Qərbdəki antitürk isteriyasının gizlinləri Türkiyənin - TopicsExpress



          

Qərbdəki antitürk isteriyasının gizlinləri Türkiyənin Çin şirkəti ilə imzaladığı anlaşmadan NATO ciddi şəkildə narahatdır Bir müddət əvvəl Türkiyədə uzaqmənzilli raketlərin alınması və birgə istehsalı ilə bağlı keçirilən tenderdə Çin şirkətinin qalib gəlməsindən sonra başda ABŞ olmaqla Qərbin buna kəskin reaksiya verməsi davam etməkdədir. Bunu dünən Brüssseldə bir araya gələn NATO müdafiə nazirlərinin növbəti toplantısından əvvəl adıçəkilən hərbi qurumun rəsmisi Qana Lunqeskunun mətbuata verdiyi açıqlama da sübut edir. O deyib ki, Türkiyənin Çin şirkəti ilə imzaladığı anlaşmadan NATO ciddi şəkildə narahatdır və bu, hərbi qurum daxilində müəyyən problemlərə yol açacaq. Onun sözlərinə görə, yeni raket sistemi Türkiyənin texniki sahədə NATO üzvləri ilə daha sıx əməkdaşlığı yolunda ciddi əngələ çevriləcək. Qana Lunqesku: “Biz Türkiyənin Çinlə həyata keçirmək istədiyi yeni uzaqmənzilli raketlərin istehsalı ilə bağlı birgə müəssisənin yaradılması istiqamətində atdığı addımlardan narahatıq. Çünki bu, NATO ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıqda problemlərə yol açacaq”, - deyib. Adının çəkilməsini istəməyən digər yüksək səviyyəli NATO rəsmisi də mətbuata verdiyi açıqlamasında Türkiyənin Çin istehsalı olan hava hücumlarından müdafiə sistemləri ilə öz hərbi hava qüvvələrini təchiz etməsinin əleyhinə çıxaraq, həmin raketlərin NATO-nun analoji sistemi ilə uyuşmayacağını və bunun tərəflər arasında inteqrasiyaya və hərbi informasiya mübadiləsinə mane olacağını vurğulayıb. Bölgədə İsrailin maraqlarını müdafiə edən Amerikanın neoconçu Analitik Tədqiqatlar Mərkəzi olan CFR-in (Xarici Əlaqələr Konsulluğu- Council On Foreign Relations) Xarici Əlaqələr üzrə Şurası Türkiyənin Çinlə hava hücumlarından müdafiə sistemlərinin alınması və birgə istehsalı ilə bağlı tenderin nəticələrinə kəskin etiraz edib. Yeri gəlmişkən, onu da xatırladaq ki, tenderdə iştirak edən, ancaq qalib gələ bilməyən Amerikanın “Raytheon” şirkəti məhz bu qurumun - CFR-in təsisçilərindəndir. “Raytheon” şirkəti həm də “Patriot” raketlərinin əsas istehsalçısıdir. Türkiyənin uzaqmənzilli ballistik raketlərə malik olması isə təbii ki, tenderdə qalib gələ bilməyən israilyönlü “Raytheon” şirkətini və onun təsisçisi olduğu CFR-i narahat etməyə bilməzdi. Təsadüfi deyil ki, “Raytheon” şirkətinin yüksək səviyyəli rəsmisi Mayk Dobl (Mike Doble) mətbuata verdiyi açıqlamasında bildirib ki, Türkiyənin hava sahəsini ballistik raketlərin zərbəsindən müdafiə edən bizim istehsal etdiyimiz “Patriot”lardır: “Ona görə də tenderdə qalibin bizim deyil, Çin şirkətinin elan edilməsi ilə bağlı Türkiyənin izahat verməsini istəyirik”. Qərb mətbuatında antitürk isteriyası körüklənir Türkiyədə keçirilən son tenderdə Çin şirkətinin qalib gəlməsindən Qərbin narahatlıq keçirməsi Amerika