Qundaq ilə ərşə zinətdir Hüseyn, həşridə - TopicsExpress



          

Qundaq ilə ərşə zinətdir Hüseyn, həşridə babi-şəfaətdir Hüseyn! Sərvəri-azad mərdani-cahan milləti dünyaya izzətdir Hüseyn! Qəlbidə gizli məhəbbətdir Hüseyn, xəlqə misbahi-hidayətdir Hüseyn! Mayəyi-ənduh və möhnətdir Hüseyn, sayeye-lütf və inayətdir Hüseyn! Payəyi-ədl və şəfaətdir Hüseyn, hər əməldə şərti-sihhətdir Hüseyn! Rəmzi-rəhmət, ruhi taətdir Hüseyn, bəhri-cud, əbri səxavətdir Hüseyn Şahi-iqlim səadətdir Hüseyn, mahi-əflak fütüvvətdir Hüseyn! Meyvəyi-nəxli nübüvvətdir Hüseyn, şirəyi-bustani-ismətdir Hüseyn! Buyi-ətri-bağı-cənnətdir Hüseyn, cuyi- nəhri-şəhri qüdrətdir Hüseyn! Mərdi-meydani-şücaətdir Hüseyn, fərdi divani fəsahətdir Hüseyn! Şeri-pur şuri-lətafətdir Hüseyn, nəsri mənsuri-bəlağətdir Hüseyn! Tərhi-bəzmi-arayi-möhnətdir Hüseyn, şərhi-ənduh və müsibətdir Hüseyn! Mehri-rəxşani-vilayətdir Hüseyn, çehryi-zibayi-imamətdir Hüseyn! Şafei-ruzi-qiyamətdir Hüseyn, dafii-üsyani-ümmətdir Hüseyn! Ruzi-məhşər Allah əmri ilə yəqin, mayei-əfvo-şəfaətdir Hüseyn!
Posted on: Sat, 09 Nov 2013 17:51:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015