REVMATİZM Əsaəsən ürəyin zədələnməsi ilə - TopicsExpress



          

REVMATİZM Əsaəsən ürəyin zədələnməsi ilə müşahidə olunur. Birləşdirici toxumanın sistem iltihabi xəstəliyidir. Əsasən uşaqlar və gənclər xəstələnir. Qadınlarda kişilərdən 3 dəfə çox rast gəlinir. Etiologiya. Patogonez: Əsas etioloji faktor , törədici , xəstəliyin kəskin forması zamanı A qrupundan olan β hemolitik Streptokokklardır. Revmokarditi uzun müddət davam edən və fasiləsiz residivləşən formalarda çox vaxt bərpa etmək olmur. Bu kimi hallarda ürək zədələnməsi allergik - infeksion – toksik virus təbiətli olur. Revmatizmin inkişafında mühüm əhəmiyyət immun pozulmalara verilir. Lakin patogenezi tam aydın deyil. Belə hesab olunur ki, patogen agent ilk mərhələdə ürəyin ümmun iltihabına , sonralar isə kompanentlərin antigen xüsusiyyətlərinin dəyişilməsinə , onların auto antigenə çevrilməsinə və auto immun prosesin inkişafına gətirib çıxarar. Revmatizmin inkişafında genetik meylilik vacib rol oynayır. Revmatizm zamanı sistem iltihabi proses morfoloji olaraq birləşdirici toxumanın xarakterik dəyişiklikləri (mukoid şişmə - fibrinoid dəyişiklik- fibrinoid nekroz) və hüceyrəvi reaksiyalara ( limfosit və plazmosit infeksiya Aşoff -Talalayevski qranulomalrın formalaşması) şəklində təzahür edir. Fibinoid dəyişiklik mərhələsində başlayaraq toxumanın tam bərpası mümkün olmur və proses sklerozlaşmayla bitir. Klinik şəkli : Xarekterik halda anginadan və ya başqa infeksiydan bir- üç həftə sonra inkişaf edir, təkrarı hücumlar şəraitində bu müddət qısala bilir. Hətta bəzi xəstələrdə revmatizm ( hər hansı bir infeksiya olmadan ) soyuqlamadan bir- iki gün sonra inkişafa başlaya bilər. Xəstəliyin residivi çox vaxt istənilən xəstəlikdən, operativ müdaxilədən və fiziki gərginlikdən sonra baş verir. Revmatizmin xarekterik əlaməti "əsas sindromu" mülayim nəzərə çarpan kardit və böyük oynaqların kəskin , miqrasiya edən və tam geri dönən poliartritdir. Adətən xəstəlik kəskin surətli az hallarda isə yarım kəskin başlayır. 38-390 C hərarət , güclü tərləmə ( adətən titrəmə olmadan) müşaiət olunan poliartrit sürətlə inkişaf edir. Revmatik poliartritin ilk simptomu passiv və ya aktiv hərəkət zamanı güclənən və müalicə olunmayan xəstələrdə şiddətli hal alan kəskin və artan oynaq ağrılarıdır. Ağrıya tez bir zamanda oynaq sahəsindəki toxumaların ödemi qoşulur. Zədələnmiş oynağın dərisi istidir, palpasiya zamanı ağrılıdır, hərəkətin həcmi (ağrıya görə) məhdudlaşır.Böyük oynaqların adətən diz, bilək, topuq və dirsək oynaqlarının simmetrik zədələnmə xarekterikdir. İltihabi dəyişikliklər uçucu xarekter daşıyır. Oynaq dəyişiklikləri izsiz keçib gedir. Hətda müailicə olunmadıqda 2-4 həftədən çox çəkinmir. Güman olunur ki, kəskin revmatizma zamanı 60-70% hallarda poliartrit inkişaf edir.Oynaq prosesləri sakitləşdikdə bir çox xəstələrdə revmatizmin yeganə təzahürü olan ürək zədələnməsi ön plana çıxır. Yetkin insanlarda revmatik miakardit ürəyin digər qüsurları olmadıqda bir qayda olaraq ağır təzahür etmir. Xəstələr ürək nahiyyəsində xoşa gəlməz hissiyat zəif ağrılar gərginlik zamanı yüngül