Qəmindən qönçə tək dil qanə döndü, İşim bülbül kimi - TopicsExpress



          

Qəmindən qönçə tək dil qanə döndü, İşim bülbül kimi əfğanə döndü. Yaman göz yaxşı dəydi vəsli-yarə, Visalım möhnəti-hicranə döndü. Pərişan, tirə-bəxt, aşuftə-haləm, Günüm ol zülfi-müşkəfşanə döndü. Kənarımdan çün ol dürr oldu qaib, Gözüm yaşı axıb Ümmanə döndü. Həzər qıl macərayi-çeşmi-tərdən, Sirişkim bəhri-bipayanə döndü. O dürri-gənci-hüsnün firqətindən, Könül bir mənzili-viranə döndü. Dəxi səngi-cəfadən xali olmaz, Du çeşmim kəffeyi-mizanə döndü. Rəqibi-bülhəvəs məqsudə yetdi, Dili-Seyyid cəfadən qanə döndü
Posted on: Fri, 20 Sep 2013 08:33:54 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015