Qorxmaz Əlili Rüstəm Behrudiyə cavab verdi “Bakıdan xoşun - TopicsExpress



          

Qorxmaz Əlili Rüstəm Behrudiyə cavab verdi “Bakıdan xoşun gəlmir, çıx get bu şəhərdən” Şair Rüstəm Behrudinin dərc olunan “Hamıya qalib gəlib özünü satan Bakı” başlıqlı publisistik yazısı bir neçə şəxsin etirazına səbəb olub. Etiraz edənlərdən biri də tanınmış aktyor, əslən Maştağa kəndindən olan Qorxmaz Əlilidir. Q.Əlili redaksiyamızla əlaqə saxlayaraq R.Behrudinin şeirində yer alan fikirlərə dair müsahibə vermək istəyini bildirdi. Aktyorla görüşüb suallarımızı verdik. - Behrudinin şeirində sizi narazı salan nədir? - Mən yazıdan xəbərsiz idim. Bakı kəndlərindən, hacı, kərbəlayilərdən, ziyalı adamlardan zənglər gəldi. Xahiş etdilər ki, ona cavab verim. Ona görə qəzetinizlə əlaqə saxladım. Bakını təhqir edib, şəhərdə yaşayanları aşağılayıb. Yazır ki, “Bu şəhərdə kimsə yox, yoxdu, nöqtə və nida...” Necə yəni bu şəhərdə kimsə yoxdur? Şəhər boş ola bilməz. Sözaltı məna olmalıdır. Nəyə işarə etmək istəyir bu adam? Demək istəyir ki, şəhər heyvanatdır? Sonra yazır ki, Bakını məkrli qadın kimi sevmişəm. Birincisi, Bakı sözü olmayıb. Maştağa, Çənbərəkənd olub. “Bayır şəhər” deyilən söz əmələ gəlib. Dağlılar, novxanılılar, maştağalılar məhəlləsi əmələ gəlib. Bu, 1800-cü illəri əhatə edir. Şamaxıda zəlzələdən sonra Bakıya axın olub. Ancaq indiki qədər artım olmayıb. Hər yerdən axışıb gəlirlər, bir tərəfdən də müharibədən sonra məcburi köçkünlər Bakıda yerləşdi. İndi durub şəhəri məkrli qadına bənzədir. Niyə öz kəndini məkrli qadın kimi sevmir? Getsin öz doğulduğu kənd haqda elə yazsın da. Kim öz kəndini, şəhərini məkrli qadın sayar? Üstəgəl, özün ayrı şəhərdən olasan və başqa şəhər haqda belə yazasan. Mən Ağdam, Şuşa, Gəncə və yaxud Lənkəran haqda məkrli qadın yazsam, xoşlarına gələrmi? Deyir, şəhərdəki adamlar yox, şəhər haqda danışıram da. Onda yaz ki, binalar xoşuma gəlmir, divarları belədir, küçələri elədir. Bakı deyəndə onun içində insanlar gedir. - Bu, şairin üslubu ola bilməzmi? - Guya ədəbi priyom istifadə edib. Bu priyomu get öz şəhərində istifadə et. Məcaz, bənzətmə istəyir, gəlsin Maştağada şairlər ona öyrədər. Bizim böyük alimlərimiz var ki, ona məcazı necə yazmaq lazımdır, başa salarlar. Bir Füzulini oxusun, Seyid Əzimi öyrənsin. Görsün bənzətməni necə yazıb yaradıblar. Bir vaxtlar Allahı “Canan” deyə adlandırırdılar. Sovet hökuməti bunu başa düşməsin deyə Allaha “yar”, “canan” deyə xitab edirdilər. Çoxları elə bilirdi, bu sözlər sevgiliyə deyilib. Yəni yazmağın üslubu var. Bu isə yazır ki, Bakıya fahişə qadına aşiq olduğum kimi aşiq olmuşam. Hansı azərbaycanlı öz şəhərinə, kəndinə fahişə qadına aşiq kimi aşiq olar? Bakıda bəylər, xanlar olub. Bu şəhərdə Sisyanovun başını kəsiblər. Abbasqulu bəy Bakıxanovun “Gülüstan-İrəm” xatirələrində Sisyanovun başının kəsilməsini oxuya bilərsiniz. Bu