və Avropanın aparıcı mətbu orqanlarında da Ankara əleyhinə isteriyanın körüklənməsinə yol açıb. Məsələn, Amerikanın və dünyanın tanınmış mətbu orqanlarından olan “Uoll Strit Jurnal” ( Wall Street Journal ) Türkiyəni Qərbə xəyanətdə və İranla sıx kəşfiyyat əlaqələrində olmaqda günahlandırıb. Buna paralel olaraq, Türkiyənin Çinlə uzaqmənzilli raketlərin birgə istehsalına hazırlaşması Ankaranın Qərbə arxa çevirməsi kimi dəyərləndirilib. Oxşar tənqidi fikirlər “Vaşinqton post” (Washington Post) qəzetində də səsləndirilib. “Vaşinqton post”da məsələ ilə bağlı Türkiyə tənqid edilib. İngiltərədə nəşr edilən “Faynenşl Tayms” (Financial Times) qəzeti də Türkiyənin Çinlə hərbi hava sahəsində əməkdaşlığı genişləndirməsini tənqid edərək, bunun guya Ankaranın Qərblə münasibətlərində müəyyən problemlərə yol açdığını yazıb. “Faynenşl Tayms”ın iddiasına görə, guya məhz bu səbəbdən də Türkiyə inşa edəcəyi və ildə 150 milyon sərnişin daşıya biləcək üç böyük hava limanı üçün xaricdən maliyyə yardımı ala bilmir. Halbuki bu yaxınlarda həmin hava limanlarının inşa edilməsi tanınmış iş adamı Nihat Özdəmirin rəhbərlik etdiyi şirkətə tapşırılması barədə Türkiyə tərəfindən rəsmi məlumat yayılıb. Bunu nəzərə almayan “Faynenşl Tayms” daha da irəli gedərək, oktyabrın 20-də guya Türkiyənin 61 ildir üzvü olduğu NATO-dan çıxa biləcəyi barədə heç bir əsasa malik olmayan böhtan dolu məlumat yayıb. İngilis qəzeti həmçinin Türkiyənin “Əl-Qaidə” və onun qolu olan “Əl-Nusra”nı dəstəklədiyini, İsrailin xeyrinə çalışan və əslən İrandan olan casusları da Tehrana verdiyini həyasızcasına irəli sürüb. Onu da deyək ki, Qərbdə Türkiyə əleyhinə başladılan bu çirkin təbliğatın arxasında CFR-in dayandığı ehtimal edilir. Belə ki, “Faynenşl Tayms” qəzetində Türkiyə əleyhinə gedən yazıların müəllifləri olan David İqnatus və Steven Kuk (Cook) CFR-in üzvləridir. İkili standartlar Türkiyənin Çindən uzaqmənzilli raketlər almaq və onu birgə istehsal etmək niyyətində olması ilə bağlı məsələ ətrafında qalxan ajiotajla əlaqədar bir mühüm məsələ də diqqəti cəlb edir. Bu da NATO üzvü olan Yunanıstanın Rusiyadan analoji SS-300 raketləri aldığı zaman Qərbin buna hər hansı reaksiya verməməsi ilə bağlıdır. Halbuki “S-300” raketləri də NATO hava hucumundan müdafiə sistemləri ilə ziddiyyət təşkil edir. Ancaq Qərb bu barədə susmağa üstünlük verir. Niyə? Bu sualın cavabını Qərbin Türkiyənin uzaqmənzilli raketlərə malik olmasını və hərbi cəhətdən güclənməsini istəməməsində axtarmaq lazımdır. Bu isə Qərb siyasətində, demokratiyasında və sivil inkişafında ortaya çıxan çirkin ikili standartlardan irəli gəlir. Lakin heç bir güc Türkiyənin həm hərbi, həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf etmiş dövlətə çevrilməsinin qarşısını ala bilməyəcək.
Posted on: Wed, 23 Oct 2013 19:19:36 +0000

Trending Topics



OWN COMFORTER Bed in

Recently Viewed Topics




© 2015