qalır. Qısqanclıq çoxlu sayda zorakılıq, hətta ölüm hadisələri törədir. Minlərlə insan qısqanclıqdan əziyyət çəkir. Müasir ?Otello?lar isə tam normal və sağlam insanlardır. Uzun illər hesab olunurdu ki, seksual inamsızlıqdan törədilən ölüm hadisələrini alkoqol və ya xəstə insanlar edir. Son araşdırmalar göstərdi ki, qısqanclığa görə cinayət törədənlərin yalnız 25 %-i alkoqol və ya psixoloji xəstələrdir. Bütün bədbəxtliklərə görə qısqanclığı günahlandırmaq lazım deyil. Məhz o, hisslərə kəskinlik, cazibə bəxş edir, həmçinin sevgini sönməyə qoymur. Əgər belədirsə, qısqanclıqla mübarizə aparmağa dəyərmi? Qısqanclıq uşaqlıqda yaranır. Əsəs səbəbi də uşaqlıq illərində axtarmaq lazımdır. Ailəyə ikinci uşağın gəlməsilə qısqanclıq hisslərinin ilkin əlamətləi hiss olunmağa başlayır. Əgər ilk uşaq valideyn qayğısının olmamasını hiss etsə qısqanclıq daha da güclənir. Daha sonralar isə bu hiss tək seksual partnyora yönəlməyəcək. Əgər valideynlər ayrılsa, körpə qorxacaq ki, anası onu atası kimi tək qoyub gedəcək. Məhz buna görə də uşaqlar əksər hallada analarını başqa kişilərə qısqanır və düşünülər ki, həmin kişi analarını onların əlindən alacaq. Bu cür psixologiyalı uşaqlara ikiqat diqqət və qayğı tələb olunur. Ümumiyyətlə körpəlikdə az qayğı görən, nadir hallarda qucağa götürülən uşaqlarda qorxu hissi olur - yaxınlarını itirmək qorxusu. Adətən özlərinə qiymət verməyən insanlar da sevdiyini itirməkdən qorxur və güclü qısqanclıq hisslərinə sahib olur. Bununla bahəm bütün münasibətlərdə özünə əmin olan qisqanc insanlar da az deyil. Qısqanclığı gücləndirən faktorlar da var. Kişilərdə bu ilk növbədə alkoqolizm, reproduktiv sistemlə bağlı problemlərdir. Qadınlarda isə seksual cəhətdən təmin olunmamaq, övladsızlıq, hamiləlik və ginekoloji problemlərlə əlaqədardır. Patoloji qısqanclar ruhi xəstələr də ola bilər. Belə bir fikir var ki, patoloji qısqanclıq ? baş verənlərə və ya təsəvvür olunanlara həddini aşmış reaksiya deyil, emosional ehtirasa çətin adaptasiya ilə bağlıdır. Bəzi nəticələrə əsaən isə 15-20% insanlarda qısqanclığın patoloji forması psixoz simptomları ilə oxşardır. Lakin elə insanlar var ki, onlar qəti şəkildə qısqanmırlar (onlar 3-5%- dir). Bu da digər həddir. Səbəb isə - emosional soyuqluğun həddindən çox olmasıdır. Laqeydlərin əksəriyyətini kişilər təşkil edir. Dahilərdən biri deyib ki, ?qadınlar nadir hallarda qısqanclığı bağışlayır, onun olmamasını isə heç vaxt bağışlamır?. Qısqanclıq münasibətlərə istilik bəxş edə bildiyi qədər gərəklidir. Hətta az həyat təcrübəsi olan qadınlar da bilir ki, qısqanmayan kişini əldə saxlamaq çətindir. Əgər kişiyə qısqanmaq üçün şərait yaratmasan o elə zənn edəcək ki, başqa kişilər onun qadınına diqqət yetirmir. Bununla bərabər o inanmalıdır ki, onun qadını seviləndir, arzuolunandır, lakin tək ona qismət olub, çünki o hamıdan yaxşıdır. Qeyd edək ki, kişi təbiətən qısqanc olmadıqda bu üsul keçərlidir. Bəzi kişilərlə vəziyyət çətindir. Şüşədən qısqanclıq cinini buraxacaqsınız və onu geri qaytarmaq çox çətin olacaq. Yüngül qısqandırma siyasəti əsl cəhənnəmə çevriləcək. Bu cür insanlara fərqli yanaşma tərzi mövcuddur. Məsələn: cavab olaraq qısqanmağa başlamaq, hətta onu özündən bir neçə dəfə artıq qısqanmaq. Məsləhət görmədiyimiz isə qısqanclığı içinizdə boğmaqdır. İnsan sevdiyi zaman