şəhərdə müştehidlər, ziyalılar yaşayıb. Onlar şəhər məzarlıqlarında uyuyurlar. İndi sən necə şəhəri fahişəyə oxşada bilərsən? Ermənilər də aləmə car çəksin ki, Bakı fahişələr şəhəridir. Deməli, Rüstəmin gözündə Bakı fahişə simvolunda görünür. - Amma meqapolislərə həmişə belə şeirlər, sözlər yazılıb. Məsələn, “kahbe İstanbul” yazılıb... - Amma bu adam ardınca yazır ki, Bakı - fahişələr fahişəsi. Guya sevdiyindən yazır. Əgər belədirsə, sevdiyindən öz kəndin, şəhərin haqqında bu sözləri yaz da. Kəndin yaxşısı, pisi olmur. İnsanın əclafı və yaxşısı olur. Xəritədə qartalın gözüdür Bakı. Bu adam isə Azərbaycanın gözünü fahişəyə bənzədir. Deyir, 30 ildə cəmi iki bakılı tanıyıram. O, Ziya Bünyadovun üzünə “duxu” çatardı bu şəhər haqda belə deməyə? Sonra rəssam Salvador Dalinin əsərində həyasız qadın obrazına Bakını bənzədir. Məqsəd nədir bunları deməkdə? Yazır ki, Bakı küçələrinin sağı-solu fahişələrlə doludur. Biz hamımız səhər işə gedirik, yaxınlarımız, dost-tanışlarımız şəhərin sağ-solundan keçir. Demək, sağ-sol fahişəylə doludur. Gözünə bir təmiz qadın görünmədi. Bu dərəcədə təhqir etmək olmaz. Bakının küçələrində gəzən qadınlara əxlaqsız kimi baxırsan. Bir təmiz qadın gözünə görünmədi? İçərişəhərdə bir gün oğlanla qız öpüşür. Kişi evinin pəncərəsini açıb deyir ki, gedin burdan, evimin yanında belə işlər görməyin. Oğlan qayıdır ki, hə, nə olsun, səsimiz gəlmir. 80 il əvvəl bu söz deyilsəydi onu bıçaqlayardılar. Amma bu gün iki gəncə görə İçərişəhərə əxlaqsız demək olmaz. Ya da şeirin bir bəndində qeyd edir ki, Şuşaya gedən yolları can verən namərd Bakı. Bakı niyə namərd oldu? Yaza bilmirsən günahkar kimdir, rayonları kim verib, ay hakimiyyət, ay filankəs sən eləmisən, amma günahı Bakıda görür, namərd yazır. Cəsarəti çatmır ki, desin Bakını sən belə eləmisən. Eşşəyə gücü çatmır, palanı döyəcləyir. Üzünə de ki, filankəs, şəhəri sən belə etmisən. Məsələn, Berlini söymürlər, Hitleri söyürlər. Bakının yerində Gəncə də olsaydı Gəncə haqda belə yazacaqdı? O vaxtı hələ bir demişdi Bakıda nə ziyalı olub ki? Bu təhqirdir. Gərək tərəzi qoyub ölçək görsünlər nə qədər bakılı ziyalımız var. - Bəlkə inciyib bu şəhərdən? - İndi Təbrizdə qarşıma pis adam çıxırsa, namərd Təbriz deməliyəm? Yazır ki, “Torqovı”da namusun, arın atıb Bakı. Bakı adam deyil namusunu atsın. Namusunu insan atar. Bakı binamus ola bilməz. Guya üzr istəyib. Deyir ədəbi priyom işlədib. Deməli, öz fikrində qalır hələ də. Onu Allaha tapşırıram. Adamları qəzəbləndirib, Allah özü onun cəzasını versin. İndi yadına düşüb ki, Bakı pisdir? Xoşun gəlmir, çıx get də şəhərdən. Rəsulzadəni necə sevirsən ki, onun doğulduğu şəhərə belə sözlər yazırsan? Gəmidə oturub gəmini bəyənmirlər. Üzrxahlığında bildirir ki, məni düzgün anlamayıblar. Anlamaz özüdür. O anlamır nə danışır. Bir gün şah Molla Nəsrəddinə deyir ki, elə üzr istə pis çıxsın. Molla