təngnəfəslik ürək döyünmədən şikayət edir. Ürəyin tədqiqi zamanı adətən patologiya qeydə alınmır. Rentgenoskopiyada və perkusiya zamanı ürəyin ölçüsü normaldır və ya mülayim böyüməsi aşkar olunur. Adətən sola doğru az hallarda isə diffuz genişlənmə aşkar olunur. FKQ və auskutasiya zamanı tonlar qəaətbəxşdir və ya bir qədər 1-ci tonun karlaşması , ( bəzən 3-cü ton, nadirən 4-cü tonun ) , ürək zirvəsində sistolik küy qeyd olunur. Arterial təzyiq normaldır və ya mülayim aşağıdır. Bəzən mülayim taxkardiya qeyd olunur. EKQ- də P dişinin və QRS kompleksinin yastılaşması , sıxlaşması "diş-diş" şəkil alması az hallarda PQ intervalının uzanması qeyd olunur. Bəzən bəzi xəstələrdə ST intervalının və T dişinin dəyişikliyi müəyyən olunur. Nadir hallarda ekstrasistola atrioventrukulyar blokada mədəcik daxili blokda və düyün ritmi müşahidə olunur. I-li revmatik miokarditlə əlaqədar qan dövranı çatışmamazlığı nadir hallarda rast gəlinir. Bəzi xəstələrdə uşaq yaşdan diffuz revmatik miakardit müşahidə olunur. Bu miakardın kəskin iltihabi ödem və funksiyasının pozulması ilə təzahür edir. Xəstəliyin başlanğıc dövrlərində şiddətli təngnəfəslik ürək nahiyəsində daimi ağrı və ürək döyünmələrinin tez-tez baş verməsi müşahidə olunmur. Solğunluq sianoz və böyük venalarının şişməsi müşahidə olunur. Ürək əhəmiyyətli dərəcədə diffuz genişlənib, zirvə vurğusu zəifdir. Tonlar kəskin karlaşıb yumşaq sistolik küy təyin olunur. Nəbz sürətlənmişdir, dolğun deyil. Arterial təzyiq nəzərə çarpacaq dərəcədə düşüb kolloptoid vəziyyət yarana bilər. EKQ- də bütün dişlərin voltajının düşməsi , birinci dişinin yastılaşması ST intervalının dəyişməsi atrioventrikulyar blokada təyin olunur. Diffuz miakardit üçün qan dövranı çatışmamazlığı xarekterikdir. Hazırda revmatik miakarditin bu variant yetkinlərdə rast gəlinmir. Revmatizm miakardit aktiv müalicə olunmadıqda miakardit kardioskleroz əmələ gəlir. Ocaqlı kardiosklerotik miakardın funksyasını pozmur. Diffuz miakardit miokardın fuksiyasını zəiflədir. Zirvə vurğusu zəifləyir ,tonlar karlaşır. ( xüsusi ilə I ton) sistolik küy təyin olunur. Fiziki gərginlikdən sonra mülayim dekompensasiya əlamətləri qaraciyərin azca böyüməsi ortaya çıxır. Revmatik endokardit simptomları azdır. Kəskin sitolik küy xarakterikdir. Endokaditik küy miokarditlə bağlı küydən fərqli olaraq kobuddur. Tutarlı əlamət mövcud olan küylərin dəyişkənliyi və yenilərinin meydana çıxmasıdır. Revmatoid hücumun başlanğıcında mitral qapağın proeksiyasında eşidilən yüngül və kifayət qədər tez itən diastolik küylər endokartitlə bağlı ola bilər. Mitral və aortal qapağın dərin endokarditi EXO kardiaqrama vərəqlərin qalınlaşması şəklində əks olunur. Endokarditin yeganə və ya əsas əlamət olduğu xəstələr özlərini yaxşı hiss edir və uzun müddət əmək qabiliyyətini saxlayır. Yalnız ürək qüsuru nəticəsində formalaşan hemodinamik pozulmalar səbəbindən xəstələr həkimə müraciət edir. Revmatizmin klinikasında perikardit nadir halda rast gəlinir. Quru periakardit ürək nahiyyəsində daima ağrı və perikardın sürtünmə küyü ilə müşahidə olunur. Küyün intensivliyi müxtəlifdir. EKQ-də ST