Quranın ən əzəmətli ayəsi hansıdır? 1- Quranın ən - TopicsExpress



          

Quranın ən əzəmətli ayəsi hansıdır? 1- Quranın ən əzəmətli ayəsi “Bismillahir-Rəhmanir-Rəhim”dir. Quranın neçə surəsində vacib səcdə var? 2- Quranda dörd surənin vacib səcdəsi var: Nəcm, Fussilət, Ələq, Səcdə. Hansı surə Quranın anası kimi məşhurdur? 3- Quranın anası kimi məşhur olan surə Fatihə surəsidir. Quranın ən uca ayəsi hansıdır? 4- Quranın ən uca ayəsi, “Ayətəl-Kürsi” dir. Peyğəmbərimizin (s) buyurduğuna əsasən o surələr məni qocaltdı, hansı surələrdir? 5- Məhəmməd Peyğəmbəri (s) (buyurduğuna əsasən) qocaldan surələr, “Hud”, “Vaqiəh”, “Mürsəlat”, Nəbə”dir. Quranın neçə surəsi “Müqəttəə” hərfləri ilə başlayır? 6-Quranın 25 surəsi, “Müqəttəə” hərfləri ilə başlayır. Qurani-kərimin neçə surəsi “Əlhəmdulillah”la başlayır? 7- Quranda 5 surə “Əlhəmdulillah” cümləsi ilə başlayır: 1. “Həmd”, 2. “Ənam”, 3. “Kəhf”, 4. “Səbə”, 5. “Fatir”. Qurani-məcidin ən uzun ayəsi hansıdır? 8- Quranın ən uzun ayəsi, Bəqərə surəsinin 282-ci ayəsidir. Quranın zinəti nədir? 9- Məhəmməd Peyğəmbərin (s) buyuruğuna əsasən gözəl səslə tilavət, Quranın zinətidir. Quran oxumamışdan öncə kimin şərrindən Allaha pənah aparmaq lazımdır? 10- Allah Quranda buyurur: Quran oxumaq istədiyin zaman qovulmuş şeytanın şərrindən Allaha pənah apar. Qurani-kərimin neçə surəsi “İnna” kəlməsi ilə başlayır? 11- Dörd surə: 1. “Fəth”, 2. “Nuh”, 3. “Qədr”, 4. “Kövsər”. Qurani-kərimdə neçə nöqtə var? 12- Quranda 1015030 nöqtə vardır. Alllahın gözə adlarından hansı 114 dəfə, Quran surələrinin sayı qədər, Allahın Kitabında gəlmişdir? 13- “Rəhim” kəlməsi, 114 dəfə Quranda gəlmişdir. Quranın neçə surəsi “İza” kəlməsi ilə başlayır? 14- Yeddi surə “iza” kəlməsi ilə başlayır: 1. “Vaqiəh”, 2. “İnfitar”, 3. “Münafiqun”, 4. “Təkvir”, 5. “İnşiqaq”, 6. “Zilzal”, 7. “Nəsr”. Quran neçə hərfdən ibarətdir? 15- Quranda 323671 hərf var. Lebbeyk Ya Hüseyn.
Posted on: Sun, 23 Jun 2013 12:25:23 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015