qısqanır. Bu təbii haldır. Sahib olma hissi isə buna aid deyil. Mənim arvadımdır, fincanımdır, mebelimdir və s. Bu fərqli hissdir. İstənilən halda yadda saxlayın ki, qısqanclıq hissi münasibətlərə istilik bəxş etdiyi səviyyədə gözəldir. Həyatınıza zəhər qatırsa bu artıq Lüğətdə “Qısqanclıq – sevdiyin insanın öz sevgisində sadiq olub – olmaması barədə əzab verici şübhə dolu fikirlər” mənasında izah olunub. “ Sevgi, məhəbbət odludur, öz istisi ilə soyuq qəlbləri isidir, amma qısqanlıq sevgidən də alovludur, onun çoxluğu qəlbi yandırıb, külə döndərir”. Bax , beləcə, Şərq müdrikləri dərin fikirlərlə qısqanclığın tərifini vermişlər. Qısqanclığın ilk əlamətləri “Hara gedirsən?”, “Anangilə gedirsən, bele niyə bəzənmisən?”, “Nə çox kasmetika çəkmisən?”, “Nə gec qayıtdın?”, “Filan yerə gedəcəyini niyə mənə deməmisən?” kimi suallar az qala gündəlik ifadələrə çevrilir. Qısqanclıq kişi sağlamlığına zərərdir. Kişinin qısqanclıq şübhəsinə düşərkən keçirdiyi stres yaxın adamınn ölüm xəbərini eşidən zaman keçirilən adamın stresinə bərabərdir. Qısqanclıq anında kişilərin qanına hormonal qarışıq atılır. Bu “zərərli hormon kokteylinin” tərkibində qanı əzələlərə güclü axınla qovan vazopressin hormonu, eləcə də ağrını mühasirəyə alan endorfin, adrenalin olur. Bu hormonların təsirindən kişilər döş qəfəsinin sıxılmasını, “ürəyin donmasını”, bütün əzələ və damarların gərilməsini, qurumasını hiss edirlər. Orqanizmdə şok effekti yaranır ki, nəticədə bədən şok əleyhinə mexanizmi avtomatik işə salıb tamam fərqli hormonlar ifraz etməyə başlayır. Bu halla kişilər nə qədər tez – tez rastlaşsalar, onların immun sistemi bir o qədər zəifləyir, cinsi problemlər baş qaldırır və daxili orqanlar sıradan çıxır. Hətta qısqanc kişilərdə özündən asılı olmayan piylənmə başlayır. Xroniki həyəcan, stres kişini qısa müddət ərzində “kişilikdən” salır. Beləcə ailədə baş verən mənasız qısqanclıq davasından qadın psixoz və nevroz, kişi isə “impotent” kimi çıxır. Qısqanclıq Hissi İnsanın Boyundan Aslıdır. İspan və holland alimləri birgə apardıqları elmi tədqiqatlar əsasında bu nəticəyə gəliblər ki, boy nə qədər hündürdüsə, insanda qısqanclıq hissi bir o qədər az olur. İspaniya və Hollandiyada 549 sakin arasında aparılan sorğu nəticəsində aydın olub ki, kişilər ilk növbədə daha cazibədar, daha zəngin və fiziki cəhətdən daha güclü olan rəqiblərini qısqanırlar. Ancaq kişinin boyu nə qədər hündür olarsa bu cür şeylər onu daha az narahat edir və xüsusilə o, özünü qadınlarla daha rahat hiss edir. Zərif cinsin nümayəndələrinin də duyğuları onların boylarından asılıdır. Belə ki, ortaboylu xanımlar digərlərinə nisbətən daha qısqanc olurlar. Bununla yanaşı, ortaboylu xanımlar daha tez artan və sağlam olurlar və kişilər arasında xüsusi populyarlığa malikdirlər. Hündürboy xanımlar isə kişilər kimi daha az qısqanc olurlar və öz alçaqboylu rəqiblərinə “yuxarıdan aşağı” baxırlar. Mütəxəsislərin rəyinə görə hündürboy xanımlar cəmiyyətdə hakim mövqe tuturlar və alçaqboylu xanımlara nisbətən öz mövqelərini müdafiə etməyi bacarırlar. Əvvəllər isə britaniyalı alimlər müəyyən etmişdilər ki, bir qayda olaraq hündürboy insanlar daha çox gəlir əldə edirlər və yüksək intellektləri ilə seçilirlər. Ağsaqqal
Posted on: Wed, 21 Aug 2013 14:42:17 +0000

Recently Viewed Topics




© 2015