Quran Kerimde qadağan olunmuş təamlar hansılardır? O (Allah) - TopicsExpress



          

Quran Kerimde qadağan olunmuş təamlar hansılardır? O (Allah) sizə ölmüş heyvanı, axar qanı, donuz ətini və Allahdan başqasının adı ilə (kəsiləni) qəti haram etmişdir. Lakin naəlac qaldıqda zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir! (Bəqərə surəsi, 173-cü ayə) Ayədə gördüyümüz kimi Allah ölmüş heyvanı, axar qanı, donuz ətini və Allahdan başqasının adına kəsilmişi qadağan edir. Növbəti ayəyə baxaq: Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən kəsilmiş heyvanı haram buyurmuşdur. Başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardam yeməyə məcbur olan şəxsə (günah gəlməz). Çünki Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 115-ci ayə) Allah ayədə “ancaq” kəliməsini qeyd etməklə qida ilə bağlı haramın yalnız yuxarıda sadalananlar olmasını açıqlayır. Allah bunu Quranda aydın bir şəkildə açıqladığı halda yəqin ki, bizimlə razılaşmayanlar olacaq. Məzhəblər Qurandan kənar kitablarını hakim tutaraq bizim fikirlərə əks gedəcək. Həqiqətdə isə bizim yazdıqlarımıza əks olmaq Allahın yuxarıda qeyd etdiyimiz ayələrinə qarşı əks getmək sayılacaq. Adətən məzhəblərə bu ayələri dəlil kimi təqdim etdikdə, “nə demək istəyirsən it, eşşək, ilan, qurbağa halaldır?” kimi suallar verirlər. Bu məqaləni oxuduqda bu cür düşünən şəxslər yenə də olacaq. Hər millətin öz mətbəxi var. Bizim ilan, qurbağa və s. bu kimi qidaları xoşlamamağımız onların haram olmasına dəlil ola bilməz. Quran tək ərəblərə yox bütün bəşər üçün göndərilib və Allah yuxarıda sadaladığı təamlardan başqa hər hansı bir şəxsin yediklərinin arasında haramlar olmadığını vurğulayır. Baxaq ayəyə: De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm… (Ənam surəsi, 145-ci ayə) Ümüd edirəm ki, bu ayədən sonra məzhəblər düşünəcək və kənar mənbələrin səhv olduğuna şahid olaraq Allahın kitabına sarılacaqlar. Əgər yenə də əks dursalar, Allahdan daha yaxşı bildiklərini iddia etmiş olarlar. Peyğəmbərin bundan kənar haramlar dediklərini iddia edən şəxslər varsa, onlar bilsinlər ki, peyğəmbər Qurandan kənar dini əmr verməzdi. Baxaq ayəyə: O halda onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin bir qismindən səni tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə...(Maidə surəsi, 49) Əlbəttə ki, peyğəmbər Allahın ayəsinə zidd yaşamazdı. Biz də Qurana əks getməyək. Əks halda Qurana zidd mənbələri hakim tutaraq, Allaha şərik qoşaraq yaşayacayıq. Məzhəblər də özlərindən əvvəlkilər kimi aldandılar. Allaha ibadət etmək tək Qurana tabe olmaqla mümkündur. İnsanın Quranın yanına əlavə hökm qoyub yaşaması Allahın hökmünün yanına əlavə hökm qoymaqdır. Bu isə şərik qoşma sayılır. Baxaq ayəyə: Yoxsa Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni edən şərikləri vardır. Əgər qəti söz olmasaydı, aralarında hökm artıq icra edilmiş olardı. Şübhəsiz ki, zalımları şiddətli bir əzab gözləyir! (Şura surəsi, 21-ci ayə) Şər qüvvənin də əsas məqsədi insanın Allaha şərik qoşmasıdır. Bu məqsədlə şeytan dinə daim qarma–qarışıqlıq salıb. Qurandan əvvəl də insanlar bu cür aldanıb, özlərindən yeni halal-haramlar uydurublar. Allah bizlərə bu halı ayələri ilə xəbər verir. Baxaq ayələrə: Öz iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır”,- dedilər. Elə heyvanlar da vardır ki, Allahın adını çəkməzlər. Bütün bunları Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə onların cəzalarını verəcəkdir. (Ənam surəsi, 138-ci ayə) Həmçinin: “Bu heyvanların qarınlarındakı balalar yalnız kişilərə məxsusdur , onlar qadınlarımıza haram edilmişdir”,- dedilər. Əgər ölü doğularsa, ona ortaqdırlar. Onlara vəsflərinin cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət, elm sahibidir! (Ənam surəsi, 139-cu ayə) …De: “ iki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz? Heç bir biliyi olmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz! (Ənam surəsi, 144-cü ayə) Çox təəssüf ki, bu günkü məzhəblərdə olan şəxslər heç də bu şəxslərdən fərqlənmir. Allah Quranda olan qadağaları ətraflı şəkildə izah etdiyi halda məzhəblər bununla qane olmamış və əlavə halal-haramlar icad etmişlər. Halbuki, bu hal Quranda pislənir və bizlərə xəbərdarlıq edilir. Diliniz yalana vərdiş etdiyi üçün: “Bu halaldır, o haramdır!” – deməyin, çünki Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar nicat tapmazlar! (Nəhl surəsi, 116-ci ayə) De: “Allahın sizə ruzi olaraq nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De: “Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?” Allaha iftira yaxanların qiyamət günü barəsindəki zənnləri nədən ibarətdir? Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti şükür etməz! (Yunus surəsi, 59-cu və 60-cı ayələr) Axirət günü Allahın hüzurunda iftira yaxanlardan olmamaq üçün dində hakim yalnız Quranı tutmaq lazımdır. Hələ də bizimlə razılaşmayan şəxslərə isə sonda peyğəmbərin dediklərini deyəcəyik. De: “Bunu Allah haram buyurmuşdur deyə, şəhadət verəcək şahidlərinizi gətirin!” Şayəd onlar şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə, ayələrimizi yalan hesab edənlərin və axirətə inanmayanların nəfslərinin istəklərinə uyma. Onlar öz Rəbbinə tay tutarlar. (Ənam surəsi, 150-ci ayə) Budur. Hər kəs Allahın haram buyurduqlarına hörmət etsə, bu Rəbbi yanında onun üçün xeyirli olar. Sizə deyilənlərdən başqa, qalan heyvanlar sizə halal edilmişdir. Belə olduğu təqdirdə, murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin. (Həcc surəsi, 3o-cu ayə) Həmd olsun aləmlərin Rəbbi olan Allaha! BySBH
Posted on: Sun, 01 Sep 2013 07:52:38 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015