intervalının dəyişməsi xarakterikdir. Sonralar bu intervallar tədricən izoelektrik xəttə yaxınlaşır, iki fazalı və mənfi dişciklər ortaya çıxır. Eksudativ perikardit quru perkarditin inkişafının sonrakı mərhələlərində meydana çıxır. İlk əlaməti eksudativ yığılmasından sonra ağrıların itməsidir. Tənginəfəslik meydana çıxır, arxası üstə uzandıqda güclənir. Ürəyin sahəsi eksudatın miqdarı çox olduqda böyüyür. Qabırğa arası hamarlaşır,zirvədə təkan əllənmir. Ürək böyüyür trapesiya forması alır. Tonlar və küylər karlaşır (maye ilə əlaqədar ). Arterial təzyiq düşür . Venoz təzyiq quru perikarditdə olduğu kimi yüksəkdir. Revmatik perikardit zamanı perikart təbəqələri arasında və ya xarici təbəqə ilə ətraf toxuma arasında kiçik bitişmələr ola bilərki bu da yalnız rentgende təyini olunur. ( perkondef). Dərinin zədələnmələri üzükvari eriteması , qolların və ayaqların içəri səthində qarın boyun gövdədə müşahidə olunur. Bu hal xəstələrin 1-2% -də müşahidə olunur. Revmatik düyünlər hazırda praktik olaraq müşahidə olunmur. Ağciyərin zədələnməsi revmatik pnevmoniya nadir hallarda rast gəlinir. Simptomları adi ağciyər iltihabında olduğu kimidir. Fərqləndirici əlamət antibiotiklə müailicəyə qarşı rezistenlik revmatizm əleyhinə preparatlara isə effekt verməsidir. Böyrəklərin zədələnməsi xəstəliyin kəskin fazasında bir qayda olaraq proteinuriya və hemoturiya aşkar olunur. Həzm orqanlarının zədələnməsi nadir gəlinir. Qastrit və mədə - bağırsaq xoraları uzun müddət dərman qəbulu ( xüsusi ilə streroid) nəticəsində əmələ gəlir. Uşaqlarda bəzən qarında güclü ağrı baş qaldırır. Ağrı kəskin , müsbət Şotkin- Bulumberq simptomu ilə birləşmiş olur. Fərqləndirici əlamət revmatizmin digər əlamətlərinin olmasıdır. Sinir sistemi və duyğu orqanlarının zədələnməsi kiçik xoreya əsasən uşaqlarda xüsusi ilə qızlarda müşahidə olunur. O emosianal labillik və əzələ hipotoniyası ilə birgə meydana çıxır. Kiçik xoreya 17-18 yaşlarda keçib gedir. Ensefalit meningit tipli revmatik zədələnmələr çox nadir hallarda rast gəlinir. Demək olar ki günümüzdə müşahidə olunmur. Laborator göstəricilər- kəskin revmatizmdə neytrofil leykositoz ( sola meyilli) trombositoz EÇS-in yüksəlməsi təyin olunur. Xroniki gedişdə bu göstəricilər dəyişmir və ya o qədər də nəzərə çarpmır. Arabir anemiya ( hipo və ya normoxrom ) əmələ gəlir. Streptokokk əleyhinə antitellər antistreptohialuronidaza, antistreptokinaza, antistreptolizinin titri yüksəlir. Revmatizmin aktivləşməsi zamanı bundan əlavə çox xəstələrdə xroniki formada streptok infeksiyası əlaməti ümumiyyətlə müşahidə olunmur. Revmatik prosesin bütün biokimyəvi göstəriciləri qeyri spesifikdir və nozoloji diaqnoz üçün yararsızdır. Ancaq revmatizmin diaqnozu klinik instumental tətqiqatlarda təstiqlənibsə bu göstəricilər xəstəliyin aktivləşmə mərhələşmə mühakiməsi üçün yararlı ola bilər. Bu göstəricilər plazmada fibrinogenin α,ϒ, qlobilinlərin , heksozanın, seruloplazmin,seromukoidlərin ,CRZ, yüksəlməsi aiddir.Çox hallarda bu göstəricilər EÇS paralel artır.
Posted on: Fri, 19 Jul 2013 05:54:15 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015