şahdan bir çimdik götürür. Deyir bağışla, elə bildim arvadındır. Onun üzrü də buna oxşayır. Bizə minnətli üzr lazım deyil. Guya anlaşılmazlıq olub. Biz qanmazıq? Bunu guya başa düşməmişik. Biz yaxşı başa düşdük. Sən yaza bilmirsən. Aktyorla tində duran eyni sözü işlədirsə, fərqimiz nədir? Şair belə söz işlətməz. Sadəcə, bilməyərəkdən, anlamayıb nə yazıb. - Bəs eyni dərəcədə şəhəri bu günə qoyanlara, bakılıların evlərini söküb mərkəzdən çıxaranlara, tarixi abidələri dağıdanlara niyə etiraz etmirsiniz? - Bilirsiz, paytaxtın inkişaf illəri olur. Bakı lap əvvəlki filmlərə baxanda görürsən ki, şəhər tozanaqdır. XIX əsrə qədər əla idi. Sonra işıq, qatar, tramvay gəldi şəhər dəyişdi. İndi kimin evini sökürlərsə dövlət ona yenisini verir. Bir-iki tarixi abidə sökülüb. Bunun da ölkə başçısına aidiyyəti yoxdur. Prezident bir-bir göstərməli deyil ki, filan binanı sökməyin saxlayın, o, tarixi əhəmiyyətlidir. Buna görə bürokratlar məsuliyyət daşıyır. Vallah, elə evlər var adam utanır. Onlar sökülməlidir ki, yenisi tikilsin. Heç kimi döymürlər, zorla evindən çıxarmırlar. Dövlət bir kənarda da olsa vətəndaşı evlə təmin edir. Ona görə deyirəm ki, Rüstəm günahı şəhərdə axtarmamalıdır. - Amma vətəndaş evindən zorla çıxarılır, “Qış parkı”, ən sonuncu “Xutor”dakı söküntülər... - Mən bilmirəm, görməmişəm. Bunlardan xəbərsizəm. Siyasətdən uzaq adamam. Mən “incəsənət partiyası”nın üzvüyəm. Hamımız bu partiyanın üzvüyük. Amma yenə deyirəm ki, Bakıda elə köhnə evlər var onlar sökülməlidir. Dövlət də əvəzində vətəndaşa pul verir. Rüstəm isə günahı üzünə deyə bilmədiyi adamlarda yox, şəhərdə axtarır, təhqir edir. Əgər “mən səhv etmişəm, üzr istəyirəm” deməsə məhkəməyə qədər dartışacağıq. Necə ki, Əkrəm Əylislinin yazdığı kitaba görə onun cavabını verdik, eləcə də bu. - Siz bakılıların təhqir olunduğunu deyirsiz. Amma telekanallarda, “Bu şəhərdə”nin konsertində, KVN-də bölgə qadınlarının geyimi, əyalət adamlarının ləhcəsi ələ salınır. Buna niyə etiraz etmirsiniz? - Sizinlə tamamilə razıyam. Hər aktyor özünə cavabdehdir. İndi “Aramızda qalsın”, “Qayınana” kimi şit, kənd klubu səviyyəsində seriallarda dediyiniz məqamlar var. Vaxtilə mən də bölgələrin ləhcələrində lətifə danışırdım. Amma region insanını hazırcavab biri kimi təqdim edirdim, onu gic yerinə qoymurdum. Məsələn, “Həm ziyarət, həm ticarət” filmində Şəki ləhcəsini elə yumşaldıblar, şirin ediblər heç kimin xətrinə dəyməsin. Amma indikilər şitini çıxarıb. Vaxt olub Lənkəran, Qusar toylarında şəhər haqda sözə görə adam döyüblər. Rüstəm Behrudi isə şəhəri fahişəyə bənzədir.
Posted on: Sat, 03 Aug 2013 08:11:09 +0000

Trending Topics



And the Dothan leadership continues to aid the Chinese
Please reAD EVERYBODY VERY IMPORTANT STUFF.... since last year ive
>
Get Adidas superstar 2 Sneaker (toddler & Little Kid) Blast Pink/

Recently Viewed Topics




© 2015